(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Ağabala Ramazanov: “Hamı düşünürdü ki, darmadağın olacağıq”

Ağabala Ramazanov: “Hamı düşünürdü ki, darmadağın olacağıq”

“Səbail”in hücumçusu Ağabala Ramazanov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Rumıniyada “Universitatya Krayova” ilə cavab oyunundan (2:3) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Yenə fərqləndiniz, amma komandanız yenə məğlub oldu.
- Məncə, azacıq güc çatmadı. Özünüz də gördünüz ki, hesabı bərabərləşdirdikdən sonra “Universitatya”nın fanatları komandalarını fitə basmağa başlamışdı. Bəlkə də ehtiyatda oyunu canlandıra biləcək bir oyunçumuz olsaydı, burdan daha yaxşı nəticəylə qayıdardıq. Bunlar keçiləsi rəqib idi. Bəlkə də burda belə hesabın qeydə alınacağına komanda və baş məşqçimizdən başqa heç kəs inanmırdı. Hamı düşünürdü ki, darmadağın olacağıq. O ki qaldı qol vurmağıma, bəli, sevinirəm, amma mərhələni rumınlar keçdi.

- Mirabdulla Abbasovla aranda anlaşma ürəkaçan olmadı. Problem nədədir?
- O, komandaya yeni qoşulub. Cəmi 1 aydır. Heç vaxt bir komandada oynamamışıq. Şəxsi münasibətlərimiz isə çox yaxşıdır. Biz həyatda dostuq.

- Komanda iki oyuna 6 qol buraxdı. Bu cür müdafiə xətti ilə çempionatda nəyə ümid edə bilərsiniz?
- Bu suala baş məşqçi cavab verə bilər. Oyunları izləyib öz tövsiyələrini verir.

- Avrokubokda da adından söz etdirən Ağabala Ramazanovun ölkə xaricinə getmək vaxtı yetişməyib?
- Özüm də böyük məmnuniyyətlə gedərəm. Bəlkə də mənimlə maraqlanan var, amma bundan xəbərsizəm.

- Başlayan kimi avrokuboklarla vidalaşdınız. Nəticə ürəkaçan deyil...
- Etiraf etmək lazımdır ki, rəqib bütün komponentlərdə bizdən üstün idi: istər beynəlxalq təcrübə olsun, istər büdcə, istər ifaçılar. Haqlarına girməyək, “Universitatya” bu mərhələni psixoloji cəhətdən də keçməyə hazır idi.

- Oyuna qorxaq başladınız...
- Oyun planımız belə idi ki, ilk yarıya müdafiədən başlayaq. Fasilədən sonra isə Aftandil Hacıyev irəliyə getməyi tapşırdı. Ancaq onu deyə bilmərəm ki, start fitiylə irəli atılsaydıq, nəticə necə olacaqdı (Report).


 
tarix: 19-07-2019 09:44


 
Xəbər lenti
22.08.2019

00:55   “Olimpiakos” “Krasnodar”ı darmadağınla yola saldı

21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az