(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Səbail”in çöküşünün pərdəarxası

“Səbail”in çöküşünün pərdəarxası

Elxan Məmmədovun futboldan bixəbər olduğunu bilirdik. 12 ildi bu postda əyləşməsinə baxmayaraq, top oyununun incəliklərini öyrənməyib. O, bu sahəyə yalnız biznes mənbəyi kimi baxır.
 
İdarəçi kimi yaxşıdı, sitemin diqtə etdiyi qaydalarla hamını yönəldə, monopoliyanı təmin edə bilir. Amma iş inkişafa yönəlik səmərəli addımlara gələndə ofsayda düşür. Çünki cızılmış planın icraçısıdı, kreativliyi, adekvatlığı yoxdu.
 
Dünənədək onun yaxşı marketoloq olduğunu düşünürdüm. Ən azı ixtisasını əla bildiyini, addımlarını buna görə atdığını fikirləşirdim. Lakin “Səbail” olayı göstərdi ki, o, yalnız ağalarının tapşırıqlarını yerinə yetirən adi bir fəhlədi. Novator deyil, bəzən impovizə edə bilir, lakin dalana dirənəndə robota çevrilir.
 
Bununla belə, Məmmədov hiyləgərlikdə ən yaxşılardandı. Situasiyadan yararlanmaqda, hadisələri istədiyi axara yönəltməkdə ustadı. Vəziyyətdən faydalanmaq bacarığı isə ən üst səviyyədədi.
 
***
 
“Səbail”lə bağlı dəqiq informasiya yoxdu. Yalnız baş məşqçi Aftandil Hacıyevin məlum açıqlaması var. Aydın olur ki, klub rəhbərliyi komanda üzvləri ilə görüşüb və onlardan özlərinə klub axtarmağı xahiş edib. Guya ki, maliyyə çatışmazlığı var, futbolçuların maaşları yubanır və mövsüm boyu belə olacaq. Kimlər bur duruma dözəcəksə qalsın, dözmək istəməyənlər müqavilələrin qarşılıqlı anlaşmayla pozulmasına razılıq versin.
 
Pul futbolçu üçün hər şeydi və heç kim qarşılığını almayacağı və ya çətinliklə, yubanmayla alacağı işi görməz. Bu açıqlama klubun dağıdılması, aparıcı futbolçuların göndərilməsi üçün yetərli açıqlamadı. Daha iddialı”Səbail”i görməyəcəyik, klub sıradan bir kollektiv olacaq, yavaş-yavaş qürub edəcək. Növbəti mövsüm diviziona düşməsi, daha sonra tarix səhnəsindən silinməsi planlaşdırılır. Və bütün bu proseslər AFFA İcraiyyə Komitəsinin Premyer Liqada klub sayını azı 10-a çatdırmaq haqda verdiyi qərarın mürəkkəbi qurumamış baş verir.
 
“Səbail”in maliyyəsinin qəfil kəsilməsi səbəbsiz deyil. Sponsorlar səviyyəsində gedən davaların nəticəsi belə olmalıydı. Yuxarılarda ciddi qulaqburmaları olub və “gözə girən” klubu qurban vermək lazım olub. Məlum İspaniya olayından sonra “filankəsin klubu” qınağından qurtulmaq üçün belə məsləhət bilinib. “Saat” geri fırlanmağa başlayıb.
 
Məmmədov hətta öz rəhbərinə də arxa çevirən adamdı. Bu situasiyada özünü qorumağa, imkan olsa, kluba sahib çıxmağa, əsəblər soyuyandan sonra yenidən ona dövlətdən pul ayırtdırıb, monopoliyasının bir qanadı kimi idarə etməyə çalışacaq. Hələliksə bu mövsümün planı bəllidi: komandanın büdcəsi kəskin azaldılacaq, hadisələrin gedişindən asılı olaraq, sonrakı qərarlar veriləcək. Elxan bəy milli komandanın nəticələrinə görə rəhbərini qurban verib, sıxıldığı məngənədən sağ qurtulsa, bütün hakimiyyəti ələ keçirəcək. Əks halda, qovulanlar dəstəsinin başında olacaq.
 
Kəsəsi, “Səbail”in taleyi bəllidi. Heç nə dəyişməyəcək. Qərar verilib və səbəb futbolla bağlı deyil.
 
