(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qəbələ” önündə şansımız yüksəkdi”

“Qəbələ” önündə şansımız yüksəkdi”

Tiflis "Dinamo"sunun məşqçisi Xisko Munyos Gürcüstan mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, ispaniyalı köməkçi məşqçi Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə keçiriləcək oyunları dəyərləndirib.

- Avropa Liqasının I təsnifat mərhələsində "Enqordani" ilə oyunları necə dəyərləndirirsiniz?
- Oyunlara yaxşı hazırlaşmışdıq və yüksək səviyyədə çıxış etdik. Nəticədən məmnun qaldıq. Təbii ki, növbəti rəqibimiz daha yaxşı hazırlığa və enerjiyə sahib olacaq. Bir mərhələ keçmək bizim üçün maksimum göstərici sayılmamalıdı.

- "Qəbələ" son rəsmi oyununu mayın 19-da keçirib. Rəqibiniz barədə nə qədər məlumatlısınız?
- Bu yöndə dərin çalışmalarımız oldu. Videolarına baxdıq, oyunçularını dəyərləndirdik. Yeganə problem Azərbaycan klubunun sonradan heyətinə qatdığı futbolçulardı. Fikrimcə, bu problemi də yoluna qoyacağıq və futbolçularımız həm kollektiv, həm də fərdi şəkildə güclərini ortaya qoya biləcəklər.

- Növbəti mərhələ şanslarını yarı-yarıya qiymətləndirirsiniz?
- Şəxsən mən şansımızı yüksək dəyərləndirirəm. Daha güclü və ya zəif rəqib olsaydı, belə deməzdim. Bu fikri "Qəbələ" haqda toplanan məlumatlara əsasən deyirəm.  Əminəm ki, çətin olacaq. Ancaq oyunçularımıza inanırıq. Bu inam son illər "Dinamo"nun səviyyəsini artırır, nəticələrini yaxşılaşdırır. Komanda psixoloji və fiziki cəhətdən yaxşı durumdadı. Ev matçında azarkeşin çox olması bizim üçün önəmlidi. Qəbələdə hansı hesabın qeydə alınmasından asılı olmayaraq, fanatlarımızın dəstəyinə ehtiyacımız olacaq.

- "Qəbələ"nin I təsnifat mərhələsini buraxmasını sizin üçün üstünlük saymaq olar?
- Bu komponentdə üstünlüyümüzün olduğunu düşünmürəm. "Qəbələ" heyətinə təcrübəli futbolçular cəlb edib. Avrokuboklardan söhbət gedirsə, burda bütün futbolçuların maksimum gücünü ortaya qoyması normaldı. Ümumiyyətlə, rəqibə qarşı necə oynamaq vacib deyil. Əsas odu ki, ona qarşı gələ biləsən.

- Yeni transferlər "Dinamo" formasının dəyərini bilirlər?
- Yenilərin oyun sisteminə uyğunlaşması üçün çox vaxt lazımdı. Biz onlara inanırıq. Transferlərdən maksimumu almalı olduğumuz anı gözləyirik. Hədəfimiz ölkə çempionatının qalibi olmaq və Avropa Liqasında mümkün qədər irəliləməkdi. Bu yolda yenilərə çox ehtiyacımız olacaq. (matc.az)


 
tarix: 23-07-2019 18:00


 
Xəbər lenti
22.08.2019
21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az