(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Kəpəz”ə yeni baş məşqçi təyin olundu - RƏSMİ

“Kəpəz”ə yeni baş məşqçi təyin olundu - RƏSMİ

“Kəpəz” PFK-nın əsas komandasına yeni baş məşqçi təyin olunub.

Futbolinfo.az xəbər verir ki, bundan sonra Gəncə təmsilçisini Yaşar Vahabzadə çalışdıracaq. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Vahabzadə və məşqçilər korpusuna daxil olan köməkçiləri Babək Alxasov, Vidadi Rzayev və Nadir Şükürov klubun məskunlaşdığı şəhər stadionunda futbolçular və texniki heyətlə görüşüb. Tanışlıq xarakteri daşıyan görüşə son mövsümdə komandanın heyətində çıxış etmiş 11 oyunçu qatılıb. 

Yaşar Vahabzadə təyinatından danışaraq köməkçilərini komanda üzvlərinə təqdim edib. Gəncə futbolunun və “Kəpəz”in Azərbaycan futbolundakı mövqeyindən bəhs edən təcrübəli mütəxəssis yerli futbol məktəbinin potensialına güvəndiyini bildirib. Baş məşqçi daha sonra oyunçuları dinləyib. Görüşün sonunda komandaya uğurlar arzulanıb. Kollektivin yaxın günlərdə məşqlərə başlayacağı qeyd olunub.

Məşqçilər korpusu həmçinin, stadionun əsas və yardımçı meydançasının durumu ilə yaxından maraqlanıb. AFFA tərəfindən tikintisi davam etdirilən süni örtüklü meydana da baxış keçirilib.

Xatırladaq ki, Yaşar Vahabzadə bundan öncə də “Kəpəz”də çalışıb. O, Gəncə klubunun Premyer Liqada yarışdığı son mövsümdə 2017/2018-ci illərdə əsas komandanın məşqçilər korpusunda yer alıb. AFFA Məşqçilər Komitəsinin üzvü olan 59 yaşlı çalışdırıcının rəhbərlik etdiyi 21 yaşlılardan ibarət Azərbaycan yığması iki il öncə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Onu da qeyd edək ki, geridə qalan mövsümdə “Kəpəz”i Etibar İbrahimov çalışdırırdı. Onun rəhbərliyi altında komanda Birinci Divizionu 14 kollektiv arasında 11-ci pillədə başa vurmuşdu.


 
tarix: 23-07-2019 15:41


 
Xəbər lenti
20.11.2019

02:46   Pavel Hapal: “Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı”

02:21   Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm”

01:56   Uels millisi AÇ-2020-də!

01:34   Millimiz son oyunda da uduzdu

01:07   Azərbaycan - Ukrayna: 2 qol, 2 “qırmızı” - VİDEO

00:54   “Tottenhem” Poçettino ilə vidalaşdı - RƏSMİ

19.11.2019

22:21  Qarabağ"dan "İmarət"ə yubiley təbriki - VİDEO

22:11  Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44  “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31  Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11  Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59  Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54  “Qalatasaray” itirə-itirə gedir

18:00  Millimiz Qazaxıstana da uduzdu

17:43  Paytaxt klublarının 18-ci dueli

17:22  Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00  “Borussiya”da 5 illik müqavilə

16:42  İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20  İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00  “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40  La Liqa klubunda yeni müqavilə

15:21  71 il sonra gələn qələbə

15:00  “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41  Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20  İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00  Kavani Messini “razborka”ya çağırdı

13:40  Mxitaryan yenə ara qarışdırır

13:20  Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00  Millimizə 28 futbolçu çağırıldı

12:41  Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21  Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00  AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43  AFFA rəsmisinə UEFA-dan təyinat

11:21  “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00  “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30  “Real”ın futbolçusu 6 həftə oynamayacaq

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az