(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Partizani” klubuna qarşı keçirdikləri cavab matçını şərh edib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Futbolçularıma təşəkkür edirəm. Çox səbrli oynadılar. Lazım olan anda hücum etməyi bacarırdılar. Baxımlı oyun oldu. Bəlkə də, ilk tur üçün ən çətin rəqiblərdən biri idi. Rəqib müdafiə olunmaqdan yorulmurdu və bundan həzz alırdı. Sürətli əks-hücumları isə yaxşı alınırdı. Bu gün hər bir futbolçu nəticə qazanmaq üçün maksimum gücünü ortaya qoydu. Azarkeşlərimizə də möhtəşəm dəstəyə görə təşəkkür edirəm.

- İlk matçdan sonra komanda ağır olduğuna görə tənqid edilirdi. Bu gün isə çox sürətli oyun alındı. Doğrudan da, düzəlmək üçün 1 həftəmi lazım idi?
- Açığı, mən heç bir tənqidə rast gəlməmişəm. Amma ümumən, komanda hələ ən yaxşı performansından uzaqdı. Hazırlıq prosesindən sonra hər komandada futbolçuların hazırlığı fərqli olur. Bunu görürük, qəbul edirik. Bəzi futbolçular məşqlərə gec qoşuldu, yeni transferlərimiz oldu. Futbolçuların hazırlıq səviyyəsi fərqlidi. Nə qədər məşq etsək də, oyun tamam fərqlidi.

- Növbəti mərhələ üçün son transferlərin hər ikisini sifariş edəcəksiz?
- Yəqin ki.

- Bədavi Hüseynovun durumu nə yerdədi?
- Sual altındadı. Növbəti mərhələdə cavab oyununu da buraxa bilər.

- Mərkəz müdafiəçisi transfer etdəcəksiz?
- Biz legionerlər hesabına komandada futbolçu sayını artırmalı deyilik. Faysal Rerras həm sol, həm sağ cinahda oynaya bilir. Belədə biz Maksim Medvedevi mərkəzdə oynada bilərik.

- Növbəti rəqibiniz “Dandalk” oldu. Bu rəqib haqda nə deyə bilərsiz?
- Hələ fikir bildirmək tez olar. Daha ətraflı məlumat əldə etdikdən sonra danışmaq olar. Çətin olduğu həmən göründü. Səfər də uzun olacaq. Bu da yorğunluq yaradacaq. Ancaq çalışacağıq ki, maksimum hazır olaq.

- Hər iki matçda bir çox qol imkanları boşa verildi...
- İstərdik ki, həmin epizodlar da qol olsun. Rəqib qol buraxmamaq üçün hər şeyi edirdi. Bəzi epizodlarda topu hətta xəttin üstündən çıxardılar. Bu da futbolun bir hissəsidi.

- Adətən “Qarabağ”ın ifasında daha təmkinli futbol görmüşük. Son iki matçda daha çox hücum etdiz...
- Nə qədər topa sahib olsaq da, hücuma da fikir verməliyik. Bu gün də az topa sahib olmadıq. Son dəqiqələrdə hücumlar daha sürətli alındı deyə, top az müddət bizdə oldu. Rəqib bütün zonaları bağlayırdı, 6-7 futbolçu birəbir mübarizə aparırdı oyunçularımızla. İlk matçda hücumlarımız o qədər də çox olmamışdı. Ancaq doğma meydanda azarkeşlərin də dəstəyilə rəqibi qapısına sıxışdıra bildik.

- Aylton Silvanın ilk oyunundakı performansı necə idi?
- Normal. Ən yaxşı formasından bir qədər uzaqdı. Oyun təcrübəsi də azdı. Ancaq təcrübəsi hiss olundu. Onu kimləsə müqayisə etmək istəmirəm. Hər futbolçudan öz potensialına görə tələbimiz olur. Onun oyunu heç də pis alınmadı. Ancaq daha da yaxşı olmalıdı. Zamanla performansı yüksələcək. (komanda.az)


 
tarix: 17-07-2019 23:29


 
Xəbər lenti
18.08.2019

01:53   Vurğun 300 həddinə çatan 21-ci futbolçu oldu

01:31   "Monako"nu 3 qolla devirdilər

01:19   "Real" mövsümə qələbə ilə başladı – VİDEO

01:11   6 oyuna 21 qol

01:01   "Valensiya" son dəqiqədə büdrədi

00:51   "Beşiktaş" darmadağın oldu

00:37   “Sumqayıt”ın Qəbələdə ilk qələbəsi - VİDEO

00:24   "Qarabağ"ın oyunu isveçrəlilərə tapşırıldı

00:01   “Siti” büdrədi, “Liverpul” yox

17.08.2019

21:50  "Qarabağ"ın rəqibi uduzdu

21:42  Abbasov qalib komandasından narazıdı

21:29  Sənan Qurbanov yenə nağıl danışdı

21:00  "Sumqayıt" Qəbələdən 3 xalla dönür - YENİLƏNİB

20:19  Emilin ardıcıl 3-cü “quru oyunu”

20:02  “Qarabağ” hamıdan öndə - UEFA açıqladı

18:31  Faydasız Dadaşov

17:45  Nazarovla məğlubiyyət

17:19  Eddi hələ hazır deyil

17:01  Poçettino titul istəyir

16:47  İlk dəfə səfərdə

16:28  “Kəpəz” yenə qalib gələ bilmədi

16:07  “Bavariya”dan daha bir transfer

15:47  "Sabah"da 2 itki

15:23  "Real" Pulişiçi istəyir

14:55  "Qarabağ"ın oyununa biletlər satışda

14:12  “Zirə” Ərdəbil klubuna qalib gəldi

13:38  Rüfət Dadaşov yenə milliyə çağırıldı

13:27  "Qarabağ"a gəlmədi

12:42  Premyer Liqaya yeni sponsor tapıldı – Ramin Musayev açıqladı

12:29  Zubir Fransaya qayıtmaq istəyir

11:49  Suares sıradan çıxdı

11:37  Siasia futboldan qovuldu - ömürlük

11:20  Koutinyo icarəyə verildi

10:59  Fransızlar təsdiqlədi: “Zubirlə maraqlanırıq!”

10:29  “Zirə”nin 5-ci mövsümü

10:18  Gürcüstan və Ermənistan klubları arasında danışılmış oyun şübhəsi

10:09  Kamran Quliyev “avtobus”dan şikayət etdi: “Hamımız günahkarıq”

09:51  “Qəbələ” - “Sumqayıt”: ardıcıl üçüncü dəfə

09:40  Levandovskinin dublu "Bavariya"ya qələbə gətirmədi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az