(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Gəncə veteranları Vahabzadəyə qarşı: “5 turdan sonra təhqir olunub Gəncədən gedəcəksən”

Gəncə veteranları Vahabzadəyə qarşı: “5 turdan sonra təhqir olunub Gəncədən gedəcəksən”

Yaşar Vahabzadənin "Kəpəz"ə baş məşqçi təyin olunması Gəncə futbol ictimaiyyətini qəzəbləndirib. Bölgənin veteran futbolçuları, elə azarkeşləri də Gəncədə xeyli məşqçi ola-ola AFFA tərəfindən təyin olunan Vahabzədinin gəlişinin anlaşılmaz olduğunu bildirirlər və bu təyinatı qəbul etməyəcəklərini söyləyirlər..
 
"Neftçi"nin sabiq futbolçusu, SSRİ idman ustası Arzu Mirzəyev də bu addımı qəbul etməyənlər arasındadı. O, sport7.az-a açıqlamasında bunları deyib: "Gəncə futbolu məgər eksperimantal zavoddu, yoxsa aeorodromdu? Bir ay bundan əvvəl "Şöhrət" ordenli İsgəndər Cavadov, Oqtay Abdullayev gəlib Vidadi Rzayevi "Kəpəz"ə baş məşqçi təyin etdilər. İndi isə Yaşar Vahabzadəni, uşaq futbolunda heç bir yerdə işləməyən insanı gətirib baş məşqçi qoyublar. Yaşarla bir yerdə futbol da oynamışam. Şahmat oyunundakı "peşka" kimi göndəriblər Gəncəyə. Başa düşmürəm, burada futbol mütəxəssisləri ölüb? Elxan Məmmədova da deyin, o, Yaşarı "qara pulları" silmək üçün Gəncəyə göndərib? Vahabzadə özü ilə 5 futbolçu gətirir Gəncəyə. Onda pul yox idi, indi var? Xahiş edirəm, mənim adımdan ona deyin ki, "Yaşar, mənliyin, şəxsiyyətin olsa, Gəncəyə gəlməzsən. Vidadi Rzayev sənə həyatı boyu köməkçi işləməyəcək. 5 turdan sonra təhqir olunub Gəncədən gedəcəksən". Ağasəlim Mircavadov demişdi ki, "Gəncədə işləmək üçün 7 baş lazımdı". Gəncədə futbolçular ölüb? Elxan Məmmədov veteranların ağzına "su buraxdı" gəldilər Gəncəyə, Mingəçevirdən, Qazaxa qədər məşqçilər toplandı. Hamının içində Vidadi Rzayevi baş məşqçi təyin etdilər. Gəncə futbolu nə günə qalıb ki, Yaşar gəlib burda baş məşqçi kimi çalışacaq? 500 min əhalisi olan Gəncədə məgər məşqçilər, futbolçular ölüb ki, Yaşar gəlir, özü ilə də oyunçular gətirir? Elə o büdcə ilə Etibar İbrahimova şərait yaradardılar, işləyərdi də. İndi Yaşar gəlir "qara pulları" silməyə? Açıq deyirəm, Topaz Premyer Liqası qumar liqasıdı. UEFA-dan Birinci Divizionla bağlı AFFA-ya cərimə yazılmışdı. 3-4 komanda var, AFFA-dan maliyyələşir. Oyunları necə istəyirlər, elə də kjeçirirlər, qumarxana açıblar. İndi də Gəncə futbolunu qumara qoymaq istəyirlər? Bu, olmayacaq. Biz veteranlar birləşmişik. Bir nəfər neçə yerdə çalışa bilər? İsgəndər Cavadov Regional Futbol Federasiyasının prezidentidi, İcraiyyə Komitəsinin üzvüdü. İndi də Gəncəyə Şura sədri kimi gəlir? İsgəndərin müavini Rüfət Əmirov ayda 2500 manat pul alır. Onu Gəncəyə niyə gətirib calayıblar? Başqa futbolçu yoxdu? Biz prezidentə müraciət edəcəyik. Bəsdi Gəncə futbolu ilə oynadılar. Yaşar sadəcə, böyük oyunda AFFA-nın "peşka"sıdı. Babək Alxasov kim olub? Babək futbolda mənim dırnağım olub. O cümlədən Mehman Allahverdiyevin, Yunis Hüseynovun... Gəncə futbolunu oyuncağa çeviriblər. Hamı Yaşara, AFFA-ya nifrət edir".
 