***
 
Normalda belə klublar yavaş-yavaş inkişaf etməli idi. Yaradılnada açıqlamalar da bu yöndəydi. “Səbail” də büdcəsini zamanla artırdı, iddiası böyüdü. Bürünc medal, Avropa Liqasına vəsiqə mərhələli inkişafın nəticəsi idi. İndiki halda, daha da böyüməli olan klubun birdən-birə başı kəsilir. Bu isə onu göstərir ki, plan düzgün cızılmayıbmış, dayanıqlı maliyyə mənbəyi yox imiş, hər şey şəxsi münasibətlərin üzərində bərqərarmış. Və saxta klub imici beləcə tar-mar olur.
 
Məmmədovun marketoloq bacarığna şübhəm məhz buna görə yaranıb. İxtisasının bilicisi olsaydı, o, bütün bunları hesablamalı idi. Amma hədəfə çatmadan yarıyolda büdrəmə reallaşırsa, deməli, strategiya düzgün deyilmiş.
 
Futbolçulara özünüzə “klub tapın” demək asandı. Yeni mövsüm başlamaq üzrədi, əcnəbilərin yeni iş yeri tapması mümkünsüzdü, üstəlik, bəziləri təzə gəlib, onların mövsümdə 3 klubun heyətində oynaması mümkünsüzdü. Bu isə o deməkdi ki, məsələn, “Zirə”də və “Səbail”də oyuna çıxmış Dilan Duventru, Bilal Həmdi kimi futbolçuların seçim imkanı yoxdu. Onlar ya “Zirə”yə getməli, ya “Səbail”də qalmalıdı. 2 klubda oynamayanlar isə elə iş yeri tapmalıdı ki, mövsümü məhz orada bitirmək zəmanəti alsın.
 
Bu futbolçuları qovmaq da mümkün deyil. Xüsusilə əcnəbilərin FIFA müqaviləsi var, onların maaşlarını verməmək hətta sanksiyalara səbəb ola bilər. Ona görə hətta kompensasiya tələb edən futbolçuları yola salmaq prosesi də ağrılı olacaq. Üstəlik, yeni mövsümün startına az qalıb, komandanın özəyini təşkil edəcək yerliləri, gəncləri tapmağa vaxt lazımdı. Bir də maaşların bundan sonra da yubanacağı bəyan edilirsə, FIFA deyil, ikili müqaviləylə oynayan hansı yerli futbolçu “dənizçi” kimi qalmağa razılıq verər?
 
***
 
Bu olay Məmmədovun işgüzar imicinə də ciddi zərbədi. Şəffaflıqdan dəm vuran, klubların büdcəsini açıqladan AFFA indi “Səbail”lə bağlı ciddi şətinlik çəkəcək. Maliyyənin qəfil dayanmasının açıqlaması olmalıdı. Bundan başqa, klub strategiyası, planlaması ilə bağlı planın iflas səbəbləri göstərilməlidi.
 
“Səbail” 2 ay öncə lisenziya alıb. Həm də təkcə Premyer Liqa yox, avrokubok yarışları üçün. Heç bir problemi olmayan, bütün tələblərə cavab verən klub birdən-dirə niyə bu vəziyyətə düşsün ki? Ortada fors-major halı da yoxdu. Deməli, “sevimli klublar”a edilən, başqalarına məsləhət bilinməyən güzəştlərin üstü açılır. Sabit klub idisə, “Səbail” niyə işçilərini odun içinə atır? Beləcə “lisenziya oyunbazlığı” da ifşa olunur. Bu proses sadəcə, AFFA-nın monopoliya tələsinin tərkib hissəsidi və klubların dayanıqlılığının qarantı deyil.
 
“Səbail”də başverənlər başqa səbəbdən də Məmmədovun dilini qısa edir. “Bakı”, “Xəzər Lənkəran” və başqa klubları dağıdarkən yuxarılara başqa məruzələr edilmiş, oliqarxların üzündən futbolun inkişaf etmədiyi deyilmişdi. Bəs, 2 gün öncə “Şüvəlan”ın fəaliyyətini dayandırmasının, indi “Səbail”in bu vəziyyətə düşməsinin günahkarı kimdi? Bu fakt göstərir ki, sadəcə, ölkədə futbol təsərrüfatı düzgün idarə olunmur, yenə şəxslərdən asılılıq var və bu dəfə olaylar birbaşa AFFA-dan qaynaqlanır.
 
***
 
Belə vacib qərarı futbolçulara, məşqçilərə klub sponsorları, rəhbərlik yox, Ramin Həsənov çatdırır. “Mançester Yunayted” layihəsində inzibatçı fəaliyyəti ilə tanınan bu şəxs – icraçı direktor Məmmədovun qərarlarını klubda tətbiq edən adamdı. O, nə klub adına mühüm qərarlar verə, nə də strategiya cıza bilər. Deməli, bu vəziyyət birbaşa baş katibin imicinə zərbə vurur.
 
