(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Hər şey “Zirə” üçün?!

Hər şey “Zirə” üçün?!

“Şüvəlan” fəaliyyətini dayandırması barədə rəsmi bəyanat yayıb. Qəsəbə təmsilçisinin bu addımı sən demə, “Zirə”nin yaşaması naminə imiş.
 
Rəsmi bəyanatda yazılıb: "Uzun illərdən bəri Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən “Şüvəlan” Futbol Klubu bir çox futbol turnirlərində ölkəmizi təmsil edərək müxtəlif mükafatlar uğrunda apardığı mübarizə və qazandığı nailiyyətləri ilə Azərbaycan futboluna öz töhfəsini vermiş, habelə bir sıra yeniyetmə və peşəkar gənc futbolçuların yetişdirilməsində böyük əməyi olmuşdur.  Buna baxmayaraq, son zamanlar Premyer Liqa komandaları arasında rəqabətin güclənməsi, o cümlədən “Şüvəlan” Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarıb. Bu tələbləri nəzərə alaraq, “Silk Way Holding” ilə klub rəhbərliyi tərəfindən məsləhətləşmələr aparılıb və Bakıətrafı qəsəblər üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klub ilə təmsil olunmaq məqsədi ilə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olunması qərara alınıb.
 
Qeyd edək ki, Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdir. Bu baxımdan “Şüvəlan” Futbol Klubu mövcud maddi-texniki təminat və infrastrukturla “Zirə” Futbol Klubuna dəstək olacaq. İnanırıq ki, bu dəstək nəticəsində “Zirə” Futbol Klubu yaxın dövr ərzində daha yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. Eyni zamanda “Zirə” Futbol Klubuna sponsorluğunu davam etdirəcəyini bəyan edən “Silk Way” şirkəti bundan sonra da, Azərbaycanda futbolun inkişafı naminə ölkəmizin beynəlxalq turnirlərdə layiqli təmsil olunması üçün maddi-texniki təminat və infrastruktur dəstəyini əsirgəməyəcəyini bildirib".
 
Bu bəyanat artıq rəsmən təsdiqləyir ki, “Şüvəlan” “Zirə”nin farm-klubu imiş. İndiyədək bu, gizli saxlanılırdısa, indi bəyanatda məhz bundan bəhs edilir.
 
“Şüvəlan” haqda bəyanatda yazılan pafoslu sözlərin gözdən pərdə asmaq üçün olduğunu da qeyd etməliyik. Bu klub mövcud olduğu qısa müddətdə futbolumuza hansısa töhfə verməyib, sadəcə, divizionda komanda sayı düzəldiblər. İndi isə sponsorların ayırdığı vəsait əvvəllər dəstək olduqları kluba yönəldilib. “Zirə”nin fəxri prezidenti Orxan Məmmədov bir əldə iki qarpız tuta bilmədiyindən, “qartallar” üçün lazımi maliyyəni təmin etməyi bacarmadığından çıxış yolunu bu addımı atmaqda görüb.
 
Bu addımı hardasa başa düşmək olar. Onsuz da “Şüvəlan”ın varlığı ilə yoxluğu bilinmirdi. 2 yarışda 2 sürünən komanda saxlamaqdansa, “Zirə”yə diqqətin ayrılması məntiqlidi. Lakin bunu əvvəldən də fikirləşmək olardı, o zaman bir neçə il boşa verilməzdi.
 
“Şüvəlan”ın futbol səhnəsindən silinməsiylə klubun bazası “qartallar”ın ixtiyarında olacaq. Eləcə baş məşqçi Adil Şükürov əvvəlki işinə - “Zirə” akademiyasına qayıdacaq. O gedəndən burada koordinator postu boş idi və Şükürovun dönüşü üçün “toxunulmaz qalmışdı”.

 
tarix: 23-07-2019 11:22


 
Xəbər lenti
12.11.2019

19:57   Super Liqada daha bir baş məşqçi istefası

18:37   “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02   Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33   Solari yenidən “Real”da

17:02   “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45   “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23   Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00   Super Liqa klubunda yeni baş məşqçi

15:46   “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28   Turun futbolçusu “Qəbələ”dən oldu

15:09   İngiltərə millisində qalmaqal

14:50   “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36   “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17   “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51   Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38   Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16   Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55   Millimizin rəqibinin heyətində dəyişiklik

12:36   Mövsümün 100-cü qolu

12:22   Ağayev 50-yə çatdı

11:59   Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47   Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39   “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30   Lobotka üçün hədəf bəllidi

11:21   Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11   İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00   İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30   Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00   Dadaşovdan məhsuldar ötürmə

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az