(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Arsenal” Bakıya “silahlı” gələcək

“Arsenal” Bakıya “silahlı” gələcək

Futbolun gücü, təsir qüvvəsi çox böyükdür. Rusiya futbol ictimaiyyəti ayağa qalxıb, özlərini təhqir olunmuş sayırlar. "Neftçi" Tulada keçirilən ilk oyunda birnəfəsə mükəmməl qələbə qazandı. Gərək saydırasan ki, sayalar...

Oyundan öncə təzadlı yanaşmalar həddindən artıq çox idi. Emosional fikirlər aşıb-daşır, çoxluq təşkil edirdi. Bir tərəfdən inamsızlıq, digər tərəfdən də təbii psixoloji təzyiq...

"Neftçi" iki qələbə qazanmışdı. "Speranta" keçidi əlavə inam yaratsa da, düşərgədən moldovanların "gücü" ilə bağlı aşırı açıqlamalar, ictimaiyyətdə rəqibin həddindən artıq zəifliyinin 7-dən 77-yə kimi bilməsi "Neftçi"də narahatlıqla yanaşı məsuliyyəti artırmışdı. Artıq dərk olunurdu ki, ilk mərhələdəki böyükhesablı, hətta statistik tarixi qələbələr ciddi qəbul olunmur...

Hiss olunurdu, paralel olaraq "Arsenal" detallı təhlil olunur və rəqibin gücü bilindikcə susqunluğu daha da artırırdı. Oyuna günlər qala ən doğru addım atıldı. klub olaraq mətbuata qapandı, açıqlamalara son qoyuldu, tam səfərbərlik olundu. Bu, qorxudan daha çox, məsuliyyətin, qarşıda böyük futbol qarşılaşması olacağının dərk edilməsi idi...

Açıq bildirirəm, belə addım atılmasaydı, "rəqib güclüdür", "Rusiya çempionatı hara, bizimki hara", "pulumuz yoxdu", "Arsenal"ın büdcəsi 3 dəfə bizdən bahadı", "məgər rusları keçməliydik?" və s. bəhanələr, sığortalar mətbuatı, ictimaiyyəti bürüsəydi, "Neftçi" obyektiv olaraq artıq Bakıda məhv edilib Rusiyaya məğlubiyyət dalınca yola salınacadqı...Və bu durumu yaradan "Neftçi"nin özü olacaqdı...

Futboldakı illərin təcrübəsi, analizlər onu göstərirdi ki, nəticənin necə alınacağından asılı olmayaraq, komanda düzgün istiqamətdə oyuna hazırlaşır. Belədə "Neftçi" "Arsenal"ın təhlillərini ictimaiyyələşdirmək, onsuz da fikirlərin haçalandığı günlərdə komandaya əlavə təzyiqlər yaradardı. Komandada özünəinamın olması, artması üçün psixoloji dəstəyə daha çox ehtiyac var idi...

Xof aradan götürülməli idi. "Neftçi" həqiqətən böyük klubdur və qarşısındakı vizual olaraq ll liqa komandasıdır. Futbol ictimaiyyəti, jurnalistlər, fanat, azarkeşlər bu yöndə əməyini sərf etdi, əsirgəmədi. Tədricən ümumi psixoloji qorxu fonu aradan götürülür, ictimai inam getdikcə artırdı...

Rusiyada "Neftçi"yə, tarixinə hörmətlə yanaşılır. Eyni zamanda mütəxəssislərin "8 toplu" yanaşmaları, ümumilikdə Azərbaycan futboluna yuxarıdan aşağı baxmaqları da işə yarayırdı. "Arsenal" günü-gündən yuxuya verilir, oyun olmamış banket havasına girirdilər...

İndi cavab görüşü öncəsi "Arsenal"ı tam açıqlamaq olar. Qələbə sıradan bir nəticə deyi, "Arsenal" kifayət qədər güclü komandadır. Ənənəvi "bey-beqi" rus futbolu sərgiləmirlər. Oyunları fiziki dayanıqlı sürətli, texnikalı, taktiki savadlı, baxımlı futbol üzərində qurulub. Həm sürətli mövqe, həm əks hücumları təşkil edə bilən komandadır...

