(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Aftandil Hacıyev: “Xırda səhvlər olmasaydı, mərhələ keçə bilərdik”

Aftandil Hacıyev: “Xırda səhvlər olmasaydı, mərhələ keçə bilərdik”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Universitatya Krayova” klubuna qarşı keçirdikləri cavab oyununu (2:3, ilk oyun 2:3) şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

“Bu gün möhtəşəm futbol gecəsi yaşadıq. Yenə bol qollu oyun izlədik. Hətta deyərdim ki, bu, daha maraqlı alındı. Rəqib daha keyfiyyətli oyunçulara, daha üstün büdcəyə sahibdi. Futbolçularıma layiqli oyun münasibətilə təşəkkür edirəm. Xırda səhvlərə yol verməsəydik, mərhələni keçən tərəf biz də ola bilərdik".

Gənc mütəxəssis xüsusən möhtəşəm ikinci hissə keçirdiklərini və 3 illik tarixləri ərzində belə oyun sərgiləmədiklərini söyləyib: "Heyətimizin 60 faizi dəyişib. Yeni oyunçuları hazırlığın sonlarında cəlb etdik. Yoxlama oyunlarında qol vura bilməməyimiz də buna görə idi. Gec komplektləşmə nəticəyə təsirini göstərdi. Sabit büdcəmiz var, bunun daxilində seleksiya aparırıq. Komandamızın güclənməyə ehtiyacı var. Daha yaxşı büdcəyə malik olsaq, gələcəkdə bundan da yaxşı nəticələr göstərə bilərik. Bu, bizim üçün böyük təcrübədi. Gələcəkdə daha münasib rəqiblər bizə düşsə, bu təcrübənin bəhrəsini görə bilərik".

Hacıyev "Universitatya Krayova"nı stadion və azarkeşləri ilə birgə bəyəndiyini və gələn oyunlarında bu komandaya azarkeşlik edəcəyini vurğulayıb: "Bu komanda daha artığına layiqdi. İnanırıq ki, "Universitatya Krayova" qrup mərhələsinədək irəliləyəcək”. (Report)


 
tarix: 18-07-2019 22:33


 
Xəbər lenti
22.08.2019

00:55   “Olimpiakos” “Krasnodar”ı darmadağınla yola saldı

21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az