(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Neftçi” qrup mərhələsinə çıxsa, qürur duyacağıq”

“Neftçi” qrup mərhələsinə çıxsa, qürur duyacağıq”

"Oyun barədə çox danışmaq olar. Rəqibi təbrik edirəm". 

Futbolinfo.az xəbər verir ki, bunu "Sperantsa"nın baş məşqçisi Kristian Efros deyib. Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda (0:3) olduğu kimi, cavab görüşündə də "Neftçi"yə böyük hesabla (0:6) məğlub olan Moldova klubu avrokuboklarla vidalaşıb. 27 yaşlı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk oyunda demişdiniz ki, "Neftçi" hakimlərin hesabına qalib gəlib. Bu nəticə sizə cavab oldumu?
- İlk oyunla bağlı fikrimi dəyişmirəm. Amma bugünkü matçla bağlı eyni şeyi deyə bilmərəm. Təəsssüf ki, biz "Liverpul" deyilik. Böyük risk aldıq və nəticə belə oldu. Birinci oyunda başqa hesab qeydə alınsaydı, bu gün də oyun fərqli olardı.

- Adətən belə böyükhesablı məğlubiyyətdən sonra baş məşqçi klub prezidentinə hesabat verir. Siz atanıza nə deyəcəksiniz?
- Məncə, bu, sizin yox, bizim daxili problemlərimizdi. Mən hesabatı prezidentə verəcəm.

- İlk oyundan sonra "Neftçi"yə ikinci dərəcəli rəqib kimi yanaşmışdınız. Yəqin ki, bugünkü nəticədən sonra "Neftçi"ni unutmayacaqsınız...
- Deyə bilərsiniz ki, aqressiv danışıram. Aqressiv suallar verirsiniz və eyni şəkildə cavab gözləyirsiniz. Sizin xoşunuza gələn çox şey danışa bilərəm. Sizi başa düşə bilmirəm. Gəlin futboldan yox, həyatdan da danışaq. Əgər maaşınız aşağıdısa, həmişə onun çox olmasını istəyəcəksiniz. Hər bir şəxs uğurlu olmasını istəyir. Mən həmişə qələbə qazanmaq istəyirəm. Bu gün alınmadı, sabah alınacaq. Ancaq axmağın biri deyə bilər ki, sabah uduzacam.

- "Neftçi" barədə çox sərt açıqlamalar vermişdiniz. Hətta ironiyalı atmacalar da atmışdınız...
- Problem nədədi? Moldovada pomidor çoxdu. Orda şərab da var. Azərbaycanda neft var, bununla qürur duymalısınız. Heç vaxtb Azərbaycan haqda pis ifadə işlətməmişəm. Sadəcə, sizin neft satdığınızı demişəm. Dünən də bildirdim ki, Azərbaycanın qonaqpərvərliyi xoşuma gəldi. "Neftçi" rəhbərliyinin meydanı sulamaqla bağlı sözləri xoşuma gəlmədi. Siz də bizim mentalitetimizi bilməlisiniz. Çünki sizin kimi, bizim də öz mentalitetimiz var.

- "Neftçi" növbəti turda "Arsenal"la qarşılaşacaq. Paytaxt klubunun şanslarını necə qiymətləndirirsiniz?
- Əgər "Neftçi" qrup mərhələsinə çıxsa, biz qürur duyacağıq. Hər iki komandaya uğurlar arzulayıram. (matc.az)


 
tarix: 18-07-2019 23:15


 
Xəbər lenti
13.11.2019

13:41   Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20   “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00   David Vilya karyerasını başa vurur

12:40   Emil Balayev mövsümün rəmzi komandasında

12:21   Millimiz Yunanıstana qarşı

12:05   Azərbaycan kubokunun püşkü atılır - YENİLƏNİR

12:01   Asim Xudiyevə beynəlxalq təyinat

11:40   Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34   Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21   Misir yığmasında Salah şoku

11:00   Maldini “Milan”la müqavilə imzaladı

10:40   “Barselona” yeni formasını təqdim etdi - VİDEO

10:20   “Fənərbaxça”nın forvardı millidən kənarlaşdırıldı

10:00   Ronaldinyo yenidən “Barselona”da

09:40   “Qalatasaray” “Brügge”nin qovduğu futbolçunu qəbul etmədi

09:21   Millimizin üzvü İngiltərə Liqa Kubokunda qələbəyə sevindi

09:00   “Albasete” rəsmisi: “Eddinin milliyə gəlməməsi AFFA və klub arasında razılaşdırılıb”

12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az