Rəqibi analiz etmək şərtilə birinci rolda oynamağı, davamlı hücumlar etməyi bacarırlar. Tək cinahlarda deyil, dayaq bölgəsində, cərimə meydanı daxilində, standart epizodlarda da təhlükəlidirlər. İstənilən mövqelərdən qapıya zərbələr vurur, daimi rəqibi təzyiq altında saxlayır, oyunu rəqib sahədə qururlar...

Yerlə oyuna, cinahların tez-tez dəyişməsinə, yaradıcılığa üstünlük verirlər. "Arsenal" öz fəlsəfəsinə uyğun yuxarı orta səviyyədə tam balanslaşdırılmış heyətə sahibdir. Çempionatın ilk iki turu, nəticələri də bunu əyani göstərir...

"Arsenal"ın "Neftçi" qarşısında oyundan öncə üç zəif nöqtəsi vardı, Avroliqada debüt, "Neftçi"nin daha nüfuzlu tarixi klub olması və rusların bizi saymaması...

İndiki "Neftçi"ni, baş məşqçi Roberto Bordini təhlil etdikdə, açığı, şanslar yüksək görünmürdü. Niyə? Bu inamsızlığı klubla yanaşı elə ıtalyanın özü yaradıb. Bir çox oyunlarda qorxaq futbol, oyunu qazandığın halda 5-li müdafiə, rusların Azərbaycan futboluna baxdığı kimi, Bordinin də futbolumuzu C seriyası səviyyəsində görməsi...

Klub rəhbərliyinin də böyük klub təcrübəsizliyini, Bordin, futbolçular qarışıq moldovanları necə böyütdüklərini nəzərə alsaq, "Arsenal" Rusiya yox, Mars klubu kimi təqdim edilməliydi. Elə çempionluğun əldən verilməsi də rəqibləri böyüdüb "Neftçi"ni kiçiltməyin nəticəsi idi...

Bıçaq sümüyə dirənmişdi. Yuxarıda qeyd etdiyim oyunöncəsi səfərbərlik müsbətə doğru başqa səbəblərdən xəbər verirdi. İstər klub, istərsə Bordin artıq tam dərk edirdilər, "Bu həna, o hənadan deyil". Milanda Robertonun sevimli komandasına yenilməyən "Neftçi"nin postsovet məkanında hansı nüfuza sahib olduğunu, qəbul edildiyini italyan və korpusu anlayırdı artıq...

Çox böyük təzaddır, "Arsenal"la seçilə biləcək ən doğru və ən önəmlisi, nəticəni təmin edə biləcək yeganə düzgün taktiki seçimi edə bilən Bordin, daxili çempionatda sıradan rəqiblər qarşısında necə qorxa, biabırçı məğlub ola bilər?! Bunun bir adı var: psixoloji nasazlıq...

Bordinin nəzəri biliyi, ağlı olmasaydı, "Arsenal"ı belə mükəmməl oxuya bilməzdi. Təhlil etmək işin nəzəri tərəfidir, bunu hələ güclü rəqibə qarşı həyata keçirməlisən, özü də rəqib meydanda. Futbolçular tək taktiki düzülüşdə deyil, fiziki, psixoloji da tam hazır olmalıdılar. Hətta rəqib futbolçuların fərdi, komanda keyfiyyətlərini nəzərə alsaq, daha üstün görünməlidilər. Yoxsa seçilən taktiki oyun heç bir fayda verməzdi...

Bordinin məşqçilik ağlı var, eyni zamanda psixoloji problemi də açıq sezilir. Təzyiq, tam məsuliyyət hiss etdiyi anlarda özünün ən yaxşı keyfiyyətlərini göstərə bilir. Əks halda manipulyasiya, meydanda göstərə biləcəyi bicliyi (taktiki ağılı) kənara siraət edir, potensialını ətrafa xərcləyir...

