(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Bakıda enerjimizə nəzarət etməli olacağıq”

“Bakıda enerjimizə nəzarət etməli olacağıq”

“Qol vurmaq gözəl hiss idi. Özümü əla vəziyyətdə gördüm. Düşünürəm ki, görməli olduğum iş bu idi. Amma Çempionlar Liqasında qol vurduğum və kapitan olduğum üçün fəxr edirəm". 

Futbolinfo.az xəbər verir ki, bunu "Dandalk"ın hücumçusu Patrik Hoban deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ı qəbul edən İrlandiya çempionu meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib. Komandasının bərabərlik topuna imza atan Hoban bununla Çempionlar Liqasında qol hesabını açıb.

28 yaşlı forvard yerli mətbuata açıqlamasında fərqləndiyi üçün sevincli olduğunu söyləyib: "İlk dəfə əvəzlənərkən xoşbəxt idim. Normalda öz-özümü təzyiq altında saxlayıram. "Dandalk"da komanda yoldaşlarımı, burda çalışan insanları təmsil etməkdən qürur duyuram. İlk oyunun nəticəsindən də məmnunam. Yalan danışa bilmərəm, Çempionlar Liqasında birinci qolumu vurduğum zaman bütün ailəmi, sevgilimi və onun ailəsini orda görmək gözəl hiss idi. Bu məni daha yaxşı edir. Ümid edirəm ki, hələ irəliləyəcəyik".

Hoban ikinci hissədəki oyunla qələbə qazana bilməmələrinə üzüldüyünü vurğulayıb: "Hesab edirəm ki, qəbul etdiyimiz oyun tərzi bizə görə deyildi. Həqiqətən də, belə hədəfləri qəbul etmirik. "Riqa" ilə oyunda çox yaxşı müdafiə olunmuşduq. Halbuki onlarda uzunboylular daha çox idi. Bu üzdən "Qarabağ"la matçda buraxılan qol bizi əsəbləşdirdi. Rəqibin başqa bir neçə qol imkanı olsa da, məncə, oyunu yaxşı tamamladıq. Həftəboyu hazırlaşdığımız üslubdan yapışmışdıq. Fasilədə isə bir-birimizə inanmalı olduğumuzu dedik. Nəticədə ikinci hissədə yaxşı çıxış etdik. 2:1 və ya 3:1 hesabı ilə qalib gələ də bilərdik. Bu baxımdan bir tərəfdən bərabərlik qoluna sevinirik, digər tərəfdən isə qələbə qazanmamağımıza üzülürük".

"Dandalk"ın hücumçusu cavab matçına ümidlə baxır: "İkinci hissədəki performans Bakıdakı cavab matçı üçün optimist olmağa imkan verir. Əlbəttə ki, mərhələ adlamaq şansımız var. Amma cavab görüşündə ağıllı oynamalıyıq. Hava çox isti olacaq. Bir boks döyüşü kimi, enerjimizə nəzarət etməli olacağıq. Mən belə hesab edirəm. Bakıda 1 və ya 2 real qol şansımız olacaq. Bu üzdən həmin imkanlardan lazımınca yararlanmalıyıq. Ümid edirəm ki, oyuna düzgün hazırlaşacağıq". (matc.az)

Qeyd edək ki, "Qarabağ"la "Dandalk" arasında cavab oyunu iyulun 31-də "Dalğa Arena"da keçiriləcək.


 
tarix: 27-07-2019 19:40


 
Xəbər lenti
13.11.2019
12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az