(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ”ın futbolçuları nə edəcəklərini bilmirdilər”

“Qarabağ”ın futbolçuları nə edəcəklərini bilmirdilər”

“Bakıda hər şey əla gedir. Otel yüksək səviyyədədi və yeməklər gözəldi”.

Futbolinfo.az xəbər verir ki, bunu “Dandalk”ın hücumçusu Ceymi Makqart deyib.

23 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bu gün "Qarabağ"la keçiriləcək cavab görüşünü dəyərləndirib. Öncə şəhər barədə xoş fikirlər səsləndirən Makqart isti havanın onlara problem yaratmayacağı qənaətindədi: 

"Bakı ətrafı gözəl olan sevimli şəhər kimi görünür. Gecə şəhəri gəzməyə çıxmışdıq. Həmçinin isti havaya öyrəşmək üçün gündüz vaxtı da çıxmışıq. Ötən il Kiprə səfər edən zaman da Larnaka çox isti və rütubətli idi. Hazırkı heyətin çoxu həmin görüşdə iştirak edib. Düşünürəm ki, bundan bəhrələnə bilərik. Mövsümlərarası fasilədə İspaniyada isti hava şəraitində keçdiyimiz məşqlər də bizə xeyir verəcək".

İrlandiyanın gənclər millisinin sabiq üzvü ötən həftə Dandalkda keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmaya da münasibət bildirib: "İlk görüş iki fərqli hissədən ibarət oldu. Buraxılan erkən qoldan sonra toparlanmaq üçün vaxt lazım oldu. Halbuki oyuna heç də pis başlamamışdıq. Kornerdən qol buraxmaq mənfi hal idi. Bilirik ki, bu, bir daha təkrarlanmayacaq. Təbii ki, qələbə qazanmaq istəyiriksə. Həmin gün bir çox şey öyrəndik. İkinci hissədəki çıxışımızdan məmnun qaldıq. Hətta qələbə də qazana bilərdik. Təkcə mənim 1 və ya 2 dəfə fərqlənmək imkanım oldu".

Makqart bugünkü oyundan müsbət nəticə ilə ayrılacaqlarına inanır: "Qarabağ" hücumda təhlükəlidi. Biz də ilk görüşün ikinci hissəsindəki performansı davam etdirmək istəyirik. Həmin mübarizə komandada özünəinamı daha da artırdı. Xüsusən də, son yarım saatda üzərlərinə getdiyimiz zaman "Qarabağ"ın futbolçuları nə edəcəklərini, bizi necə dayandıracaqlarını bilmirdilər. Şübhəsiz ki, bu dəfə daha çətin oyun olacaq. "Qarabağ" evdə oynadığından, topa daha çox sahib olacaqlarını düşünürlər. Bunu onlar üçün çətinləşdirməli və topu ələ keçirdiyimiz zaman onu özümüzdə saxlamalıyıq. Bunu bacarsaq, yaxşı imkanlarımız yaranacaq. Ümid edirəm ki, arzuladığımız nəticə ilə ayrılarıq". (matc.az)

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.


 
tarix: 31-07-2019 12:20


 
Xəbər lenti
18.11.2019

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az