(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq

Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq

PFL-dən zəng gəldi, uzun illərdən sonra ölkə çempionatında "Qarabağ" ev oyununu Ağdamda keçirəcək, "İnter"i qəbul edəcəkdi. Görüşü izləməyə dəvətlə yanaşı gedib-getməməyim öyrənildi...

Ani anda "İmarət" stadionunda meydana çıxdığımız anlar göz önünə gəldi. 20 ilə yaxın vaxt keçmişdi...Təşəkkürümü bildirərək mütləq oyuna gedəcəyimi bildirdim...

2009-n mayı idi. "Bu gün Quzanlıya, sabah Ağdama" şüarı ilə jurnalistlər, rəsmilər, qonaqlar avtobusla Qarabağa yola düşdü...

Yol heç də uzaq gəlmədi, uzaqlıq 16 ilin həsrəti idi. Quzanlıya yaxınlaşdıqca insanlar bizləri salamlayır, üzlərində sevinc, ruh yüksəkliyi, sabaha inam hissi görünürdü...

Qarşılaşmaya saatlar qala tribunalar tam dolmuşdu. Azarkeşlər komandaların isinmə hərəkətlərini belə coşquyla qarşılayır, sanki oyun başlamış kimi həyəcanlanırdılar...

Qəribə əhval yaşanırdı. Sabaha ümid qığılcımı ilə yanaşı gözlərimizin dərinliyində bir kədər, qisas hissi var idı. Yaxın-uzaq baxışlarla "İmarət"i axtarırdıq, "bu gün Quzanlıya, sabah Ağdama"...

Qarabağa, Quzanlıya tək futbol qayıtmamışdı, sabaha inam, insanlarda birlik, qələbə ruhu oyanmışdı. Tribunalarda olan minlərlə soydaşımız özlərini səngərlərdə bilirdilər. Oyunun nəticəsi əhəmiyyətli deyildi, o gün futbolda milli ruhun qayıdış günü idi...

"Neftçi" ilə Quzanlıya çox səfərlər etmişik. Şəraitin olmamasını hər kəs bilir. Mingəçevirdə məskunlaşıb oyun günü 100 km-dən çox yol qət edirdik, bir gün öncə oynayacağımız meydanda məşq də etmirdik...

Peşəkarlıqda qeyd etdiklərim çox önəmli məsələlərdi. Mütləq çempionluğu hədəfləyən komanda üçün daha təsiredicidi. Bunlar ruhumuzda da deyildi, bəhanələr də etmirdik, çünki ruhumuz torpaqla döyünürdü...

Quzanlı yolçuluğu, şəraitə görə heç kim narazılıq edə bilməzdi. Narazılıq edən bizimlə birgə, klub/komandada ola bilməzdi. Qarabağa futbol qələbəsi deyil, torpaq qələbəsi arxasınca gedirdik...

Quzanlı stadionunda qələbə də qazanmışıq, heç-heçə də etmişik, məğlub da olmuşuq. Ruhumuzda isə hər dəfə qalib idik. Tək biz yox, o meydanda oynayan bütün komandalar, fanatlar, azarkeşlər qalib idi...

Tribunalarda "Neftçi", "Qarabağ" azarkeşlərinin birgə vəhdət təşkil edərək səsləndirdikləri "Qarabağ bizimdi-bizim olacaq" şüarını düşmənlərdə eşidirdi. Hər kəs hər an səngərlərə atılmağa hazır idi...

Quzanlıda keçirilən oyunlar futbola, xalqa, Azərbaycana ruh verirdi və bu ruh sabahın qələbə ruhu idi. Bunu Qarabağ torpağına ayaq basan legionerlər də hiss edirdilər. Bu qədər problemləri olan xalqın döyüş ruhunu, birliyini görürdülər...

İndi isə rahat "Bakı birinciliyi"nin "torqovı"sında qəlyan çəkirlər, elə yerli futbolçularımızla bir yerdə. Ağdam nədi, heç Quzanlı da yada düşmür. Sabahın ümidləri Abşerona dönüb. "Sabah"lar Qarabağda yox, Bakıda göz açır.
Bölgələrdə günəş söndürülüb, səhər açılmır...

Milli ruh öldürüldükcə ruhsuzlar yetişir, yetişdirilir, məğlubiyyət psixologiyası, yüngül həyat tərzi beyinlərə yerləşdirilir. Hələ əyinlərinə milli forma da geyindirilir.

Milli oyanış, təfəkkür, düşüncə olmayan yerdə qələbə qazanıla bilməz. Məğlub psixologiyalılar ruhsuz ölü kimidilər. "Ölüdən" nə futbol oynayan, nə də torpaq qaytaran olmaz...

Canlı meyit kimi davranan, vargəl edən ölü ruhlarımız oyananda Agdam da, Qarabağ da, elə futbolumuz da qayıdacaq. Onda "İmarət"də futbol da oynayarıq...

Hələ ki, illər sayılır... İşğal günü dünyaya gələn körpənin artıq 26 yaşı var. Silah tutub əldən buraxmayan vaxtlarıdı...

TAHİR SÜLEYMANOV


 
tarix: 23-07-2019 20:40


 
Xəbər lenti
22.08.2019
21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az