(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Neftçi” favorit sayılacaq səviyyədə deyil”

“Neftçi” favorit sayılacaq səviyyədə deyil”

Tula “Arsenal”ının keçmiş baş məşqçisi Sergey Kiryakov Rusiya mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah keçiriləcək "Arsenal" - "Neftçi" oyunu haqda danışıb.

- Hazırkı "Arsenal"ı necə dəyərləndirə bilərsiniz? Deyəsən, tulalılar Avropa Liqasında debüt oyununa pis hazırlaşmayıblar...
- Mütəxəssislərin əksəriyyəti bəzi futbolçuların gedişindən sonra "Arsenal"ı heç də ən yaxşı vaxtların gözləmədiyini proqnozlaşdırsa da, görürük ki, "topçular" itkiləri sığortalaya biliblər. Demək olar ki, tulalılar Rusiya çempionatının ilk iki turunda özlərini yaxşı tərəfdən göstərdilər. Bir heç-heçə və bir qələbə Avropa liqası oyunu öncəsi komandada nikbinlik yaradıb.

- Yəni, deyirsiniz ki, avrokuboklara vəsiqə qazanan komanda ilə qrupa düşmək üçün mübarizə aparacaq heyət arasında fərq böyük deyil?
- İki rəsmi oyun arasında qlobal müqayisə aparmaq və nəticə çıxarmaq istəməzdim. Ancaq bundan əvvəlki oyunlar göstərdi ki, komanda lider futbolçuların gedişindən sonra çətin vəzifənin öhdəsindən gələ bildi. Mövsümün əvvəli üçün kifayət qədər yaxşı oyun göstərib, vacib xallar qazandılar. Bu isə "Arsenal"ın Avropa Liqasında mərhələni keçməyə hazır olmasından xəbər verir.

- "Neftçi" ilə oyunlarda "Arsenal" üçün əsas təhlükə kimi nəyi görürsünüz?
- Bütün məqamları və arqumentləri birləşdirsək, burda böyük təhlükə görmürəm. Bu, ətrafında böyük ajiotaj olan vacib oyundur. Hətta Tuladakı stadionda anşlaq olacağını proqnozlaşıdırlar. Bu, özünü beynəlxalq arenada göstərmək istəyən komanda üçün önəmlidir. Ona görə də bu mənada hər hansı problem olacağını düşünmürəm. Komanda meydana çıxacaq və mübarizə aparacaq. "Neftçi" yaxşı qıcıqlandırıcıdır. Bu komanda onun üstünlüyündən danışacaq və favorit sayılacaq qədər ciddi səviyyədə deyil. Həmçinin ev amilini də qeyd etməliyəm. “Arsenal” ev oyununda müəyyən üstünlük qazanmalıdır ki, iki matçın yekununda mərhələ adlasın. Düşünürəm ki, "topçular" bunu edəcək.

- Keçmiş futbolçu kimi Azərbaycan komandalarına xas olan oyun komponentlərini deyə bilərsiniz?
- Ənənəvi olaraq bu komandaların heyətində texnikalı futbolçular olur. Onlar rəqib imkan verdikdə, boş qalan ərazidə topla oynamağı sevirlər. Onlara qarşı sıx oynayıb, belə imkan verməyəndə özlərini itirirlər və çox şeyləri alınmır. Məncə, əsas fikir buna yönələcək ki, “Neftçi”nin texnikalı futbolçularına sərbəst oynamaq imkanı verilməsin. Tulalılarda həm pressinq tətbiq etməyə, həm mövqe futbolu göstərmək potensialına malik oyunçular var. Ona görə də rəqibin texnikalı futbolçularının həlledici rol oynaya biləcəyi ilə bağlı təhlükə görmürəm.

- “Neftçi”nin kapitanı Emin Mahmudov deyib ki, onların komandası səviyyəsinə görə Rusiya Premyer Liqasının ikinci “səkkizliy”ində qərarlaşar. Onun “Arsenal”ın Bakı təmsilçisini yüksək qiymətləndirməməsi üçün klubunun potensialını aşağı qələmə verdiyini düşünmürsünüz?
- Sirr deyil ki, belə açıqlamalar rəqibə təsir etmək üçün verilir. Bu belədirmi? Görəcəyik. Mütəxəssislər kimi, siz jurnalistlər də Azərbaycan çempionatını yaxından izləmədiyinizdən “Neftçi”nin səviyyəsini dəyərləndirmək çətindir. Fikrimcə, çempionatlar arasında səviyyə fərqi kifayət qədərdir. Necə olacağını isə oyunda görəcəyik. (qol.az)


 
tarix: 24-07-2019 17:50


 
Xəbər lenti
17.11.2019
16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az