(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Sənan Qurbanov: “Dinamo” ciddi rəqibdi”

Sənan Qurbanov: “Dinamo” ciddi rəqibdi”

“Sabah Avropa Liqasında ilk oyunumuzu keçirəcəyik. "Dinamo" ciddi rəqibdi. Məsuliyyəti dərk edirik".

Futbolinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Gürcüstan "Dinamo"suna qarşı keçirəcəkləri Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis doğma meydanda yaxşı nəticə əldə etməyə çalışacaqlarını vurğulayıb. O, rəqibin güclü olduğunu da sözlərinə əlavə edib: "Hazırda onların çempionatı davam edir. Biz çempionatı geridə qoyub, hazırlıq prosesini yeni başa vurmuşuq. Amma Gürcüstanda çempionat davam etdiyinə görə rəqib daha hazırlıqlı görünür. Təlim-məşq toplanışlarımızı nəzərə alsaq, bacardığımız qədər yaxşı forma toplaya bilmişik. Çalışdıq ki, komanda Avropa Liqası üçün pik formanı yığa bilsin. Meydana çıxan oyunçulara inanırıq. Hazırlıq matçlarında futbolçuların istəkli olması bizə ümid verib. Sabah bütün bunları meydanda göstərməliyik".

Qurbanov rəqibin bütün çempionat matçını izlədiklərini söyləyib: "Dinamo" son matçlarda qələbələri sıralayır. Onları analiz etmişik. Həm hücumda, həm də müdafiədə səhvsiz oynamalıyıq ki, rəqib istədiyi oyunu sərgiləyə bilməsin".

Baş məşqçi "Qəbələ"nin heyətindəki gürcüstanlı futbolçular barədə də danışıb: "Həm Merab Giqauri, həm də Davit Volkov komandamızın əsas futbolçularından hesab olunur. Merab yeni cəlb olunsa da, kollektivə tez uyğunlaşıb. Davit isə ötən ildən bizimlədi. Komanda ilə titul da qazanıb. Bizə kömək edə bilib. Hər iki oyunçudan sabah meydanda yaxşı oyun gözləyirik”.

Mütəxəssis "Dinamo"nun sürətli komanda olduğunu bildirib: "Komandada yaxşı oyunçular var. Levan Şengeliyanı isə xüsusi qeyd etmək istəyirəm". (Report)

Qeyd edək ki, "Qəbələ" - "Dinamo" matçına sabah saat 19:00-da start veriləcək. Cavab oyunu bir həftə sonra Tiflisdə olacaq.


 
tarix: 24-07-2019 20:38


 
Xəbər lenti
18.11.2019

14:52   111 ilin ən yaxşı göstəricisi

14:24   Braziliya millisi dünya çempionu oldu

14:01   Milli karyerasını başa vurdu - 32 yaşında

13:42   Filip Ozobiç bu gündən başlayır

13:32   Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08   “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az