(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ” kimi komanda ilə qarşılaşmaq adama zövq verir”

“Qarabağ” kimi komanda ilə qarşılaşmaq adama zövq verir”

“İlk oyunda 1:1 hesabı qeydə alındı. Bu da pis nəticə deyil”.

Futbolinfo.az xəbər verir ki, bunu İrlandiya çempionu “Dandalk”ın qapıçısı Qari Rocers deyib.

38 yaşlı qolkiper UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionuna qarşı keçiriləcək cavab görüşü öncəsi təəssüratlarını bölüşüb. 43-cü avrokubok matçına hazırlaşan Rocers avrokuboku gənc oyunçular üçün şans hesab edir: 

"Bakıda qol vurmaq məcburiyyətindəyik. Bu, müdafiə olunmaqdan yaxşıdı. Avrokuboklarda səfər oyunları həyəcanverici olur. Ancaq "Qarabağ"la görüş daha fərqli olacaq. Hər kəs kimi, mən də "Oriel Park"dakından daha yaxşı çıxış etməliyəm. Avropa futbolunu hamı sevir. Burdakı çıxış İrlandiya çempionatındakı futbolçular üçün əla təcrübədi. Bu baxımdan güclü rəqibə qarşı oynamaq gözəldi. "Qarabağ" kimi güclü komanda ilə qarşılaşmaq adama zövq verir. Xüsusən də, Avropaya burdan yol açan gənclərə görə məmnunam".

İrlandiyalı veteran futbolçu uzaq səfər və fərqli iqlimin onlara problem yaratmayacağını düşünür: "Əvvəllər də fərqli saat qurşaqlarında oynamışıq, buna öyrəşmişik. Oyun yerli vaxtla saat 21:00-da başlayacaq. Yəni elə də isti olmayacaq. Hazırlıq planımızda heç bir dəyişiklik yoxdu. Yəqin ki, İrlandiya vaxtına sadiq qalacağıq. Yeganə fərq səhər saat 9-da yemək yeməyimizdi. Uyğunlaşma problemi olacağını zənn etmirəm. Evdə iki balaca uşağım olduğu üçün, onsuz da, düz-əməlli yuxu yatmıram. Uzaq səfərlər zamanı daha çox yata bilirəm. Burda çox darıxmayacağıq. Oyundan əvvəl bizi məşq gözləyir. Həmçinin uşaqlar görüşüb şəhəri gəzəcək, qəhvə içəcək və kart oynayacaqlar. Ancaq məsuliyyəti azaltmayacağıq. Bu istirahət də oyunöncəsi lazımlıdı". (matc.az)

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandalk" matçına saat 21:00-da start veriləcək.


 
tarix: 30-07-2019 12:40


 
Xəbər lenti
12.11.2019
11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az