Veteran futbolçu, sözlərinə belə davam edib: "Yaşar Vahabzadə "Kəpəz" Premyer Liqada olan zaman, Yunis Hüseynovun köməkçisi işləyəndə Gəncə futbolu ilə maraqlanırdı? Etibar müəllim uşaqlara çörək tapıb verə bilmirdi. İndi Yaşar üçün büdcə birdən-birə necə artdı?  Anlamıram, indiyəcən heç bir klubda baş məşqçi kimi çalışmayan Vahabzadə 60 yaşında Gəncəyə məşqçilik öyrənməyə gəlir? Vallah gülməlidi. Bura yoxlama məntəqəsidi? Gəncə futbolunun başına nə oyunlar açırlar? Etibar bir futbolçunu saxlaya bilmirdi. Yaşar 5 futbolçu, iki məşqçi ilə gəlir. Bəs onlar necə dolanacaqlar burda? Belə çıxır ki, gəncəlilərə olmaz. Yaşar "peşka"dı, Elxan Məmmədov onu hara istəsə, göndərəcək. Gəncədə "A", "B" kateqoriyalı məşqçilər yoxdu? Alxasov kimdi axı, qardaş? Yerlilərə çörək tapılmırsa, gəlmələrə hardan tapılacaq? Bilirsiz necə olacaq? Gələcəklər, bir il camaatın başın aldadacaqlar, çıxıb gedəcəklər. Etibar işləyirdi də. Yaşar ondan üstün məşqçidi ki? Barmaqlarını qatlasınlar görək, bir futbolçu yetirşdirib? Kiminsə hesabına gəlib məşqçi işləyir. Premyer Liqada olanda "Kəpəz"ə göndərmişdilər ki, işsiz qalmasın. Yunisin yanında çalışırdı, ayda da 3-5 min alırdı. Oyun qutaranda da çıxıb gedirdi Bakıya. O Gəncənin ab-havasını bilir ki? Bir ay bundan əvvəl şöhrət ordenli İsgəndərin, Kazbek Tuayevin adından dedilər ki, Vidadi "Kəpəz"ə baş məşqçi gəlir. Belə çıxır ki, İlham Əliyevin "Şöhrət" ordeni verdiyi veteranlar futbol ictimaiyyətinin qarşısında heç kimdilər. Regional Futbol Federasiyasının vitse-prezidenti Rüfət Əmirov ayda 2500 manat pensiya alır, hərbiçidi. Niyə gedib 10 dənə hərbçi hazırlamır? Get, işinlə məşğul ol da. Qoy veteran futbolçulardan biri işləsin. Bu, Azərbaycan futbolunun məkkəsi sayılan Gəncə üçün təhqirdi. Biz Etibarı da, Vidadini də dəstəkləyirik. İkisi bir yerdə olanda daha güclü komanda yaradarlar. Yaşar uzaqbaşı burada 5-6 tur dözəcək. Daha sonra şələ-şüləsini yığıb, 3-5 min alıb qoyacaq cibinə, çıxıb gedəcək. Yenə Gəncə futbolu geriyə düşəcək. Allah qoysa prezidentə müraciət edəcəyik. Çünki AFFA-ya müraciət etsək, Elxan müəllim imkan verməyəcək".

 
tarix: 24-07-2019 10:31


 
Xəbər lenti
15.11.2019

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az