(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

“Sabah bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələrə tez-tez rastlaşırıq. Buna görə də, sabahkı oyuna konsentrasiya olunmuşuq və ciddi hazırlaşmışıq".

Futbolinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa"nı səfərdə 3:0 hesabı ilə məğlub edən "ağ-qaralar" Moldova klubunu sabah cavab görüşündə qəbul edəcək.
 
Oyunöncəsi mətbuat konfransında italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "İlk oyundakı 3:0 hesabı bizi aldatmamalıdı. Arxayınlaşmaq olmaz, maksimum köklənməliyik. "Sperantsa" ilk görüşdə də qol imkanları əldə etmişdi, Səlahət bəzi epizodlarda buna imkan verməmişdi. Bəzi anlarda isə zərbələri qeyri-dəqiq olmuşdu. Buna görə də, maksimum köklənməliyik".
 
- İlk oyunla müqayisədə heyətdəə dəyişikli gözlənilirmi?
- Hələ bir gün vaxt var. Bugünkü məşqdən sonra start heyətini müəyyənləşdirəcəyik. İndidən nəsə deyə bilmərəm.
 
- Zədəli Mustivar və Dabo nə vaxta hazır olacaqlar?
- Hər iki futbolçu bizim üçün çox vacibdi. Soni əsas komanda ilə məşqlərə başlayıb. Son həftəni də yaxşı keçirib. Yüksək xarakterə malikdi, heç vaxt təslim olmur, öz üzərində işləyir. Buna görə də, tez sağalıb. Bugünkü məşqə əsasən qərar verəcəyik. Sabah onu da meydanda görə bilərsiniz. Daboda da irəliləyiş var. İnanırıq ki, tezliklə komandaya qoşulacaq.
 
- "Arsenal"la oyuna qədər yeni transfer gözlənilirmi? Ümumiyyətlə, yeni oyunçuya ehtiyacınız varmı?
- İndi yalnız "Sperantsa" ilə oyunu düşünürük. Bu mərhələni keçdikdən sonra qarşıdakı rəqib haqda danışa bilərik. Hamımız sabahkı oyuna köklənmişik.
 
- İlk oyunda 3 qol vurmusunuz. Cavab görüşündə sizi hansı nəticə qane edəcək?
- İlk matçda olduğu kimi, yenə "bir nömrə" oynamağa çalışacağıq. Əvvəldən sona kimi aqressiv çıxış edib, gözəl nəticə qazanmağa çalışacağıq.
 
- "Arsenal"la oyunu düşünüb bəzi sirləri gizlədə bilərsinizmi?
- Bu suala artıq cavab verdim. Bu gün yalnız sabahkı matçı düşünürük.
 
- Birinci matçda komandanın oyunu sizi qane etdimi?
- Mənə əsas komandanın oyuna yanaşması idi. Moldova çempionatı davam etdiyindən, rəqib fiziki cəhətdən bizdən hazırlıqlı ola bilər. Tapşırıq vermişdim ki, matça ciddi yanaşsınlar. Nəticə də necə yanaşdıqlarını göstərir. Komandamdan razı qalmışdım. Yaxşı çıxış etdik, amma bəzi səhvlərimiz də oldu. Hansı ki, rəqib sürətli əks-hücumlarla qapımız qarşısında təhlükəli anlar yaşatmışdı. Çalışacağıq sabah bunu təkrarlamayaq.
 
- Rəqibin baş məşqçisi oyundan sonra demişdi ki, komandam "Neftçi" kimi qalib gəlsəydi, bir həftə yuxu yatmazdım. Sabah qələbə qazanaraq, rəqib çalışdırıcısının yuxusunu qaçırmaq istəmirsiniz?
- Həmkarıma hörmətlə yanaşıram. Onun sözlərinə şərh vermək, onunla bəhsə girmək istəmirəm. Mənim üçün əsas gözəl oyun göstərməyimiz və qələbə qazanmağımızdı.
 
- Bəlkə "Şerif"də işləyəndə ona çox qalib gəlmisiniz və buna görə həmkarınız sizdən yanıqlıdı?
- Onunla şəxsi problemim yoxdu. Onun barədə düşünmürəm də. Yalnız komandam haqda fikirləşirəm. Məncə, sualı onun özünə versəniz, yaxşı olar.
 
- İlk oyunda Mbodju oynadıb, Stankoviçi ehtiyatda saxlamaqla vahid heyəti qorumaq istədiniz? Ümumiyyətlə, müdafiə xətti ilə bağlı planlarınız nələrdi?
- Komandada 6 müdafiəçi var, bunun 4-ü mərkəzdə çıxış edə bilir. Müdafiəçilər arasında güclü rəqabət var. Həmin oyunda Mbodj-Petrov cütlüyünə şans verdim. Sabah bəlkə başqa cür olacaq. (matc.az)


 
tarix: 17-07-2019 18:00


 
Xəbər lenti
25.08.2019

20:18   “Sabah” “Keşlə”yə uduzur - YENİLƏNİR

19:53   Turabov Super Liqada debüt etdi

19:19   “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35   Millimizin üzvü darmadağını kənardan izlədi

17:47   Premyer Liqada rekord təkrarlandı

17:37   Tanınmış futbolçu karyerasını başa vurdu

16:56   Argentinalı hücumçu Super Liqa klubunda

16:24   “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38   Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31   İkardinin yeni forma nömrəsi bilindi

13:54   Qana millisinin üzvü Super Liqa klubunda

13:21   “Fənərbaxça” 6 mövsüm sonra

13:05   Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10   “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53   “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30   Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44   "Neftçi"nin məşqçisi təltif olundu

10:32   Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25   “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08   “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43   Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21   Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12   “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

09:00   Hər şey “Səbail” üçün: “Sumqayıt” da “Zirə”nin gününə salındı

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az