(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Qələbədən daha artıq

Qələbədən daha artıq

Hətta mərhələni keçməmək də bu qələbənin önəmini azalda bilməz. Rus komandasını səfərdə yenmək sıradan uğur deyil və “Neftçi” Azərbaycana yuxarıdan aşağı baxanların cavabını parlaq oyunla verdi.
 
Avropa Liqasında “Arsenal”la matç ən nikbin azarkeşlərin istədiyi hesabla bitdi. Və “Neftçi” Tulada cansıxıcı oyunla, təsadüfi qolla qələbə qazanmadı. Komandamız oyuna diqtə etdi, rəqibi hər mənada susdurdu və düşünülmüş kombinasiyadan sonra fərqlənərək vacib qələbə qazandı. Kapitan Emin Mahmudov ruslara özünü sübut etmək istəyini bütün futbolçulara aşıladı, onlara dirijorluq etdi və Rusiya çempionatında oynamaq səviyyəsində olduğunu göstərdi.
 
“Arsenal” formada olan əla komandadı və onları səfərdə yenmək üçün cüzi şans var idi. Rəqibin arxayınlığından yararlanmaq, zəif nöqtələrini tapıb ən doğru taktikanı seçmək lazım gəlirdi. Roberto Bordin “Neftçi”də işlədiyi müddətdə bəlkə də ən mükəmməl seçimini etmişdi. Rəqibi xırdalığına qədər incələmiş, ən doğru heyəti və taktikanı seçmişdi. Öndə pressinq etmək üçün komandanın fiziki gücünü də hesablamış, futbolçuları buna hazırlaya bilmişdi.
 
Fasiləyə kimi mükəmməl “Neftçi” gördük. Avropa kubokları fərqli səviyyədi və “Arsenal”ın debüt həyəcanından düzgün faydalandıq. Müdafiədə etibarlı oyun, gənc cinah müdafiəçilərinin taktiki cəhətdən ağıllı çıxışı, dayaq bölgəsinin fədakar oyunu və hücumda oyunçuların fərdi bacarığının da işə yaradığı oyun modeli... Fasilə ərəfəsində vurulan qol isə ideal əks-hücumun nəticəsi idi.
 
Rəqib məşqçi taktika savaşında Bordinə aşkar şəkildə uduzdu. İtaliyalı eyni heyətin B planını da doğru hazırlamışdı və fasilədən sonra məhz bunu gördük. “Neftçi” bu dəfə daha müdafiəyəmeylli oynadı, eyni zamanda rəqibin təşəbbüsü ələ almasına imkan vermədi. Əvəzetmələr, oyuna müdaxilələr yerində idi – Bordin İtaliya məşqçi məktəbinin gücünü nəhayət, öz simasında da göstərdi. Bir il ərzində xeyli tənqid olunan Roberto bir matçdaca özünə əziyyət verərkən yaxşı işlər görə bildiyini göstərdi.
 
Birinci pərdə qapandı. İndi “Neftçi”ni Bakıda daha çətin matç gözləyir. Artıq təmsilçimiz ciddi şəkildə incələnəcək, daha hörmətlə yanaşılacaq. Bu səbədən evdəki görüş Rusiyadakından da çətin keçəcək. Bu dəfə azarkeş amili bizim tərəfdədi, lakin ev oyunu eyni zamanda psixoloji təzyiq gətirəcək. Bordin məşqçi bacarığını bir daha sübut etməli, futbolçular maksimuma köklənməlidi.
 
Qarşıda bir həftə var. Hazırlaşmaq, səhvləri incələmək, zirvədə qalmaq üçün yollar axtarmaq lazımdı. Amma hətta cavab oyunu “Arsenal”ın üstünlüyü ilə bitsə də, “Neftçi” çox böyük iş gördü. Rusiyadakı uğur yalnız futbol qələbəsi deyil, komanda sübut etdi ki, azərbaycanlılar da futbol oynaya bilir. Əsas olan işə düzgün yanaşmadı və tulalılarla büdcə fərqini meydanda unutdurmaq mümkündü.
 
“Neftçi”nin SSRİ vaxtından qalan nüfuzu bir daha təsdiqləndi. Bütün postsovet məkanı nəticədən xəbərdardı və Azərbaycan futboluna diqqət bir az da artacaq. Bu ölkədə futbol sevilir, doğru işlər görüləndə istənilən rəqibi keçmək olur.
 
Eyforiya olmaz, hələ ən çətin sınaq Bakıda olacaq. Ruslar yaralı ayı kimi gələcək, onları qəfəsə salmaq üçün tələ də lazımdı. Onu da Bordin düşünsün.
 
CAVAD

 
tarix: 26-07-2019 11:05


 
Xəbər lenti
18.11.2019

20:26   “Sabah bizi Bakıdakından fərqli oyun gözləyir” - Hamşik

20:10   Pavel Hapal: “Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”

19:32   Eddi İsrafilov millimizin düşərgəsində

19:03   Bundesliqa klubunda yeni baş məşqçi

18:31   Kimdir o alçaq?

18:16   Kapitan dünya rekordu qırdı, milli komanda tarix yazdı

17:59   Millimizlə oyunöncəsi 3 itki

17:38   Millinin baş məşqçisi 100-cü oyununa çıxdı

17:17   “Növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı” - Dadaşov

16:58   Modriçin kitabı təqdim olundu

16:34   Ronaldo üzr istəyəcək

15:59   “Qalatasaray”da 2 ciddi itki

15:12   Robben məşqçiliyə başladı

14:52   111 ilin ən yaxşı göstəricisi

14:24   Braziliya millisi dünya çempionu oldu

14:01   Milli karyerasını başa vurdu - 32 yaşında

13:42   Filip Ozobiç bu gündən başlayır

13:32   Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08   “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az