(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Keçmişi unutduranlar: göyərçinlə sünbül bir arada

Keçmişi unutduranlar: göyərçinlə sünbül bir arada

Dünənin gözlənilməz xəbərlərindən biri “Sumqayıt”ın loqosunu dəyişməsi haqda idi. 9 yaşlı klub birdən-birə belə qərar aldı və səbəbi izah edilmədi.

Əslində, addım başadüşüləndi. Klubun əvvəlki emblemi kolxoz sədrlərinin möhür-ştampına oxşayırdı, orijinallıq yox idi. Dairənin içinə salınmış top hər adamın kompüter proqramları vasitəsi ilə hazırlaya biləcəyi qədər sadəydi, üstəlik, hansısa məna, rəmz özəlliyi gözə dəymirdi.

İnsaf naminə, dünən təqdim edilən loqo daha yaxşıdı. 2019/2020 mövsümündən etibarən istifadə olunacaq emblemin üzərində yerləşən “Göyərçin” Sumqayıt şəhərinin rəmzi və sülhü təmsil edir. Aşağı hissədə yerləşən “Sünbül” isə bolluq, bərəkət simvoludu. Düzdü, sənaye şəhəri olan Sumqayıtın sünbüllə bir əlaqəsi yoxdu, üstəlik, göyərçin ilə sünbülün bir yerdə olması məntiqsizdi. Bəlkə də topa oxşayan qlobus daha yaxşı görünər, sülh istəyini təcəssüm etdirərdi. İndiki halda isə sünbülü dimdikləmək istəyən quşu izləyirik. Bu, bəlkə də gizli məna daşıyır, çünki Rəfiyev “Sumqayıt”a rahat yem gözü ilə baxır.

Reallıq odur ki, klub keçmişindən qurtulmağa cəhd edib və yeni loqo sadəcə, dəyişiklik naminə edilib. Əldə etdiyimiz məlumata görə, bunun üçün klub büdcəsidən həddindən artıq böyük vəsait ödənilib. 18 min manatın havaya sovrulduğunu da deyə bilərik, bu pulun 10-15 faizinə daha ideal loqo hazırlatdırmaq mümkün idi. Müsabiqə elan olunsaydı, elə sumqayıtlıların özü daha orijinal, daha sanballı variantlar təklif edərdi.

Emblemin üzərində klubun yaranma ilinin əks olunmaması da mənfi haldı. İndiki prezident Riad Rəfiyev sanki əvvəlki rəhbərliyini unutdurmaq niyyəti güdür. Və bu presedent son illər dəb düşüb. Bir çox klubda əvvəlki rəhbərliklərin unutdurulması üçün tarixə biganə yanaşılır, hətta arxiv materiallarına da diqqət yetirilmir, daha çox indikilərin fəaliyyət dövrü işıqlandırılır. Keçmişə qısqanclıq çox pis xəstəlikdi və əldən-ələ keçən klubların hamısında nümunələri var.

“Sumqayıt”a kimi son olaraq “Keşlə” bu addımı atmışdı. “İnter”i unutdurmaq üçün geyim rəngləri, formalar, emblem və hətta ad da dəyişdirilmişdi.

Bu baxımdan ilk dəyişiklik 2010-cu ilin martında reallaşmışdı. AFFA-nın yeni rəhbərliyi özlərindən əvvəlkiləri unutdurmaq üçün loqonu dəyişmiş və yeni səhifəyə başlamışdılar. O zaman yanar od formasında və top şəklində əks edilən Azərbaycan bayrağı üçün 50 min manat ödənilmişdi.

Sonradan bəlli oldu ki, yeni dizaynın müəllifi baş katib Elxan Məmmədovun atası Səlhab bəydi. Hər halda, mətbuatda çıxan bu xəbər nə o zaman, nə də sonra təkzib olunmadı. Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Rəssamlar İttifaqı sədrinin birinci müavini tanınan biridi, 2006-cı ildən xalq rəssamıdı. Onun əl işlərinin yüksək qiymətləndirilməsi gözləniləndi, lakin oğlunun çalışdığı qurumun loqosunun müəllifi olması birmənalı qarşılana bilməz.

İstənilən halda, loqo dəyişikliyinin səbəbi keçmişi unutdurmaq istəyi idi və buna qismən nail oldular. İndi də eyni yolu “Sumqayıt” davam etdirir. Loqosunu da eyni quruma, eyni adamlara sifariş verməklə...

FƏRİD


 
tarix: 19-07-2019 14:51


 
Xəbər lenti
21.08.2019

22:25   “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22   David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20   Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44   “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55   “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21   Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00   “Keşlə”də kadr dəyişikliyi

17:45   “Monako”da yeni hücumçu

17:12   “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50   Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36   Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16   “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50   I Divizionda mövsümün təqvimi açıqlandı

15:36   Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12   La Liqa klubunda 5 illik müqavilə

14:43   Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26   “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01   “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42   “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25   AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08   Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40   Ayaz Quliyev rəmzi heyətdə

12:21   Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00   AFFA-dan 1 illik müqavilə

11:40   Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21   Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00   DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41   Daha bir türk futbolçu A Seriyasında

10:23   Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00   Paytaxt klubunda daha bir yeni müqavilə

09:30   “Səbail”in sabiq futbolçusu Super Liqa klubunda

09:00   David Hili: “Qarabağ” məni təəccübləndirdi”

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az