(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Fariz Nəcəfov: “Tale Heydərov komandadan diqqətini çəkməyib”

Fariz Nəcəfov: “Tale Heydərov komandadan diqqətini çəkməyib”

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov “qırmızı-qaralar”ın öz meydanında Gürcüstanın “Dinamo” (Tblisi) klubuna uduzduğu Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Sizcə, məğlubiyyətin səbəbi nə oldu?
- Səbəb birmənalı olaraq komandanın yeni qurulmasıdı. Əsas heyətdə ötən mövsüm də oynayan, səhv etmirəmsə, cəmi iki futbolçu var idi. Tam gənc və yenilənmiş komandadı. İnanıram ki, zamanla daha yaxşı oyunlarımız olacaq.

- Matçdan əvvəl qələbəyə inam var idi?
- İnam həmişə var. Matçdan əvvəl də komanda ilə danışmışdıq ki, sona kimi mübarizə aparmaq lazımdı. Təəssüf ki, gücümüz buna yetdi.

- Belə bir fikir var ki, keçənilki komanda bu rəqibə asanlıqla qalib gələrdi.
- Bunu bilmək olmur. Ancaq sözsüz ki, keçənilki komanda daha güclü idi. Bir daha vurğulamaq istəyirəm ki, tam yeni və əsasən gənclərdən qurulmuş komandadı. Başqa bəhanə axtarmaq istəmirəm.

- Bu nəticədən sonra demək olarmı ki, “Qəbələ” üçün avrokubok mövsümü bitdi?
- Mən proqnoz verməyi xoşlamıram. Ancaq bu oyunumuza görə səfərdə belə məğlubiyyətin əvəzini çıxmaq çətin görünür. Ehtiyatda oyunçumuz azdı. Oyunu dəyişə biləcək qüvvəmiz yoxdu.

- “Qəbələ”nin strategiyanı birdən belə dəyişməsinin əsas səbəbi nə oldu?
- Buna səbəb büdcənin aşağı düşməsidi. Büdcənin azalması ilə yalnız belə strategiya seçmək olardı. Bu da gözlənilməz bir şey deyildi. Əvvəldən bilirdik ki, büdcədə azalma olacaq və daha çox yerli gəncləri oynatmalıyıq.

- Bu komanda çempionatda nəyə nail ola bilər?
- Daha yaxşı oyun və nəticələr gözləyirəm. Bir qədər zamana ehtiyac var. Gənc və perspektivli futbolçularımızın özlərini daha yaxşı göstərəcəyinə inanıram.

- Keçən il komandanın aparıcı futbolçusu olanlardan heç olmasa 1-2-ni saxlamaq olmazdı? Məsələn, Adeniyini...
- Bu barədə çox söhbətlər gedir. Mən sizə tam səmimi deyirəm. Büdcəmiz nəyə imkan veribsə, ondan maksimum istifadə edib, bu komandanı düzəltmişik. Adeniyinin maaşı çox yüksək idi. Biz onu satmışıq və o puldan yeni futbolçu gətirmişik. Tam futbol prinsipləri çərçivəsində biznes qurmuşuq bugünkü komandanı yaratmaq üçün. Belə deyək, bir futbolçunu göndərib, yerinə ikisini gətirmişik.

- “Qəbələ” həmişə iddialı komanda olub. İndiki durum prezident kimi sizə üzücü gəlmir?
- Əlbəttə. Hamı istəyir ki, güclü, iddialı “Qəbələ” olsun. Həm çempionatda uğurlu çıxış etsin, həm avrokubokda bizi yaxşı təmsil etsin. Ancaq indi tutduğumuz strategiyadan rahatam. Artıq neçə illərdi akademiyada yetişdirdiyimiz futbolçuların bəhrəsini görməyə çalışırıq. Bir nüçə yetirməmizi xarici komandalara göndərmişik. Onlardan da gözləntimiz var ki, daha baha satılarlar. Biz işimizi biznes layihəyə çevirmişik. Nə dərəcədə alınacağını görəcəyik.

- Adətən Azərbaycanda bu strategiyaya keçən klublar sonradan dağılırlar. “Qəbələ”ni bu təhlükə gözləmir?
- Çox çətin sualdı. İnanmıram ki, klub tam dağılsın. Belə bir gözləntim yodu. Bu haqda fikirləşmək də mənim üçün çox ağırdı. Belə bir infrastruktur, akademiyanın dağılması faciəvi olar. Mənim üçün istisna bir hal olar. İnanmıram belə şey olsun. Komandanın yaşaması üçün nə lazımdısa, mən etməyə hazıram.

- Belə bir fikir var ki, illərdi komandanın çempion ola bilməməsiylə Tale Heydərov küsdü futboldan. Siz ona yaxın adamsız, belə bir şey var idimi?
- Xeyr.

- Diqqətini çəkməyib ki, komandadan?
- Qətiyyən. Bugünkü oyunla bağlı da epizodlar barədə yazırdı. Diqqəti klubdadı. Necə ola bilər ki, illər ərzində qurduğun bir şeydən birdən diqqətini çəkəsən...

- Gələcəkdə “Qəbələ”nin yenidən iddialı olmasına ümid varmı?
- Təbii ki, var. Bununla yekunlaşdırmaq olmaz. Tale müəllim yaratdı klubu, maliyyə ayırdı, ancaq o demək deyildi ki, həmişə eyni cür davam edəcək. Əvvəl büdcə yuxarı idi, ona uyğun da komanda var idi. İndi çalışırıq ki, az büdcə ilə yaxşı iş görək. Gələcəkdə daha yaxşı ola bilər.

- Əvəzedici komanda I Divizionda oynayacaq? Olmasa, 100 min manat cərimə gözləyir klubu...
- Mən bu gün Elxan Məmmədovla da danışdım. Bizim əvəzedici komandada demək olar ki, futbolçu yoxdu. U-17-lər bu il U-19-dadı. U-19-ların bir hissəsi əsas komandada, yarısını da icarəyə vermişik. AFFA-nın bununla bağlı ayırdığı büdcə bölgə komandası üçün azdı. Elxan müəllim dedi ki, “Qəbələ”nin istisna hal kimi qəbul edilməsi ilə bağlı bu məsələyə baxılacaq. Lazım olan büdcə yaransa, iştirak edəcəyik, əks halda yox. (komanda.az)


 
tarix: 25-07-2019 23:11


 
Xəbər lenti
12.11.2019

10:00   Dadaşovdan məhsuldar ötürmə

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az