1-ci sual: Klub strategiyasını bu qədər ani dəyişəcəkdisə, onun üçün tikilən bazaya, 3 ildə 2 dəfə dəyişilən ot örtüyünə böyük vəsaitin sərf olunmasına nə gərək vardı? Və ya həmin maliyyəni açılışı mümkün olmayan Tovuz akademiyasına, başqa layihələrə yönəltmək mümkün olmazdımı?
2-ci sual: Klubun maliyyəsi bu qədər azdısa, o zaman izafi xərclər nəyə lazım idi. Rumıniyadakı avrokubok matçına komandaya dəxli olmayan, AFFA-ya bağlı olan qurumların 22 işisi getmişdi. Səfər xərclərinə - yolpulu, qalma, qidalanma - təxminən 50 min manat sərf olunub. Kimlərinsə əyləncəsi, turist kimi getməsi üçün sərf olunan bu məbləği klub büdcəsinə yükləyirsənsə, təbii ki, indiki vəziyyət qaçılmaz olacaq. Halbuki həmin pulla bürünc medallara görə nəzərdə tutulan mükafatı və ya son iki ayın verilməyən maaşının böyük hissəsini qarşılamaq olardı.
3-cü sual: AFFA-dan kluba göndərilən işçilərin aqibəti necə olacaq? Assosiasiyada bir vəzifə tutan, kluba əlavə qazanc yeri kimi baxan həmin şəxslərin maaşında kəsilmələr və ya onların hansındansa imtina qərarı olacaqmı? Belələri 5-6 nəfərdi və birlikdə ən azı hansısa legioner qədər əməkhaqqı alırlar.
4-cü sual: Klubun rəsmi sponsoru olan Bakı Gəmiqayırma Zavodundan niyə rəsmi açıqlama yoxdu? Axı, onlar maliyyəni niyə belə kəskin azaltmasının açıqlamasını verməlidi.
 
Suallar çoxdu. İnsanların – məşqçilərin, futbolçuların taleyi ilə oynayan “Səbail”dən kimsə çıxıb, tutarlı açıqlama verməlidi. Bunu klubun himayədarı olduğunu gizlətməyən AFFA rəhbərliyi də etməlidi. Gözləyirik...
 
FƏRİD
 

 
tarix: 24-07-2019 09:00


 
Xəbər lenti
20.11.2019

18:00   “Genk”də baş məşqçi dəyişikliyi

17:42   “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20   “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00   AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42   Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21   AFFA rəsmisi “Reyncers”in oyununda

16:00   “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40   Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21   Niyə bu günə düşdük?

15:00   “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42   “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21   Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00   Boz binada futbol cinayəti

13:43   “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22   “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00   Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47   Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30   Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15   Almaniya millisində yeni rekordçu

11:53   Mourinyo rəsmən “Tottenhem”də

11:37   İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19   Qərar günü: bundan pisi olmayacaq

11:00   AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40   Maradona istefa verdi

10:20   Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00   “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30   “Yuventus”da yeni müqavilə

09:00   Eranın sonu üçün... ilk müraciət

02:46   Pavel Hapal: “Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı”

02:21   Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm”

01:56   Uels millisi AÇ-2020-də!

01:34   Millimiz son oyunda da uduzdu

01:07   Azərbaycan - Ukrayna: 2 qol, 2 “qırmızı” - VİDEO

00:54   “Tottenhem” Poçettino ilə vidalaşdı - RƏSMİ

19.11.2019

22:21  Qarabağ"dan "İmarət"ə yubiley təbriki - VİDEO

22:11  Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44  “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31  Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11  Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59  Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54  “Qalatasaray” itirə-itirə gedir

18:00  Millimiz Qazaxıstana da uduzdu

17:43  Paytaxt klublarının 18-ci dueli

17:22  Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00  “Borussiya”da 5 illik müqavilə

16:42  İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20  İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00  “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40  La Liqa klubunda yeni müqavilə

15:21  71 il sonra gələn qələbə

15:00  “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41  Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20  İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00  Kavani Messini “razborka”ya çağırdı

13:40  Mxitaryan yenə ara qarışdırır

13:20  Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00  Millimizə 28 futbolçu çağırıldı

12:41  Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21  Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00  AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43  AFFA rəsmisinə UEFA-dan təyinat

11:21  “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00  “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30  “Real”ın futbolçusu 6 həftə oynamayacaq

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az