Klub rəhbərliyi də bu baxımdan eyni yolu tutmamalıdılar. "Neftçi"- 24 saat məsuliyyət deməkdir. Böyük klublarda sığorta keçmir, səhv bağışlanmır. Rəhbər, məşqçi psixologiyası, yanaşması dərhal futbolçulara, azarkeşlərə təsir edir. "Sumqayıt"ın ikinci heyətinə evdə çempionluq məğlubiyyəti, Avroliqa səfərində güclü "Arsenal"la möhtəşəm qələbə...

Bunlar təsadüfi nəticələr deyil, böyük təzad və işə yanaşmanın psixoloji əks qütbləridir. "Neftçi"də bunlar aradan qaldırılmalı, üst səviyyədə stabillik meydanda təmin edilməlidir.
Rəhbərlik, Bordin, futbolçularla birgə hər oyun, hər an məsuliyyətlərini, "Neftçi" böyüklüyünü dərk etməlidilər. Tulada olduğu kimi...

"Arsenal" üzərində ilk qələbə eyforiya yaratmamalıdır. Hələ cavab qarşılaşması, qrup istiqamətində çətin yol var. Qələbə başgicəlləndirici olmamalıdır. İlk oyuna hərtərəfli hazırlıq, "Neftçi" böyüklüyünün qorunması, rəqib üzərində psixoloji üstünlüyün təmin olunması arxada qaldı...

İndi tam fərqli, daha məsuliyyətli münasibət olmalıdır. Artıq Bordinin bəsit, rəqibdən qorxuruq, müdafiə futboluna üstünlük verəcəyik açıqlamaları rusları çaşdırmayacaq. "Arsenal"ın baş məşqçisi Çerevçenko Tulada "Neftçi" ilə oyuna deyil, oyunsonrası futbolçuları ilə yeyib-içməyə hazırlaşmışdı. Hələ SKA Xabarovskın məşqçilərini də dəvət etmişdilər...

Rəqib artıq "Neftçi"ni tam olaraq tanıyır. Eynilə "Neftçi" də "Arsenal"ın gücünə əyani bələd oldu.

Fanat, azarkeşlər hər zaman qələbə tələb edir, bu onların haqqıdır. Ümumi futbol camiəsində isə rəqib aşağılanmamalıdır. Onsuz da ictimaiyyətdə belə tendensiya çoxluq təşkil edir. Nəinki Tula, heç London "Arsenalı" yeri gələndə qəbul edilmir...

Bordinin "ikinci rolda oynayırdıq" açıqlaması, kapitan Emin Mahmudovun "baxımlı oyundan çox mübarizə vardı, "Arsenal"a öz oyunlarını göstərməyə imkan vermədik" fikirləri rəqibin gücündən xəbər verir və səsləndirilənlər həqiqətdir. Ruslar bizə yuxarıdan aşağı baxıb "yandığı" kimi, biz də bu səhvi edib "yanmamalıyıq "...

Cavab görüşündə üstün cəhətlərimiz yaranıb, "Arsenal" noqdauna düşərək Bakıya gəlir. Ayılmaq, özlərinə gəlmək üçün vaxtları da var.
Eyni zamanda baş məşqçiləri Çerevçenkonun "məğlubiyyətdə tək məşqçi və futbolçuları günahlandırmaq doğru deyil" emosional açıqlaması klub daxilindəki gərginlikdən xəbər verir...

Hiss olunur ki, baş məşqçi və "Arsenal" rəhbərliyi arasında ciddi narazılıq, fikir ayrılığı yaranıb. Bu, transferlərlə, komandadan gedən lider futbolçularla da ola bilər, Çerevçenkonun taktiki fiaskosunun bəhanəsi də... Qruplara iddialı "Arsenal"ın cavab görüşündə tam səfərbər olacaqlarına heç kimin şübhəsi olmasın...

"Neftçi" mərhələnin müəyyən hissəsini adlayıb, qalıb Bakıda fanat, azarkeşlərin möhtəşəm dəstəyilə son zərbənin vurulması. Bunun üçün yenidən səfərbərliyin olunması mütləqdir. "Neftçi" camiəsində rəhbər, məşqçi, futbolçu müsahibələri, açıqlamalarında fərqlilik hiss olunur...

