(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
AFFA-da dava: əlbəyaxa oldular

AFFA-da dava: əlbəyaxa oldular

Bu səhər AFFA-nın baş katibi Elxan Məmmədovun ilk işi başqasına ağıl vermək olub. O, dalaşan 2 nəfəri barışdırmağa çalışıb və mənsub olduqları komitədə başverənlərə aydınlıq gətirməyə çalışıb.
 
Futbolinfo.az xəbər verir ki, iyulun 17-də AFFA-nın akademiyasında ciddi münaqişə olub. Növbəti dərsə toplaşan hakimlərin gözü önündə Hakimlər və Hakim-İnspektorlar Komitəsinin üzvü Elçin Məmmədovla hakim-inspektor Babək Quliyev arasında dava düşüb.
 
Hadisə yerində olan hakimlərdən birindən aldığımız məlumata görə, davaya səbəbkarın kim olduğu bilinməsə də, olay yumruq-sillə savaşına kimi böyüyüb. Vaxtilə hakimlikdən qovulan cütlüyü sakitləşdirmək mümkün olmadığından, Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilov onları bir otağa salıb və ikilikdə söhbət edib, münasibətlərini ayırd etmələrini istəyib. Burada isə Quliyev Məmmədovu vurub və səs-küyə otağa daxil olanlar onları çətinliklə ayırıb.
 
Elxan Məmmədov bu gün komitə üzvlərini bir araya gətirərək hamısını dinləyib. Hansı qərarların verilməsindən isə xəbərsizik.
 
Maraqlı olan odur ki, komitə sədri Frits Stuxlik hələ də Bakıya qayıtmayıb. Premyer Liqada mövsüm bitəni vətəninə qayıdan avstriyalı istirahətindədi. O, yalnız avqustun əvvəlində Bakıya gələcək və qısa hazırlıqdan sonra hakimlər çempionat matçlarına təyinat alacaqlar.
 
Yay boyunca hakimlərə ciddi hazırlıq keçilməyib – nə fiziki hazırlıqları qaydasındadı, nə də nəzəri bilikləri. Bəri başdan bizi qarşıdakı mövsümdə şouların gözlədiyini deyə bilərik. Hazırda hakimlərə Elçin Məmmədov rəhbərlik edir, o isə birini təhqir etmək, digəri ilə dalaşmaqla vəzifəsinin öhdəsindən “məharətlə gəlir”.

 
tarix: 22-07-2019 11:00


 
Xəbər lenti
18.08.2019

01:53   Vurğun 300 həddinə çatan 21-ci futbolçu oldu

01:31   "Monako"nu 3 qolla devirdilər

01:19   "Real" mövsümə qələbə ilə başladı – VİDEO

01:11   6 oyuna 21 qol

01:01   "Valensiya" son dəqiqədə büdrədi

00:51   "Beşiktaş" darmadağın oldu

00:37   “Sumqayıt”ın Qəbələdə ilk qələbəsi - VİDEO

00:24   "Qarabağ"ın oyunu isveçrəlilərə tapşırıldı

00:01   “Siti” büdrədi, “Liverpul” yox

17.08.2019

21:50  "Qarabağ"ın rəqibi uduzdu

21:42  Abbasov qalib komandasından narazıdı

21:29  Sənan Qurbanov yenə nağıl danışdı

21:00  "Sumqayıt" Qəbələdən 3 xalla dönür - YENİLƏNİB

20:19  Emilin ardıcıl 3-cü “quru oyunu”

20:02  “Qarabağ” hamıdan öndə - UEFA açıqladı

18:31  Faydasız Dadaşov

17:45  Nazarovla məğlubiyyət

17:19  Eddi hələ hazır deyil

17:01  Poçettino titul istəyir

16:47  İlk dəfə səfərdə

16:28  “Kəpəz” yenə qalib gələ bilmədi

16:07  “Bavariya”dan daha bir transfer

15:47  "Sabah"da 2 itki

15:23  "Real" Pulişiçi istəyir

14:55  "Qarabağ"ın oyununa biletlər satışda

14:12  “Zirə” Ərdəbil klubuna qalib gəldi

13:38  Rüfət Dadaşov yenə milliyə çağırıldı

13:27  "Qarabağ"a gəlmədi

12:42  Premyer Liqaya yeni sponsor tapıldı – Ramin Musayev açıqladı

12:29  Zubir Fransaya qayıtmaq istəyir

11:49  Suares sıradan çıxdı

11:37  Siasia futboldan qovuldu - ömürlük

11:20  Koutinyo icarəyə verildi

10:59  Fransızlar təsdiqlədi: “Zubirlə maraqlanırıq!”

10:29  “Zirə”nin 5-ci mövsümü

10:18  Gürcüstan və Ermənistan klubları arasında danışılmış oyun şübhəsi

10:09  Kamran Quliyev “avtobus”dan şikayət etdi: “Hamımız günahkarıq”

09:51  “Qəbələ” - “Sumqayıt”: ardıcıl üçüncü dəfə

09:40  Levandovskinin dublu "Bavariya"ya qələbə gətirmədi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az