(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

“Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyevin işi fırıqdı. Başı futbolçu transferinə, müştərilərini müxtəlif klublara yerləşdirməyə elə qarışıb ki, “göyərçinlər”ə vaxt ayırmaq imkanı yoxdu.
 
Futbolinfo.az xəbər verir ki, Rəfiyevi daha çox milli məşqçiləri narahat edir. 3 komandamıza əcnəbi çalışdırıcıları o gətirib və hamısı da indi onun ətəyindən yapışıb. Riad onlarla anlaşanda başqa vəd veribmiş, indi isə AFFA məşqçilərlə fərqli davranır.
 
Əsas millinin baş məşqçisi Nikola Yurçeviç müqavilə bağlayarkən yalnız millinin toplanışları vaxt ölkəmizə gələcəyini vəd edibmiş. İl ərzində 5 dəfə 3 həftəlik Bakıya gəlməyə söz verən xorvat indi jurnalistlərin “niyə vətəninizdəsiz” suallarından narahatdı. O, Azərbaycanda görünməməsinə görə şəxsinə yönələn tənqidlərdən məmnun deyil. AFFA rəhbərliyi də ictimai qınağı nəzərə alıb onu Bakıya çağırdığından, Nikola Riada şikayət etməyi lazım bilib.
 
Təbii ki, Yurçeviçin narahatlığının səbəbi var. 1 milyon avroluq müqavilə bağlayarkən o, bu şərtlərlə razılaşıb və alacağından müəyyən faizi kimlərəsə güzəştə gedib. İndi də həmin adamlardan onu müdafiə etmələrini istəyir, çünki müqavilə ilə nəzərdə tutulan pulun hamısı özünə çatmır və bu səbəbdən cəmi 15 həftəlik işə razılaşıblar. Yurçeviçin xorvat köməkçiləri bu şərtlərlə çalışır, ona görə də kiçik məbləğə qane olublar.
 
U-21 millimizin baş məşqçisi Milan Obradoviçin dərdi başqadı. Serb mütəxəssis ona ildə 5 dəfə beynəlxalq yoldaşlıq görüşünün keçiriləcəyinin vəd edildiyini, indi isə buna əməl olunmadığını bildirir. Məşqçi Lixtenşteynə də bu səbəbdən uduzduqlarını bəhanə edir. O, seçmə mərhələ matçı öncəsi istədiyi sınaq matçlarının keçirilmədiyini, yalnız əsas milli ilə sıradan yoldaşlıq görüşü keçirildiyini bildirir.
 
U-15 və U-16 millilərinin baş məşqçisi, aşağı yaş qrupu üzrə yığmaların koordinatoru Miloş Velebit də Rəfiyevi vədini yerinə yetirməməkdə ittiham edir. Milli komandalar üçün ildə 5 təlim-məşq toplanışı keçirilməsi vədini alan mütəxəssis indi aldadılır.
 
Təbii ki, eyni vaxtda 7-8 işlə məşğul olan Rəfiyevin indi bu vəziyyətə düşməsi tam normaldı. Bütün məsələlərdə yalnız öz qazancını düşünən menecer-prezident hamını yola verməklə məşğuldu. Hamıyla birlikdə futbolumuzu da yola verir və uçurumla aşağı yuvarlanırıq.

 
tarix: 22-07-2019 09:00


 
Xəbər lenti
18.08.2019

01:53   Vurğun 300 həddinə çatan 21-ci futbolçu oldu

01:31   "Monako"nu 3 qolla devirdilər

01:19   "Real" mövsümə qələbə ilə başladı – VİDEO

01:11   6 oyuna 21 qol

01:01   "Valensiya" son dəqiqədə büdrədi

00:51   "Beşiktaş" darmadağın oldu

00:37   “Sumqayıt”ın Qəbələdə ilk qələbəsi - VİDEO

00:24   "Qarabağ"ın oyunu isveçrəlilərə tapşırıldı

00:01   “Siti” büdrədi, “Liverpul” yox

17.08.2019

21:50  "Qarabağ"ın rəqibi uduzdu

21:42  Abbasov qalib komandasından narazıdı

21:29  Sənan Qurbanov yenə nağıl danışdı

21:00  "Sumqayıt" Qəbələdən 3 xalla dönür - YENİLƏNİB

20:19  Emilin ardıcıl 3-cü “quru oyunu”

20:02  “Qarabağ” hamıdan öndə - UEFA açıqladı

18:31  Faydasız Dadaşov

17:45  Nazarovla məğlubiyyət

17:19  Eddi hələ hazır deyil

17:01  Poçettino titul istəyir

16:47  İlk dəfə səfərdə

16:28  “Kəpəz” yenə qalib gələ bilmədi

16:07  “Bavariya”dan daha bir transfer

15:47  "Sabah"da 2 itki

15:23  "Real" Pulişiçi istəyir

14:55  "Qarabağ"ın oyununa biletlər satışda

14:12  “Zirə” Ərdəbil klubuna qalib gəldi

13:38  Rüfət Dadaşov yenə milliyə çağırıldı

13:27  "Qarabağ"a gəlmədi

12:42  Premyer Liqaya yeni sponsor tapıldı – Ramin Musayev açıqladı

12:29  Zubir Fransaya qayıtmaq istəyir

11:49  Suares sıradan çıxdı

11:37  Siasia futboldan qovuldu - ömürlük

11:20  Koutinyo icarəyə verildi

10:59  Fransızlar təsdiqlədi: “Zubirlə maraqlanırıq!”

10:29  “Zirə”nin 5-ci mövsümü

10:18  Gürcüstan və Ermənistan klubları arasında danışılmış oyun şübhəsi

10:09  Kamran Quliyev “avtobus”dan şikayət etdi: “Hamımız günahkarıq”

09:51  “Qəbələ” - “Sumqayıt”: ardıcıl üçüncü dəfə

09:40  Levandovskinin dublu "Bavariya"ya qələbə gətirmədi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az