Kamran Quliyevin "əgər mərhələni keçəriksə"si, Kiril Petrovun "ehtiyatlı, nəticəyə oynamalıyığı", Emin Mahmudovun "hücum futbolu, qələbəyə oynayacayığı" kimi açıqlamaları daxildə və ictimai fikirdə pərakəndəlik yarada bilər...

"Neftçi" kimi klubun bir hədəfi var-qruplar. Nəticədən asılı olmayaraq hədəflərin kiçildilməsi, inamsızlıq yolverilməzdir. "Neftçi" böyüklüyü, hədəfləri hər zaman qorunmalıdır. İndiki mərhələ "Neftçi" üçün son məqsəd, mərhələ ola bilməz...

İndiki məqamda məşqçi, futbolçuların cavab oyunu ilə bağlı hər bir xırda açıqlaması belə beyin düşüncəsi olaraq rəqib düşərgəsi üçün kəşfiyyat məlumatlardır. İlk oyundan öncə doğru atılan addım kimi daxildən açıqlamalara son qoyulmalı və qapalı şəraitdə cavab oyununa konsentrasiya olunmalıdır. "Arsenal" informasiya aclığı hiss etməli, "Neftçi"nin nə düşündüyünü ipucu da olsa bilməməlidir...

"Arsenal"a ictimai-psixoloji təzyiqi futbol ictimaiyyəti və etik normaları gözləmək şərtilə fanat, azarkeşlər etməlidir. Rəqib nə aşırı dərəcədə kiçildilməməli, nə də aşırı dərəcədə böyüdülməməlidir. "Neftçi" cavab oyununa çıxana kimi dəstək görməli, bununla yanaşı edilən dəstək arxayınlığa yox, məsuliyyəti daha da artırmalıdır...

Bakıdakı qarşılaşma böyük futbolun bütün komponentlərini özündə birləşdirəcək meydan savaşı olacaq. Fiziki, taktiki, psixoloji aspektdə rəqib yenidən tam üstələnməlidir. Bu dəfə əlavə güc olaraq Tuladakı fanatlarımıza tribunalarda 10 min azarkeş qoşulacaq, Azərbaycanın ürəyi "Neftçi" ilə meydanda döyünəcək...

"Neftçi" necə oynasa mərhələ təmin edilə bilər, "Arsenal" hansı taktika ilə meydanda dönüş yarada bilər... Bu təhlilləri açıqlamayaq. Yuxarıda qeyd etdiyim kimi "Arsenal" artıq yatmayıb, yuxudan dik oyanıb, hər bir məlumat, onlar üçün həyati əhəmiyyət kəsb edir. Artıq gecə-gündüz "Neftçi"ni mikroskop altında incələyirlər...

Bordin üçün ikinci oyun daha çətin olacaq. Əgər Tulada "Arsenal"ın necə oynayacağı 100% bəlli idisə, rəqibin Bakıda seçəcəyi minimum 2 taktiki variantın hər ikisinə hazır olmaq lazımdır. Tulada start heyətlə dəyişiklik etmədən A və B variantlarına eyni anda mükəmməl futbolçulara aşıladığı kimi...

İnanaq ki, Çerevçenko Tulada aldığı taktiki nokauta bərabər noqdaundan Bakıda da çaşıb qalacaq. Ümumilikdə isə hər kəs bilməlidi, "Arsenal" paytaxtımıza psixoloji olaraq Tula silah zavodunun tam arsenalı ilə gələcək. Rusiya Azərbaycana uduzub mərhələ keçilməməsini heç vaxt "Arsenal"a bağışlamaz.

"Neftçi"nin Tula qələbəsi adı qələbə deyildi, böyük klubun keçmiş SSRİ məkanında tək futbol anlamında deyil, daha böyük mənada möhtəşəm zəfəri, Azərbaycanın, ölkə futbolunun nüfuzunun qorunması idi.

Bakıda, cavab qarşılaşmasında bu nüfuzun möhürünün vurulması arzusu ilə...

TAHİR SÜLEYMANOV


 
tarix: 27-07-2019 19:00


 
Xəbər lenti
18.11.2019
17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az