(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Gürcüstana qələbə üçün gedəcəyik”

“Gürcüstana qələbə üçün gedəcəyik”

“Qəbələ”nin baş məşqçisi Zaur Həşimov Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Yaxşı, mobil komandaya qarşı oynadıq. Bilirdik ki, fiziki, taktiki planda hazırlıqı komandadı. Bunu meydanda da göstərdilər. Göstərdilər ki, hazırda optimal formadadılar. Əbəs yerə çempionatda lider deyil. İtkilərimiz vardı. Zədəli, tam hazır olmayan futbolçularımız var. Davit Volkov toplanışda zədələnmişdi. Yeni komanda qururuq. Optimal formada olduğumuzu deyə bilmərəm. Evdəki ilk matçda 0:2 hesabıyla uduzmağımız bizə daha çox pis təsir edir. 

- Qələbə gəlmək üçün planınız nə idi?
- Əlimizə düşən qol şansları uzun ötürmələrdən sonra olurdu. Rəqibin müdafiəsinin arxasına verilən ötürmələrlə buna nail olmaq istəyiridk. Bəzən alınırdı, ancaq son zərbə qapıya getmirdi. 

- Ülvi İsgəndərov məşqlərin, yoxlama oyunlarının kralıdı. Ancaq bu gün heç nəylə yadda qaldı. Belə olan halda, onu niyə tez əvəzləmədiz?
- Ülvi hazırda yaxşı formadadı. Onu əvəzləyə bilən yeganə hücumçumuz yalnız Kristiandı ki, o, hələ tam hazır deyil. Həm də nəzərə alaq ki, İsgəndərovun avrokuboklarda debütü idi. Bəlkə də həyəcan oyununu göstərməyə imkan vermədi. Ona güvənirik və qarşıdakı mövümdə bizə çox kömək edəcək. 

- Volkovun zədəli olduğunu dediniz. Anca oyundan çıxanda əvəzlənməyinə etiarz etdi...
- Onun mövsüm bitəndən sonra ailəsində itki oldu, düşərgəmizi tərk etdi. Sonradan toplanışımıza qoşuldu. Davit heç bir yoxlama matçında 90 dəqiqə oynamayıb. Etrirazını başa düşürük. Avrokubok matçınad sonadək meydanda olmağı arzulayırdı. Üstəlik, həmyerliləriylə oyunda özünü göstərmək istəyirdi. Böyük etirazı olmadı, tezliklə hər şey qaydasına düşü.

- Rəqibi iş başında gördünüz. Cavab matçında nəyə ümid edək?
- Bu sualı gözləyirdim. Rəqibi daha yaxşı tanıdıq. Üstün və zəif cəhətlərini gördük. Gürcüstana qələbə dalınca gedəcəyik. İndidən əlimizi yana salmırıq. 

- Klub rəhbərliyi daha transferlərin olmayacağını açıqladı. Bu heyətlə çempionatda hədəfləriniz nə olacaq?
- Bu, Sənan Qurbanova veriləsi sualdı. Bu gün üçün oyunumuz optimal səviyyədə deyil. Gənc futbolçularımız yeni qoşulublar. Akademiyadan çox futbolçu götürmüşük. Legionerlərimiz də gec qoşulub. Şəxsi fikrim belədi ki, çempionatda daha optimal "Qəbələ" görəcəyik. (sport24)


 
tarix: 25-07-2019 22:12


 
Xəbər lenti
17.11.2019
16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az