(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Roberto Bordin: “Sabah qol buraxmasaq, yaxşı olar”

Roberto Bordin: “Sabah qol buraxmasaq, yaxşı olar”

“Sabah çox ciddi rəqibə qarşı oynayacağıq. “Arsenal”ın hazırda texniki və fiziki durumu yüksək səviyyədədi. Onların Rusiya Premyer Liqasında son iki oyununu izləmişik. Maraqlı oyun olacaq”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Rusiyada "Arsenal"a (Tula) qarşı keçirəcəkləri Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, təyyarədə problem yarandığı üçün 6 saat yubanmaları komandaya təsir etməyəcək: "Yorğunluq bu günə təsir edə bilər. Məşqin vaxtını dəyişdik. Yüngül məşqdən sonra hazır olacağıq. Yubanmanın oyuna təsir edəcəyini düşünmürəm".

Bordinin sözlərinə görə, əsas məqsədləri oyuna düzgün yanaşmaqdı: "Qol buraxmasaq, yaxşı olar. Ancaq rəqib çox yaxşı komandadı və əla formadadı. Qapımızı toxunulmaz saxlamaq çətin olacaq. Buradan qələbə ilə də qayıtmaq istərdim. Oyuna düzgün yanaşmağa çalışmalıyıq. Çünki cavab görüşü də var. Öz şanslarımızdan istifadə etməyə çalışacağıq. Matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olub. "Arsenal" ilk dəfədi avrokubokda çıxış edir, stadionda ajiotaj olacaq. Matçın Tulada keçirilməsi meydan sahibləri üçün üstünlükdü. Biz də öz evimizdə üstün durumda olacağıq. "Neftçi" böyük tarixə malik klubdu. Burada gözəl oyun nümayiş etdirmək və sərfəli nəticə qazanmaq istəyirik. Sabah necə olacağını indidən deyə bilmərəm. İlk dəqiqələrdən qol buraxmaq istəmərik. Meydana uyğunlaşmaq və öz futbolumuzu sərgiləməyi düşünürük. Qol buraxsaq da, vəziyyəti dəyişmək üçün düzgün oynamalıyıq. Sabah hava şəraitinin yağışlı olmaq ehtimalına gəlincə, bu, meydançaya təsir edə bilər, taktikaya yox". (Report)

Sabah "Arsenal" mərkəzi stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


 
tarix: 24-07-2019 21:05


 
Xəbər lenti
22.11.2019
21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az