(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Səbail”in dərsi

“Səbail”in dərsi

Gözlənilən nəticədi, əksinə, mərhələni “Səbail” keçsəydi, bu, sensasiya olardı. Avropa Liqasının debütantı olan təmsilçimizin rəqibi də güclü idi. “Universitatya Krayova” hətta daha iddialı klublarımız üçün çətin rəqib sayılırdı.
 
Bununla belə, Rumıniyadakı oyun göstərdi ki, bu rəqibi keçmək olardı. Təcrübəsizlikdən irəli gələn həlledici səhvlər, klubdaxili problemlər, baş məşqçinin işinə müdaxilələr sonda hər iki oyunda məğlubiyyətlə nəticələndi.
 
Hər şey ilk oyunda tar-mar oldu. Rəhbərlikdəki bəzi şəxslərin israrla Maykl Essyeni start heyətinə saldırması Bakıda məğlubiyyətə gətirib çıxardı. Layiq olmadığı halda həddindən çox yüksək maaş alan və bu səbəbdən əsas heyətdə oynaması vacib sayılan qanalı meydanda olduğu zaman ərzində rəqibin işinə yaradı. “Dənizçilər” faktiki bir nəfər azlıqda oynadı və nəticədə 2:3 hesabıyla yenildi. Orta sahəni bu qoca legionerin fəaliyyətsizliyi üzündən ələ keçirən rumınlar hətta böyükhesablı qələbəyə də nail ola bilərdi. Amma baş məşqçi Aftandil Hacıyev onu əvəz edəndən sonra bəzi yerli futbolçuların əzmkarlığı abırlı hesaba səbəb oldu.
 
Səfərdə alınan 2:3 hesablı məğlubiyyət isə artıq ilk oyunun fəsadlarının nəticəsi idi. Vəziyyəti bərabərləşdirmək, möcüzəyə nail olmaq üçün irəli atılan “Səbail” ardıcıl 2 qol buraxdı və durumu daha da pizləşdirdi.
 
İnsaf naminə, Aftandil Hacıyev bu dəfə daha yaxşı heyət seçmiş, taktikanı rəqibə uyğun qurmuşdu. Bu səbəbdən hətta 0:2 geridə olarkən də komanda oyundan qopmadı, mübarizə apardı. Rumın klubuna 2 oyunda 4 top vurmaq təsadüf ola bilməz. “Səbail” çox çətin vəziyyəti dəyişə, hesabı bərabərləşdirə bildi. Oyunu əlavə vaxta daşımaq üçün qələbə qolu arayış zamanı isə müdafiədə ani səhv buraxıldı və əks-hücumdan sonra ilk matçdakı hesab təkrarlandı. Bəlkə də son dəqiqələri ehtiyatlı keçirib, ölkə adına reytinq xalları qazanmaq olardı, lakin “dənizçilər” haqlı olaraq qələbəyə can atdılar, təəssüf ki, müdafiədə azlıqda yaxalandılar və fərdi səhvdən sonra top buraxdılar.
 
Essyeni komandaya faydalı olmaq üçün gətirənlər yəqin, indi səhvlərinin fərqindədi. Şou, reklam həvəsinə düşüb, avrokubokda mərhələ adlamaq şansını əldən verdilər. Cavab matçında ehtiyatda əyləşən Mayklın yoxluğunda “Səbail” daha mobil təsir bağışladı, rəqiblə başabaş mübarizə apardı.
 
Bildiyimizə görə, Essyenlə bağlı klubda ciddi narazılıq olub. Əksər futbolçular qanalının start heyətdə oynamasının əleyhinə çıxıb, meydanda onun da əvəzində işləməyəcəklərini bildiriblər. Belədə məşqçilər heyətinin işi rahatlaşıb, rəhbərliyə kollektivin narazılığı çatdırılıb. Essyenlə bağlı tapşırıq təkrarlanmayıb və komanda normal futbolunu sərgilədi. Hacıyevsə qiyamçıların lideri olan kapitan Eltun Yaqublunu son dəqiqələrdə meydana buraxmaqla bir növ təşəkkürünü çatdırmağı lazım bildi. Lakin bu addım yanlış, Essyenin sifarişçilərinə eyni üsulla cavab idi və futbol tanrısı cəzasını yubatmadı. Komanda bəlkə də qələbəyə nail olacaqdı, lakin qeyri-rəsmi vitse-prezident olan Eltun meydana çıxan kimi rumınlar qələbə qolunu vurdu.
 
Bu oyunlar “Səbail”ə dərs oldu. Rəhbərlik məşqçiləri qınaya bilməz, hər şeyin səbəbkarı özləridi. Yüksək məbləğdə maaş alır deyə oynadılan Mayklın üzündən əla şans qaçırıldı. Hər nə qədər müəyyən addımları diqtə ilə atsa da, Hacıyevi alqışlamalıyıq. Azərbaycan futbolu onun simasında yaxşı məşqçi qazanmaqdadı. Tam səlahiyyət sahibi olsa, xarakteri ilə əla, döyüşkən komanda formalaşdıra biləcək.
 
FƏRİD

 
tarix: 19-07-2019 09:00


 
Xəbər lenti
15.11.2019

16:20   “Real”ın futbolçusu sıradan çıxdı

16:00   Bakıya 1200 uelsli azarkeş gəlib

15:45   “Keşlə”nin sabiq baş məşqçisi Ukrayna klubunda

15:30   Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

15:15   Qaret Beyl: “Azərbaycan millisi daim inkişafdadı”

15:00   Giqqz: “Bakıdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”

14:46   Elxan Məmmədova ünvanladığımız sualın cavabı

14:30   Uels yığmasında daha 2 itki – Bakıya gəlmədilər

14:15   İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00   “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41   “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20   Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

13:00   Əliyar Ağayev AÇ-2020-nin oyununda

12:40   Millimizdə itki - heyətdən çıxarıldı

12:21   “Keşlə” divizion klubu ilə yoxlama oyunu keçirəcək

12:00   Millimizin futbolçularına danışılmış oyunlarla bağlı “dərs”

11:46   11-ci turun oyun cədvəli açıqlandı

11:23   “Neftçi” – “Qəbələ” oyununun vaxtı açıqlandı

11:00   Ardıcıl 2-ci, tarixdə 5-ci dəfə AÇ-də

10:45   La Liqa klubunda yeni müqavilə

10:30   Balayev “Tobol”da qalır

10:00   “Qarabağ”ın futbolçusu Paraqvaya qarşı oynamadı

09:30   “Atletiko”da Dieqo Kosta şoku

09:00   Şenol Günəş: “Xəyalımızı gerçəkləşdirdik”

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az