(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Parlaq yox, yaxşı oyunla...

Parlaq yox, yaxşı oyunla...

Əsas olan qələbədi, qalanı təfərrüatdı. Və bu qələbəni “Qarabağ” yaxşı oyunla qazandı. Parlaq yox, yaxşı oyunla...
 
Ağdamlıların hazırlıq prosesini təzə başa vurduğunu, heyətin tam komplektləşmədiyini, oyun ritminə düşmədiyini nəzərə alsaq, dünən göstərdiyi futbol məqbuldu. Amma mərhələlər keçildikcə, daha çətin rəqiblər gəldikcə “Qarabağ” artırmalıdı.
 
“Partizani”ni Albaniyada yenmək mümkün olmamışdı. Hər nə qədər zəif olsa da, ev matçında əzmkarlıq sayəsində qolsuz heç-heçəni təmin etmişdilər. Lakin bu, rəqibin maksimumu idi. Cavab matçında fasiləyə kimi eyni ssenari davam etsə də, “Qarabağ” tempi artıran kimi favoritin qələbəsi reallaşdı.
 
“Qarabağ” həminki komandadı. Qurban Qurbanovun tətbiq etdiyi oyun dəst-xətti rəqiblər tərəfindən hər nə qədər öyrənilsə də, komandanı durdurmağa çalışsalar da, alınmır, buna müəyyən qədər nail olanda isə usta oyunçular səhnəyə çıxır və nəticəni təmin edirlər. Daha səviyyəli oyunçular bir yana, belə matçlarda Rəşad Sadıqov kimi liderlərin təcrübəsi də həlledici olur. Necə ki, “Partizani”nin məğlub edilməsində məhz onun dirijorluğu həlledici oldu. Epizodların birində qapıçı meydançasına kimi reyd edib, təhlükə yaratması yaşına rəğmən, hələ üst səviyyədə oynaya bildiyini göstərdi. Baxmayaraq ki, mərkəz müdafiəçisidi və arxada diqqətli olması daha zəruridi. O, işinin öhdəsindən gəldi, üstəlik, qapanmış rəqibin müdafiəsini açmaq üçün sürpriz futbolçu kimi irəli atıldı, bəzən pleymeyker funksiyasını yerinə yetirdi.
 
Ağdamlıların hücumda problemi var. Rəqib müdafiəsini yarmaq üçün bütün iş yarımmüdafiəçilərin öhdəsinə düşür. Ötən oyunda Mahir Əmrəli, bu dəfə Araz Abdullayev məcburiyyətdən ən öndə oynadıldı. Yəqin ki, yeni transfer forma geyincə hər şey yoluna düşəcək. Cərimə meydançasını mühasirəyə alıb, top çevirməklə heç də hər zaman məqsədə çatmaq olmur.
 
“Qarabağ”ın topa hakim olduğu oyunlarda məhsuldar oynaması da vacibdi. Əks halda, rəqibin bir təsadüfi qolu hər şeyi məhv edə bilər. Necə ki, dünən “Partizani”nin ani hücumu zamanı Vaqner da Silvanın ardıcıl 2 seyvi olmasaydı, indi başqa mövzudan danışırdıq.
 
“Qarabağ”ın yeni transferlərinin heyətə uyğunlaşması üçün zaman lazımdı. Xayme Romero hələlik ciddi nə iləsə fərqlənmir, sadəcə, onsuz da çox olan cinah oyunçuları arasında rəqabəti artırıb. Cərimə meydançasına yer asmaları daha təhlükəlidi, lakin ondan tələb olunan təkcə bu deyil. Necə ki, onu əvəz edən Dani Kintana əsas heyətə layiq olduğunu bir neçə saniyəyə sübut etdi. Ağdamlıların avrokuboklarda 100-cü qolunu vuran ispan müdafiəni əla yardı və Miçel Madeyra da onun ilk toxunuşdaca qol vurması üçün zərgər dəqiqliyini göstərdi.
 
Simeon Slavçevlə Abdullah Zubir real şansları qaçırdı, daha bir neçə epizodda rəqib müdafiəçilər yaxşı oynadı. İlk yarını süst keçirən “Qarabağ”ın bu şansları əldə etməsi üçün isə rəqibin hücuma meyl göstərməsi lazım gəldi. Hansı ki, buna Filip Ozobiçin qolu səbəb oldu. Albaniyada daha real şansı boşa verən xorvat boyuna uyğun olmayan baş zərbəsini dəqiq endirdi. Hesabın açıldığı zaman Ailton da Silvanın ötürməsi də qeyd edilməlidi. Ağdam klubunda ilk matçını keçirən braziliyalı tezliklə Donald Geryeni unutduracaq. Məhz onun sayəsində sol cinah fəal idi, Zubir daha rahat oynayırdı.
 
Qurbanov standart əvəzləmələrlə yadda qaldı. Sonadək seçdiyi taktikanı dəyişmədi, eyni mövqenin oyunçularını əvəzlədi və lazımi nəticəni təmin etdi. Qrupa doğru irəlilədikcə bəzən fərqliliklər də lazım gələcək, hələliksə sabitliklə vəzifə yerinə yetirilir. Maqaya Qeyenin hücum planında daha rəngarəng “Qarabağ”ı görməyimizi təmin edəcəyinə inanaq. O, ümidləri doğrultmasa, hətta Avropa Liqasında da qrupa düşmək çətin olacaq.
 
CAVAD

 
tarix: 18-07-2019 09:00


 
Xəbər lenti
13.11.2019
12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az