(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Arsenal”ı keçmək şansımız var” - Stankoviç

“Arsenal”ı keçmək şansımız var” - Stankoviç

“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Speranta” klubuna qarşı keçirdikləri cavab oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 6:0 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Belə hesabla qalib gələcəyinizi gözləyirdiniz?
- Biz oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, qələbə gözləyirdik. Deyə bilmərəm ki, böyük hesablı qələbə gözləyirdik, ya yox. Ancaq kifayət qədər ciddi hazırlaşmışdıq. Bu gün yaxşı oyun nümayiş etdirdik, qalib gəldik.
 
- Baş məşqçinin istədiyi oyun budu? Baş məşqçinin tələb etdiyi oyunun neçə faizini verə bilirsiniz?
- Artırmalıyıq. Düzdü, böyük hesabla qalib gəlmişik. Belə hesabla udsaq da, bu gün də səhvlər buraxırdıq. Öz üzərimizdə çalışmalıyıq. 
 
- “Neftçi”nin müdafiə “betonu”nun Petrovla Stankoviç olduğunu demək olar?
- Bu, baş məşqçiyə aid sualdı. Birinci oyunda Mbocla Petrov müdafiənin mərkəzində çıxış etmişdi. Bu gün isə mən və Petrov birgə oynadıq. Hər şey baş məşqçinin qərarından asılıdı. Futbolçuyam və vəzifəm baş məşqçinin tapşırıqlarını yerinə yetirməkdi.
 
- II mərhələdə rəqibiniz Rusiya “Arsenal”ı olacaq. Tula təmsilçisinin oyunlarına baxmısınız? Bu komandanı keçmək şansınız var?
- Məncə, şanslarımız olacaq. Rəqibin oyunlarına baxmamışıq. İki gün sonra bu oyuna hazırlaşmağa başlayacağıq. Bizim şanslarımız var. “Arsenal” yaxşı komandadı. Ancaq bizim də komandamız yaxşıdı. Oyunumuzu yaxşılaşdırıb, həmin oyunlarda şanslı olduğumuzu göstərməliyik.
 
- “Vulverhempton”, “Espanyol”, “Roma”, “Ayntraxt” kimi klublar da “Neftçi”nin potensial rəqibləri idi. “Arsenal”ın daha münasib olduğunu demək olar?
- Təbii ki, daha güclü rəqib düşə bilərdi. “Arsenal”a qarşı yaxşı hazırlaşmalıyıq. Onlara qarşı yaxşı oyun sərgilməliyik. (matc.az)


 
tarix: 19-07-2019 09:15


 
Xəbər lenti
22.08.2019

00:55   “Olimpiakos” “Krasnodar”ı darmadağınla yola saldı

21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az