(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Erkən qol olmasaydı...

Erkən qol olmasaydı...

Erkən qol olmasaydı, indi “Qarabağ” adına başqa məqamlardan danışırdıq. Yaxşı ki, 4-cü dəqiqədə yerinə yetirilən künc zərbəsindən sonra hesabı açdıq.
 
Son illərdə təsnifat mərhələsində ağdamlıları bu qədər əziyyətə salan olmamışdı. “Dandalk” səviyyəli rəqibdimi? Yox! Futbolçularının ustalıq səviyyəsi də aşkar aşağıdı. Amma irlandlar çempionumuzla 90 dəqiqə döyüşdü, hətta son dəqiqələrdə topla döydülər də.
 
Meydan sahibləri oyuna elə aqressiv başladı ki, “Qarabağ” göz açmağa imkan tapmadı. Yaxşı ki, künc zərbəsi qazanmaq və vacib səfər qolunu vurmaq mümkün oldu. Bundan sonra da rəqibin aqressiv hücumları bitmədi, meydan boyunca pressinq etməyə fiziki gücləri yetdi. Fasiləyə kimi “Qarabağ” qarşılıq verdi, təhlükəli epizodlar yaratdı. Amma ikinci hissədə qonaqlar artıq ayaqlarını hiss etmirdi.
 
Təbii ki, “Qarabağ” daha güclüdü. Həm meydanın durumu, həm də azarkeş dəstəyi irlandların gücünə güc qatırdı. Süni qazon atletik futbol oynayan “Dandalk”ın işinə yarayırdı, texniki hazırlığı yüksək olan “Qarabağ” futbolçularına yox. Uzaq yolun yorğunluğu, heyətdəki ciddi itkilər də təmsilçimizin əleyhinə işləmişdi.
 
Dani Kintana, Filip Ozobiç, Miçel Madeyra kimi yarımmüdafiənin əsas qüvvəsi meydana çıxmırsa, Xayme Romero heç cür özünü göstərə, ansambla uyğunlaşa bilmirsə, digər yeni transferlər hələ oynamağa hazır deyilsə, 1:1 hesabı qənaətbəxşdi. Lakin bu komanda ilk mərhələdə də evdə qalib gəlməmiş, amma mərhələ adlamışdı. Ona görə də Bakıdakı matçda yenə eyni oyun düşüncəsini diqtə edəcək irlandlara barmaqarası yanaşmaq olmaz. “Dandalk”ın oyun tərzi “Qarabağ” üçün arzuolunmazdı, maksimum konsentrasiya, zədəlilərin tezliklə sıraya dönməsi vacibdi.
 
Ağdam klubu xeyli qol epizodu yaratdı, lakin bu, üstün olduğumuzu deməyə əsas vermir. Çünki irlandların son dəqiqələrdə qapımız önündə etdiklərini xatırlamaq belə istəmərik. Pressinqi əla bacaran, döyüşkən ruhlu rəqib cavab matçında da qol vurmaq üçün real imkanlara malik olacaq. Ona görə “Qarabağ” ev oyununda 0:0-a və ya minimal hesablı qələbəyə köklənməməli, ilk dəqiqələrdən səfərdəki zəif oyunu unutdurmalıdı.
 
Ümid edək ki, bu, “Qarabağ”ın bu il təsnifat mərhələsindəki ən zəif oyunu olacaq. Dünənki futbolla çempionumuzun nəinki APOEL-i, heç “Dandalk”ı keçmək perspektivi böyük deyil. Zədəli ordusunun sıraları azaldılmalı, yenilər formaya düşməlidi.
 
Əsas olan odur ki, “Qarabağ” keçirdiyi 3 oyunda uduzmayıb və cəmi bir top buraxıb. Rəqiblər daha güclü olduqca problemlər üzə çıxacaq, amma komandanın öz oyununu yaxşılaşdırmaq üçün imkanları var. Cavab oyununda ən azı “Dandalk” kimi aqressiv, eyni zamanda ağıllı oynayan komanda gözləyirik. İrlandlar kimi yalnız presinq hesabına uğur qazanmaq bizimkilərə xas oyun deyil, Abdullah Zubir sübut etdi ki, rəqib texnikalı futbolçular qarşısında acizdi, Kintana, Ozobiç, Miçel meydanda olanda fərqli “Qarabağ” izləyə biləcəyik. Kiçik zədəsi olan bu oyunçuları süni qazona buraxmayan Qurban Qurbanov doğru iş gördü, indi həmin futbolçular cavab matçında faydasını göstərməlidi. Simeon Slavçevlə bu iş olmayacaq.
 
AĞA

 
tarix: 25-07-2019 11:53


 
Xəbər lenti
16.11.2019
15.11.2019

23:08  Elxan Məmmədovu tapmaq üçün Hacıya üz tutdu - VİDEO

23:03  Sosial şəbəkələrdə ən yaxşı 5 populyar futbolçu

22:55  Çempionlar Liqasında ən biabırçı 5 məğlubiyyət 

22:09  Giqqz və Beylin mətbuat konfransında biabırçılıq - VİDEO

21:47  Emenike yenə klubsuz qaldı

21:05  AFFA-dan Qurbanovun cəzasına endirim

20:40  Super Liqa klubu yeni baş məşqçisini rəsmən açıqladı

20:11  “Sabah” futbol akademiyasına seçimlər başlayır

20:00  Şəhriyar Rəhimov: “Xalqımızı sevindirmək istəyirik”

19:49  Yurçeviç: “Gərək Beyl kimi oyunçuları iki nəfər tutsun”

19:01  Duriş millimizlə oyunu “ağır addım” adlandırdı

18:40  “Sonra diqqətimi Azərbaycanla görüşə yönəldəcəm”

18:20  “Qəbələ” darmadağın etdiyi rəqiblə üz-üzə

18:00  Ronaldo rekorda yaxınlaşır

17:41   “Qarabağ”la “Zirə” heç-heçəyə razılaşdı

17:20  “Neftçi”dən darmadağın

17:00  Keyn bunu da bacardı

16:42  AÇ-2020-yə vəsiqə ilə gələn 9,2 milyon avro

16:20  “Real”ın futbolçusu sıradan çıxdı

16:00  Bakıya 1200 uelsli azarkeş gəlib

15:45  “Keşlə”nin sabiq baş məşqçisi Ukrayna klubunda

15:30  Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

15:15  Qaret Beyl: “Azərbaycan millisi daim inkişafdadı”

15:00  Giqqz: “Bakıdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”

14:46  Elxan Məmmədova ünvanladığımız sualın cavabı

14:30  Uels yığmasında daha 2 itki – Bakıya gəlmədilər

14:15  İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00  “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41  “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20  Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az