(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Bordin: “Onun qol vurmasını hədiyyə hesab edirəm”

Bordin: “Onun qol vurmasını hədiyyə hesab edirəm”

"Çətin oyun olacağını bilirdik. Oyunçularıma tapşırmışdım ki, rəqibi düzgün qiymətləndirsinlər, yuxarıdan aşağı baxmasınlar". 

Futbolinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin baş məşqçisi Roberto Bordinə məxsusdu. Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə cavab görüşünə çıxan "ağ-qaralar" rəqibini növbəti dəfə darmadağın edib – 6:0. Oyunsonrası təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssisin qələbə şərhi belə olub: 

"Bu cür nəticədən sonra bəziləri düşünə bilər ki, asan qələbə qazandıq. Bu, heç də belə deyil. Oyunun əvvəli istədiyimiz kimi getmirdi. Buna baxmayaraq, futbolçularımın oyuna yanaşması yaxşı oldu və gözəl qələbə qazandıq".

- Düşünmürsünüz ki, oyunun ulduzu İsmayıl Zülfüqarlı oldu?
- Bu qələbə bütün komandanındı. Hamı gözəl oyun nümayiş etdirdi. Hamı özünü yaxşı göstərdi. İsmayılın oyununu da yaxşı qiymətləndirirəm. Mübarizəyə yaxşı qoşuldu. İkinci oyununu keçirdi. Qol vurmasını hədiyyə hesab edirəm.

- II mərhələdəki rəqibiniz "Arsenal"ın həftəsonu çempionat oyunu var. Həmin matçı izləmək üçün Rusiyaya səfər etmək planınız varmı?
- Ola bilsin ki, kimisə göndərdik. Planda var. Başqa vasitələr də var. Müzakirə etdikdən sonra bir qərar verəcəyik. Onu deyə bilərəm ki, bizi çətin oyun gözləyir.

- İki oyunda 9 qol vursanız da, hücumçunuz Rauf Əliyev susqun oldu. Bu, daha ciddi rəqiblə oyunöncəsi siqnal deyil?
- Düzdü, Rauf fərqlənmədi. Amma bu, siqnal deyil. Onun göstərdiyi oyun komandaya çox xeyir verdi. Oyunçunun komandaya xeyri çox önəmlidi. Bəzi neqativ halları növbəti matça qədər düzəltməliyik.

- Bu, Azərbaycan klublarının avrokuboklar tarixində ən böyükhesablı qələbəsi oldu. Bu gün nədənsə narazı qaldınız?
- Sevinirəm ki, Azərbaycanın futbol tarixinə düşdük. Razı qalmadığım amil oyunçular arasında əlaqənin istənilən səviyyədə olmaması və topu tez itirməyimiz idi.

- Jozef Monrozun transferindən sonra demək olarmı ki, Baqali Dabo sağaldıqdan sonra hücumun mərkəzində çıxış edəcək?
- Dabo da, Monroz da hücumun hər üç mövqeyində oynamağı bacarır. Əsas odu ki, Dabo tezliklə hazır olsun. Baş məşqçi bütün oyunçularının əlinin altında olmasını istəyir ki, seçim imkanı geniş olsun.

- İsmayıl Zülfüqarlı oyunun gedişində və ondan sonra çox dəstək gördü. Onun tez ulduz xəstəliyinə tutulmasından qorxmursunuz? Gənc futbolçu ilə söhbət etmək fikriniz var?
- İnanmıram belə olsun. Ulduz xəstəliyinə tutulsa, onu tez sağaldarıq (gülür). İsmayıl bu gün oyuna çox yaxşı daxil oldu, qol epizodunda da düzgün mövqe seçmişdi. Ona görə çox sevinirəm. Verilən şanslardan istifadə etməyə çalışmalıdı. Bu gün də bu imkandan düzgün yararlandı. Cavan oyunçudu, öz üzərində çox çalışmalı, inkişaf etməlidi. Ətrafında təcrübəli oyunçular var, onlardan götürməli olduğu çox şey var.

- Ardıcıl iki böyükhesablı qələbə komandaya iki cür təsir edə bilər: motivasiyanı artıra və ya eyforiya yarada bilər. Bunu nəzərə alırsınızmı?
- Dediyim kimi, oyunçularıma rəqibi düzgün qiymətləndirməyi tapşırmışdım. Hər iki oyunda qazanılan qələbə bizim üçün böyük motivasiya olacaq. Qarşıda bir neçə gün var ki, komandanı yaxşı hazırlaşdıraq. Çünki bizi olduqca güclü rəqiblə oyunlar gözləyir. (matc.az)


 
tarix: 18-07-2019 23:29


 
Xəbər lenti
13.11.2019

14:15   AFFA 4 klubu 800 manat cərimə etdi

14:00   “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41   Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20   “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00   David Vilya karyerasını başa vurur

12:40   Emil Balayev mövsümün rəmzi komandasında

12:21   Millimiz Yunanıstana qarşı

12:05   Azərbaycan kubokunun püşkü atılır - YENİLƏNİR

12:01   Asim Xudiyevə beynəlxalq təyinat

11:40   Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34   Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21   Misir yığmasında Salah şoku

11:00   Maldini “Milan”la müqavilə imzaladı

10:40   “Barselona” yeni formasını təqdim etdi - VİDEO

10:20   “Fənərbaxça”nın forvardı millidən kənarlaşdırıldı

10:00   Ronaldinyo yenidən “Barselona”da

09:40   “Qalatasaray” “Brügge”nin qovduğu futbolçunu qəbul etmədi

09:21   Millimizin üzvü İngiltərə Liqa Kubokunda qələbəyə sevindi

09:00   “Albasete” rəsmisi: “Eddinin milliyə gəlməməsi AFFA və klub arasında razılaşdırılıb”

12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az