(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Partizani”nin müdafiəçisi: “Biz “Kukesi”nin aqibətini yaşamayacağıq”

“Partizani”nin müdafiəçisi: “Biz “Kukesi”nin aqibətini yaşamayacağıq”

Albaniya çempionu “Partizani”nin müdafiəçisi Eqzon Belitsa bu ölkənin “Panorama” nəşrinə müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la Bakıda keçirəcəkləri cavab oyunu haqda fikirlərini bölüşən makedoniyalı futbolçu iddialı danışıb:

- İlk oyundakı nəticəyə əsasən, Bakıya nikbin getdiyinizi düşünmək olar?
- Heç kim "Partizani"nin "Qarabağ"la ilk oyunda bu cür təsir bağışlayacağını gözləmirdi. Düşünürəm ki, yaxşı oyun göstərdik. Fikrimcə, nəticə də qənaətbəxşdir. Bəlkə də müdafiədə çox oturduq. Ancaq bu, "Qarabağ" kimi güclü komandanın qarşısında tab gətirmək üçün yeganə variant idi. Bakıya da yaxşı nəticə dalınca gəlmişik. Mərhələni keçmək üçün son ana kimi bacardığımız qədər mübarizə aparacağıq.

- Tiranadakı matçda qol vurmağınıza nə mane oldu?
- Bilirsiniz, nəticə təsadüfi deyil. Məşqlərdə standart vəziyyətlər zamanı bu zərbələrin üzərində işləyirik. Sloveniyadakı yoxlama oyunları, eləcə də "Qarabağ"la matçda bunu yoxladıq. Cavab görüşündə də bu cür zərbələrdən istifadə edəcəyik. Ümid edirəm ki, bu dəfə dirəklər bizə mane olmayacaq.

- Ötən mövsüm evdə "Qarabağ"la 0:0 oynayıb, Bakıda 0:3 hesabı ilə uduzan "Kukesi"nin aqibətini yaşamaqdan qorxmursunuz?
- Biz öz oyunumuzu göstərib, meydanda maksimum gücümüzü ortaya qoymağa çalşacağıq. "Kukesi" Bakıda 0:3 uduzmuşdu. İnanıram ki, biz onların aqibətini yaşamayacağıq. Bura özümüzü göstərmək üçün gəlmişik. 

- İlk matçdakı kimi ehtiyatlı oynayacaqsınız, yoxsa bu dəfə daha cəsarətli olacaqsınız?
- Düşünürəm ki, sabahkı oyunda daha diqqətli olacağıq. (qol.az)


 
tarix: 16-07-2019 18:03


 
Xəbər lenti
22.11.2019
21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az