(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Rəşad Sadıqov: “Qol zamanında gəldi”

Rəşad Sadıqov: “Qol zamanında gəldi”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu “Partizani”yə qarşı keçirdikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi 2:0 hesabıyla qalib gəldikləri matla bağlı öncə bunları söyləyib:

- İlk oyunun 0:0 hesabı ilə bitməsindən sonra belə bir ssenari gözləyirdik. Xatırlamıram ki, 1-ci mərhələdə hansısa oyunumuz belə maraqlı, rəngarəng alınsın. İkinci hissədə məcbur idik ki, bir az sürəti artıraq. Çünki rəqib yaxşı müdafiə olunurdu. Çox şükürlər olsun ki, fasilədən sonra oyunumuz alındı, qollar vurduq.

- Vaxt keçdikcə qol vura bilmədiyiniz üçün həyəcan da artırdı...
- İkinci hissənin əvvəlində qol zamanında gəldi. Gec vursaydıq, bəlkə də həyəcan artardı. Qurban müəllim fasilədə dedi ki, tələsməyin, həyəcanlanmayın, 90-cı dəqiqədə də qol vura bilərik, əlavə vaxtda da, oyununuzu oynayın.
 
- Görünür, yeni transferlər komandaya tez uyğunlaşır...
- Bu, bizi sevindirir. Vaxt keçdikcə daha yaxşı uyğunlaşacaqlar. Ola bilsin ki, bu gün oyunları yaxşı alındı, ancaq sabah bu, baş verməz. Müəyyən vaxt lazımdı.

- Vaqner Da Silva ikinci hissədə vacib qurtarış etdi...
- Bizim də qaçırdığımız çox şans oldu. Onların bir real şansı oldusa, biz 4-5 100 faizli fürsətdən yararlana bilmədik. Futboldu, mütləq belə an olur. Biz də həmin anı gözləyirdik, qol olsaydı, səhv etmirəmsə, qarşıda 10-15 dəqiqəlik vaxtımız var idi. Buna da hətta hazırlaşmışdıq. Çox şeyə hazırlaşırsan, ancaq meydanda alınıb-alınmayacağını bilmirsən.

- 2-ci mərhələdə İrlandiyanın “Dandolk” klubu ilə qarşılaşacaqsınız...
- Paltardəyişmə otağında penaltilər seriyasına baxdıq. “Dandolk” qalib gəldi və ilk dəfə İrlandiya çempionu ilə qarşılaşacağıq. Bizi uzun yol gözləyir. Səhv etmirəmsə, süni örtükdə oynayırlar. Bizi ağır oyunlar gözləyir. Əlimizdən gələni etməliyik ki, bizim üçün yaxşı olsun.

- Penaltilər seriyasını izləyəndə hansı rəqibi arzu edirdin?
- Mən heç vaxt rəqib istəmirəm. Həmişə Allaha buraxıram, hansı məsləhətdisə, o olsun. (matc.az)


 
tarix: 18-07-2019 00:12


 
Xəbər lenti
18.08.2019

01:53   Vurğun 300 həddinə çatan 21-ci futbolçu oldu

01:31   "Monako"nu 3 qolla devirdilər

01:19   "Real" mövsümə qələbə ilə başladı – VİDEO

01:11   6 oyuna 21 qol

01:01   "Valensiya" son dəqiqədə büdrədi

00:51   "Beşiktaş" darmadağın oldu

00:37   “Sumqayıt”ın Qəbələdə ilk qələbəsi - VİDEO

00:24   "Qarabağ"ın oyunu isveçrəlilərə tapşırıldı

00:01   “Siti” büdrədi, “Liverpul” yox

17.08.2019

21:50  "Qarabağ"ın rəqibi uduzdu

21:42  Abbasov qalib komandasından narazıdı

21:29  Sənan Qurbanov yenə nağıl danışdı

21:00  "Sumqayıt" Qəbələdən 3 xalla dönür - YENİLƏNİB

20:19  Emilin ardıcıl 3-cü “quru oyunu”

20:02  “Qarabağ” hamıdan öndə - UEFA açıqladı

18:31  Faydasız Dadaşov

17:45  Nazarovla məğlubiyyət

17:19  Eddi hələ hazır deyil

17:01  Poçettino titul istəyir

16:47  İlk dəfə səfərdə

16:28  “Kəpəz” yenə qalib gələ bilmədi

16:07  “Bavariya”dan daha bir transfer

15:47  "Sabah"da 2 itki

15:23  "Real" Pulişiçi istəyir

14:55  "Qarabağ"ın oyununa biletlər satışda

14:12  “Zirə” Ərdəbil klubuna qalib gəldi

13:38  Rüfət Dadaşov yenə milliyə çağırıldı

13:27  "Qarabağ"a gəlmədi

12:42  Premyer Liqaya yeni sponsor tapıldı – Ramin Musayev açıqladı

12:29  Zubir Fransaya qayıtmaq istəyir

11:49  Suares sıradan çıxdı

11:37  Siasia futboldan qovuldu - ömürlük

11:20  Koutinyo icarəyə verildi

10:59  Fransızlar təsdiqlədi: “Zubirlə maraqlanırıq!”

10:29  “Zirə”nin 5-ci mövsümü

10:18  Gürcüstan və Ermənistan klubları arasında danışılmış oyun şübhəsi

10:09  Kamran Quliyev “avtobus”dan şikayət etdi: “Hamımız günahkarıq”

09:51  “Qəbələ” - “Sumqayıt”: ardıcıl üçüncü dəfə

09:40  Levandovskinin dublu "Bavariya"ya qələbə gətirmədi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az