(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Obradoviç “Sumqayıt”ın gənc futbolçularından danışdı

Obradoviç “Sumqayıt”ın gənc futbolçularından danışdı

Təlim-məşq toplanışını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt”ın məşqlərini izləyənlər arasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç də olub. 

Futbolinfo.az xəbər verir ki, millimizin çalışdırıcı sumqayıtlıların hazırlıq prosesini izlədikdən sonra fikirlərini klubun saytına bildirib: 

"Bir neçə gün ərzində Türkiyədə oldum. Ankaranın Qızılcahamam bölgəsində klublarımızın məşqçi heyəti ilə görüşdüm, məşq proseslərini izlədim. Əsas məqsədim U-21 millimizin futbolçularının hazırkı durumunu öyrənmək idi. "Sumqayıt"a gəldikdə isə bu klubun 2 məşqini meydançadan canlı izlədim. Məni maraqlandıran o idi ki, U-21-in futbolçuları hansı mövqedə özlərini daha yaxşı göstərir. Bu barədə klubun baş məşqçisi ilə də söhbətim oldu. Ümumilikdə futbolçuların zəif və güclü tərəflərini izləməyə çalışdım. "Sumqayıt" klubu olduqca intensiv və dinamik məşqlər edir, özlərini maksimum şəkildə göstərməyə çalışırdılar. 

Burada məni çox sevindirən bir sıra məqamlar oldu. Gənclər daha təcrübəli futbolçulardan nələrisə öyrənməyə çalışırdılar. Bu komandada gənc futbolçuların sayı digərlərinə nisbətən daha çoxdu və gənclərin ilk 11-lik üçün var qüvvə ilə çalışdığını gördüm ki, bu da məni çox sevindirdi. Bütün gənclər dərk edir ki, artıq bura nə U-19 liqası, nə də əvəzedicilərin çempionatıdı. Onlar daha çox öz üzərlərində işləyib, əsas komandanın əsas üzvünə çevrilməyə çalışmalıdılar.

Baş məşqçi Ayxan Abbasov ilə fikir mübadiləsi apardım. O da heyətdə yer alan gənclərə inandığını, onların daha səylə çalışdığını bildirdi. Komandanın strategiyası məni çox qane edir. Çünki, "Sumqayıt"da gənc futbolçulara daha çox şans verilir. Bu da milli komandamızın xeyrinə olan amillərdəndi".


 
tarix: 29-07-2019 15:00


 
Xəbər lenti
18.11.2019

13:42   Filip Ozobiç bu gündən başlayır

13:32   Millimizin rəqibinin düşərgəsində yeni futbolçu

13:08   “Neftçi”nin futbolçuları Kosta Rikaya qarşı oynadılar

12:30   “Zirə”nin futbolçusu millidə 22 dəqiqə oynadı

12:00   “Qarabağ”ın futbolçusunun ilk qələbədə payı olmadı

11:43   Remzi: “Bakıda qələbə üçün bütün gücümüzü ortaya qoyduq”

11:21   Premyer Liqanın 12-ci turu rəqəmlərin gözü ilə

11:00   Azərbaycan - Ukrayna: Hakim təyinatları açıqlandı

10:30   “Liverpul”un futbolçusu millinin düşərgəsini tərk etdi

10:00   İngiltərə Kosovonu belə darmadağın etdi - VİDEO

09:30   Ukrayna millisindən tarixi nəticə

09:00   Kamran Əliyevli “Ximki” 3 xalı 3 qolla qazandı

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az