(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

“Bakıda bolqollu oyun izləmişdik, maraqlı matç alınmışdı. Artıq rəqibi yaxından tanıyır, bizi daha çətin oyunun gözlədiyini bilirik. 17 saatlıq yol qət etmişik. “Universitatya Krayova" favorit olsa da, klub da, prezidentimiz də gəncdi. Oyunumuzu inkişaf etdirmək üçün bizə təcrübə lazımdı. İlk ilimizdə belə bir komanda ilə qarşılaşmaq bizim üçün böyük uğurdu".

Futbolinfo.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə Rumıniyanın "Universitatya Krayova" klubuna qarşı keçirəcəkləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündən əvvəl təşkil olunmuş mətbuat konfransında deyib. Gənc mütəxəssis bildirib ki, 3 saatlıq yolu 16 saata qət etmələri imkanlardan irəli gəlir. Amma o, uzun yolçuluğun meydanda mübarizə aparmamaq anlamına gəlmədiyini söyləyib: 

“İstərdik ki, lazımi nəticə üçün mübarizə aparaq. Amma qol buraxdıqda gərək 3 qol vuraq və rəqibi təəccübləndirək".

Hacıyev təkcə zədəli Elvin Yunuszadənin yox, bir neçə oyunçunun meydana çıxmasının sual altında olduğunu və start heyətlə bağlı bu gün baş tutacaq son məşqdən sonra qərar verəcəyini də əlavə edib: “İlk matçla müqayisədə heyətdə dəyişikliklər ola, meydana yeni futbolçular çıxa bilər”.

Baş məşqçi əvvəllər Rumıniya “Astra”sında çıxış etmiş Eriko Da Silva ilə qısa söhbət etdiyini və “Universitatya Krayova” barədə müsbət sözlər eşitdiyini vurğulayıb: “Bunu ilk oyun da göstərdi. Stadionunuz da gözəldi, Tofiq Bəhramov adına Respublika stadionuna bənzəyir. İnanırıq ki, sabah çoxlu azarkeş qarşısında ən məsuliyyətli və maraqlı oyunlarımızdan birini keçirəcəyik”.

Hacıyev “Səbail”lə ilk mövsümündəcə Avropa Liqasında çıxış etməyi böyük uğur saysa da, bununla kifayətlənmək istəmədiyini açıqlayıb: “Sabah istədiyimiz nəticəni əldə etməyə çalışacağıq. Bu, alınmasa belə, mənim üçün böyük təcrübə olacaq”. (Sportnet)


 
tarix: 17-07-2019 20:11


 
Xəbər lenti
15.11.2019

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az