(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Qurban Qurbanov: “Belə oyunlarda təmkinli olmalıyıq”

Qurban Qurbanov: “Belə oyunlarda təmkinli olmalıyıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiyanın “Dandalk” klubuna qarşı cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransına qatılıb.

Futbolinfo.az xəbər verir ki, Qurbanov ilk görüşdəki 1:1 hesablı bərabərlikdən sonra cavab matçına ciddi hazırlaşdıqlarını söyləyib: 

- Çox vacib oyuna hazırlaşırıq. Cavab görüşü həmişə bizi daha diqqətli olmağa məcbur edir. Xüsusən də, belə rəqiblərə qarşı. Hər iki komanda düşündüyüm qədər istəklidi. Nə qədər çətin olsa da, hamını sabah maraqlı oyun gözləyəcək. Çalışacağıq baxımlı oyun göstərək və uğurlu nəticə qazanaq.

- Zədəlilərin son durumu necədi?
- Son durumları heç də yaxşı deyil. Bədavi Hüseynov hətta fərdi məşqlərə də başlamayıb. Başlamışdı, ancaq sonra yenidən müayinəyə ehtiyac oldu. Həkimlər riskə getmək istəmədilər. Dünən qərar verdik ki, daha 4-5 gün müalicə olunsun. Digərləri 100 faiz hazır olmasalar da, komanda ilə məşqlərdə iştirak edirlər. Onlarda hər şey yaxşılığa doğru gedir.

- Faysal və Qeyenin meydana çıxmaq ehtimalı nə qədərdi?
- Optimal formalarından hələ uzaqdılar. Ən azı birinin “18-lik”də olmaq şansı var. Start heyətində olmayacaqlar.

- “Dandalk”ın ilk oyundakı çıxışına əsasən taktikada hansısa dəyişiklik etməyi düşünürsünüzmü?
- Bütün rəqiblərə qarşı hər hansı bir dəyişiklik olur. Çalışmışıq öz oyun üslubumuzu qoruyaq və yaxşılaşdıraq. Rəqibin istədiklərini yerinə yetirməsinin qarşısını almalıyıq. Təbii ki, hardasa səhvlər olur, gecikmələr yaranır. Rəqibi kollektiv şəkildə analiz etmişik. Öz oyunumuzu göstərmək və yaxşılaşdırmaq fikrindəyik.

- İrlandiya millisinin baş məşqçisi bildirib ki, “Qarabağ” əsəbi oynayacaq...
- İnşallah, əsəbləşmərik. Futbolun nə demək olduğunu bilirik. Bir az aqressivlik lazımdı. Futbolçularda arzu, istək görmək istəyirik. Belə oyunlarda təmkinli olmalıyıq. Futbolçularda idman prinsiplərinə görə əsəbləşmək xarakteri var.

- Sizcə, “Neftçi” “Arsenal” səddini keçə bilərmi?
- İnşallah, keçər. Ölkə reytinqi üçün xallara ehtiyacımız var. Keçmək bir tərəfə, hətta qələbə ilə keçmək ölkəmizə əlavə xal verir. Həm “Neftçi”, həm də “Qəbələ”yə uğurlar arzulayıram.

- İspaniya mətbuatı “Estremadura” və “Malaqa”nın Mahir Emreli ilə maraqlandığını yazıb. Bu, nə dərəcədə doğrudu?
- Hazırda oyuna hazırlaşırıq. Matçdan sonra bütün suallara cavab vermək olar.

- Növbəti mərhələdəki potensial rəqib barədə nə düşünürsünüz?
- Hamımızın düşüncəsi sabahkı oyundu. Niyyətimiz sabah qələbə qazanmaq və bu turnirdə davam etməkdi. Bu yarışa qoşulmuşuqsa, düşüncəmiz mübarizəni davam etdirməkdi. (matc.az)


 
tarix: 30-07-2019 18:40


 
Xəbər lenti
22.11.2019
21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az