(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

“Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

“Heç vaxt fikirləşməməliyik ki, mərhələni keçmişik. Belə düşünsək, böyük səhv etmiş olarıq. Ən yaxşısı, maksimum konsentrasiyanı qorumaqdı”.

Futbolinfo.az xəbər verir ki, bunu Rumıniyanın "Universitatya Krayova" klubunun baş məşqçisi Korneliu Papure evdə "Səbail"ə qarşı keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib. 

46 yaşlı mütəxəssis bildirib ki, "Səbail"in bir yox, bütün oyunçularına qarşı maksimum konsentrasiya olunmaq lazımdı: "Onların bizə qolları necə vurduqlarına nəzər yetirək. Bu, o deməkdi ki, müdafiə olunarkən diqqətli olmalıyıq".

Papure zədəli oyunçular səbəbindən "11-liy"i qurmaqda çətinlik çəkdiyini söyləyib. O, optimal start heyəti qurmağa və heyətdə ulduz futbolçu Çikolotanın da yer almasına çalışacaqlarını əlavə edib.

Baş məşqçi mərhələ keçməyəcəkləri təqdirdə heç bir bəhanələrinin olmayacağını vurğulayıb: "Biz maksimum oyuna köklənməliyik. Çempionat oyununda asan qollar buraxdıq. Çalışmalıyıq ki, belə hallar təkrarlanmasın".

Papure Avropa Liqasında əsas heyəti qurmağın limit olmaması səbəbindən asanlığını dilə gətirib. O, azarkeşlərin istefa tələblərini gözləmədiklərini də deyib: "Biz çempionat oyununda təzyiqlər altında idik. Azarkeşlər sonadək bizi dəstəkləməlidilər. Halbuki biz uzatma dəqiqələrində qələbə topunu vurduq".

Baş məşqçi hazırda bütün diqqətlərini "Səbail"lə matça yönəltdiklərini də bəyan edib. O, Buxarest "Dinamo"su ilə növbəti tur görüşünü düşünmədiklərini vurğulayıb: "Azarkeşlərin necə reaksiya verəcəklərini bilmirəm. Sabah öz oyunumuzla onları məmnun etməyə çalışacağıq. Necə oynayacağımızı sabahkı matçda görəcəksiniz". (Report)


 
tarix: 17-07-2019 19:18


 
Xəbər lenti
15.11.2019

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az