(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

Milli komandanın uğursuz çıxışı, ölkə futbolunun bərbad durumu AFFA rəhbərliyinin başı üstünə qara buludların toplaşmasına səbəb olub. Artıq 12 illik fəaliyyətsizlik hamını bezdirib, azarkeşlər, futbol ictimaiyyəti, ölkə rəhbərliyi nəticələrdən ciddi narazıdı.
 
Təbii ki, ötən müddətdə müəyyən işlər görülüb. Lakin səriştəsizlikdən düzgün strategiya seçilməyib, yalançı təbliğat aparılıb, dövlət qayğısı nəticəsində futbol təsərrüfatına yönəldilən yüzmilyonlar israf edilib. Bu səbəbdən hazırda uşaq futbolunda bərbad durum hökm sürür, kadr çatışmazlığı var, idarəçilikdə xaos yaşanır, futbol bir qrup adamın əlində cəmləşib və onlar da ba sahəyə ciblərini doldurmaq üçün biznes imkanı kimi baxır.
 
Futbolun inkişafını, kütləviləşməsini yox, yalnız qazanclarını düşündükləri üçün bu sahə çöküb və nəticəsini milli komandaların nəticələrində göstərir. Xüsusilə əsas komanda faciəvi vəziyyətdədi. Avro-2020-nin seçmə mərhələsinin ilk 3 oyunundakı biabırçı nəticələr vəziyyətin acınacaqlı olmasını çılpaqlığı ilə gözlər önünə sərir. Xüsusilə ortabab millilər qarşısında ev darmadğınları azarkeşlərin səbr kasasını daşırıb.
 
Slovakiyaya 1:5 hesablı məğlubiyyətin reallaşdığı  görüşdə stadiona gələn azarkeşlərin istefa şüarları səsləndirməsi hamının indiki durumdan narazı olduğunun göstəricisi idi. Matç bitincə AFFA İcraiyyə Komitəsinin təcili toplanması, baş məşqçi Nikola Yurçeviçdən hesabat istəməsi təsadüf deyildi. Sonradan məsuliyyətin futbolçuların boynuna atılmasına cəhd də idarəçilərin saman çöpündən yapışmasına işarə idi. Amma azarkeşləri aldatmaq mümkün deyil, onlar futbolu indiki idarəçilərdən daha yaxşı anlayır. Əsas günahkar futbolçular, məşqçi yox, top oyununu uçuruma yuvarladan AFFA rəhbərliyinin özüdü.
 
Yurçeviç də günahkardı. Hətta indiki heyətlə də daha yaxşı futbol oynamaq mümkün idi, amma yalnız daha kiçik hesaba ümid etmək olardı. Belə bir sıradan məşqçiyə güvənmək, ona 1 milyon avro illik maaş ayırmaq onu seçənlərin suçudu. Və bütün bunların üst-üstə gəlməsi yenə AFFA rəhbərliyini, de-fakto rəhbər olan baş katib Elxan Məmmədovu hədəfə gətirir.
 
İndi hamı sentyabr matçlarını gözləyir. Avro-2020-nin final mərhələsinə vəsiqə sözü verənlər indi hətta xala həsrət qalıb. Payızın ilk ayındakı oyunlardan sonra isə bəhanə üçün heç bir əsas olmayacaq. Qrupdan çıxmaq üçün mübarizə aparan və əla şansı olan Uelslə sentyabrın 6-dakı səfər matçında xala ümid etmək mənasızdı. 3 gün sonra isə qrupumuzun favoriti Xorvatiya ilə ev oyunu var. Yəqin ki, bu matçlar AFFA rəhbərliyinin də sonu olacaq, islahatları tezləşdirəcək.
 
AFFA zərbə qüvvəsini üzərindən atmaq üçün gələn aydan əməkdaşlıq etdiyi mətbuat orqanlarında Yurçeviçi hədəfə gətirməyi planlaşdırır. Belə ki, bütün günahları xorvat məşqçinin üzərinə atıb, uğursuzluğun səbəbkarı kimi onu göstərməyə cəhd edəcəklər. Ardıcıl 2 oyundakı mümkün uğursuzluq isə Nikolanın istefaya göndərilməsi ilə nəticələnəcək. Beləcə hədəf yayındıraraq məşqçini qurban verəcək AFFA rəhbərliyi öz ömürlərini uzatmağa çalışacaq. Oktyabrda Macarıstanla səfər, eləcədə noyabrda Uelslə ev və Slovakiya ilə səfər qarşılaşmalarında milliyə başqa adam rəhbərlik edəcək.
 
Təbii ki, bu, uğursuz cəhddi. Çünki millinin sıralanan məğlubiyyətləri təkcə məşqçylə bağlı deyil. Hətta dünyanın ən yaxşı məşqçisi də bu potensialla heç nəyə nail ola bilməz. Bu potensialı isə indiki rəhbərlik “ərsəyə gətirib”. Azarkeşlər də sayıqdı və belə manevrlərə aldanmır. Sentyabr matçlarında yenidən istefa şüarlarının səsləndiriləcəyinə şübhə yoxdu. Bəli, təzyiq qarşısında Yurçeviç qurban veriləcək, təzminatını alıb, gedəcək. Daha sonra isə növbə AFFA rəhbərliyinin olacaq. Ən geci 2020-nin yayında Elxan Məmmədov harasa prorektor göndəriləcək. Halbuki onun bu dövrdəki fəaliyyətini araşdırıb, başqa yerə də göndərmək olar.
 
Baş katib şəriki olan “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyevə son 3 oyun üçün milliyə rəhbərlik etməyə məşqçi axtarmasını tapşırıb. Əcnəbi namizədlərə tsikli yaxşı başa vuracağı halda yeni il üçün uzunmüddətli müqavilə bağlamaq vəd olunacaq. Plan baş tutmasa, yerli məşqçilərdən biri seçmə mərhələnin sonuna kimi bu posta gətiriləcək. Amma Yurçeviçin sentyabrda qovulacağı dəqiqdi.

 
tarix: 22-07-2019 09:48


 
Xəbər lenti
13.11.2019
12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az