(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Qurbanov: “Təcrübəmizin olması bizim üçün üstünlükdü, amma...”

Qurbanov: “Təcrübəmizin olması bizim üçün üstünlükdü, amma...”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu “Partizani”yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi rəqibdi. Oyun intizamı yüksək səviyyədədi. Düzgün və aqresiv müdafiə olunurlar. Əks-hücumları yaxşı bacarırlar. Bizim üçün o qədər də uyğun deyil, ancaq biz belə rəqiblərə qarşı oynamışıq. Hər iki ölkənin çempionu qarşılaşır. İstəklidilər. Bizim üçün ağır oyun olacaq. Çalışacağıq diqqətli olaq. Yaxşı oyunla azarkeşlərimizi sevindirmək istəyirik.

- "Qarabağ"ın avrokuboklarda təcrübəsinin olması faktoru komandaya necə təsir edəcək?
- Bəli, təcrübəmiz var, bu üstünlükdü. Amma bəzən ardıcıl uğurlardan sonra uğursuzluq yaranır. Buna görə narahat olmuşam. Ancaq hər bir halda təcrübə bizə kömək edəcək. Düşünürəm ki, təcrübə və səbr bizə uğur qazanmaq üçün fayda verəcək.

- Stadionun dəyişməsi sizə necə təsir edəcək, azarkeşlərin sayı baxımından?
- Bu mövzu ətrafında çox danışmaq olar. Artıq neçə ildi ki, bir stadionda oynaya bilmirik. Təkcə, futbolçular yox, azarkeşlər də Tofiq Bəhramov adına Respublika stadionunda özlərini yaxşı hiss edirlər. Amma son illər uyğun olmayan hallar olub. Bu, bizə mənfi təsir göstərməklə yanaşı, rəqibə üstünlük qazandırır. Buna baxmayaraq, oyun doğma Bakımızdadı, azarkeşlər də həmin azarkeşlərdi. Özümüzü tam oyuna hazır etməliyik. Lazım gəlsə, daha aktiv, aqresiv oynamağı qarşımıza məqsəd qoymalıyıq.

- Albaniya mətbuatında yazılanlara görə, rəqib penaltilər seriyasına hazırlaşır. Sizin belə bir hazırlığınız olubmu?
- Hər bir komanda belə hallara hazır olmalıdı. Futbolçularıma oyunun vacibliyini çatdırıram və sırf matça hazırlaşırıq. Hər bir məşqçinin də öz hazırlıq planı olur. Əvvəlcədən penaltilər barədə düşünməsək yaxşıdı.

- Donald Geryenin gedişi bir az qalmaqallı oldu. Gerye ona pul ödənilmədiyi üçün Bakıya gəlmədiyini deyib...
- Klub tərəfindən bu haqda məlumat verilib. Gerye burdan getməmişdən sözdə razılaşmışdıq. Sonradan danışıqlarımız davam etdi, yenə razılaşdıq. Gəlmə vaxtını da müəyyənləşdirdik. Sonda dediyimiz müddətdə komandaya qoşulmadı. Nəticədə yollarımızı ayırdıq. Klub və öz adımdan ona uğurlar arzulayıram. Komandaya faydasını verdi, ona uğurlar arzulayıram. Dərinə getməyə ehtiyac yoxdu.

- Hücum xətti üçün transferlər olacaq?
- Xayme Romero gəlib. Daim oyunçu axtarışındayıq. Yəqin məlumatınız var, yeni hücumçuyla danışıqlar gedir. Sabah həkim müayinəsindən keçdikdən sonra müqavilə bağlanacaq. Biz təkcə Avroliqanı nəzərə almalı deyilik. Çempionatda müəyyən limit var, milli komandaya da oyunçu verməliyik. İstədiyimiz oyunçuları komandaya dəvət etmək çətindi. Rəqabətin olmasını istəyirəm. Hər mövqedə iki oyunçu olduğunu nəzərə alsaq, heç də az deyil. Hər şey qaydasında olsa, kifayət edər. Məncə, son anlaşdığımız oyunçudan sonra kifayət edər.

- Aylton Silva sabah meydana çıxmağa nə dərəcə hazırdır?
- Hazırda tam optimal formada deyil. Amma sabah oynamaq ehtimalı var. Sabah səhər son məşqimiz olacaq. Konkret qərar o zaman bilinəcək. Məşqçilərlə məsləhətləşdikdən sonra yekun qərarımızı verəcəyik.

- Start heyətdə hansı dəyişikliklər gözlənilir?
- Ola bilər, dəyişiklik olsun. (komanda.az)


 
tarix: 16-07-2019 19:00


 
Xəbər lenti
19.11.2019

22:11   Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44   “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31   Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11   Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59   Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54   “Qalatasaray” itirə-itirə gedir

18:00   Millimiz Qazaxıstana da uduzdu

17:43   Paytaxt klublarının 18-ci dueli

17:22   Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00   “Borussiya”da 5 illik müqavilə

16:42   İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20   İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00   “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40   La Liqa klubunda yeni müqavilə

15:21   71 il sonra gələn qələbə

15:00   “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41   Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20   İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00   Kavani Messini “razborka”ya çağırdı

13:40   Mxitaryan yenə ara qarışdırır

13:20   Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00   Millimizə 28 futbolçu çağırıldı

12:41   Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21   Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00   AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43   AFFA rəsmisinə UEFA-dan təyinat

11:21   “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00   “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30   “Real”ın futbolçusu 6 həftə oynamayacaq

10:00   “Qalatasaray”da daha bir ciddi itki

09:30   Almaniya klubu yeni baş məşqçisini açıqladı

09:20   Millimiz Slovakiya ilə üz-üzə - YENİLƏNİR

01:46   İspaniya 5, İtaliya 9 qolla qalib gəldi

18.11.2019

22:50  Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”

22:37  Nikola Yurçeviç: “Yaxşı nəticə qazana bilərik”

20:26  “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10  Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32  Eddi İsrafilov millimizin düşərgəsində

19:03  Bundesliqa klubunda yeni baş məşqçi

18:31  Kimdir o alçaq?

18:16  Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59  Millimizlə oyunöncəsi 3 itki

17:38  Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17  “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58  Modriçin kitabı təqdim olundu

16:34  Ronaldo üzr istəyəcək

15:59  “Qalatasaray”da 2 ciddi itki

15:12  Robben məşqçiliyə başladı

14:52  111 ilin ən yaxşı göstəricisi

14:24  Braziliya millisi dünya çempionu oldu

14:01  Milli karyerasını başa vurdu - 32 yaşında

13:42  Filip Ozobiç bu gündən başlayır

13:32  Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08  “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30  “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00  “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43  Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21  Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00  Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30  “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00  İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30  Ukrayna millisindən tarixi nəticə

09:00  Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az