(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Bordin: “Sabah Tuladakı oyunun nəticəsini unudacağıq”

Bordin: “Sabah Tuladakı oyunun nəticəsini unudacağıq”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Arsenal” (Tula) klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

- İlk oyundan fərqli, bizə daha çətin olacaq. Sabah “Arsenal” dəyişikliklər etməyə, nəticəyə təsir göstərməyə çalışacaq. Rəqib güclü komandadı. Onlar ilk görüşdə də bunu nümayiş etdirdi. Geri çəkilmədilər və güclü olduqlarını göstərdilər. Bu üzdən də bizi çox çətin oyun gözləyir. Diqqətli olmalıyıq, sona qədər konsentrasiyanı itirmək olmaz.

- “Arsenal”ın İngiltərə yox, Rusiya təmsilçisi olduğunu və rəqibin avrokuboklarda debüt etdiyini nəzərə alsaq, “Neftçi”nin şansının daha yüksək olduğunu düşünmək olarmı?
- Bu iki komandanı müqayisə etməzdim. Hər klubun özəllikləri var. Tula “Arsenal”ı da güclü komandadı. Bunu ilk görüşdə göstərdilər. Bura vaxt itirməyə yox, gözəl oyun və uğurlu nəticə üçün gəliblər. İlk matçdan sonra cüzi də olsa üstünlüyümüz var. Sabah doğma azarkeşlərimizin önündə oynayacağıq. İlk dəqiqələrdən vuruşmaq lazımdı ki, istədiyimiz nəticəni əldə edə bilək.

- İlk oyunda rəqibi düzgün təhlil etməyiniz nəticəsində 1:0 hesablı qələbə qazandınız. Rəqib sizin mübarizə əzminizi artıq çözüb. Taktiki baxımdan sabah sizdən sürpriz gözləmək olarmı?
- Düzdü, qələbə qazanmışıq və bizə üstünlük verir. Amma düşünmürəm ki, sabah hansısa tərəfdən sürpriz olsun. Sadəcə, mübarizə aparmaq lazımdı ki, istədiyimiz nəticəni qazana bilək. Meydana ilk matçın nəticəsini düşünərək çıxmaq olmaz. Sabah Tuladakı görüşü unudacağıq.

- İlk oyunda Platellası ehtiyatda saxladınız və rəqib bu sürprizinizə hazır deyildi. Sabah onu start heyətində meydanda görə biləcəyikmi?
- Bu gün daha bir məşqimiz olacaq. Həmin məşqdən sonra heyəti müəyyənləşdirib, sabahkı qarşılaşmaya hazırlayacam. Bir məşqçi üçün ən vacib amillərdən biri də bütün oyunçuların əlinin altında olmasıdı. Bizdə də belə olmasına sevinirik.

- Dabo qarşılaşmaya nə dərəcədə hazırdı?
- Dabo sabah oynayacaq. Düzdü, hələ tam hazır deyil, çünki bərpa prosesini keçir. Bunun sürətli formada keçməsinə sevinirəm. İntensiv məşqlər edir. Hər şey yaxşılığa doğru gedir.

- “Arsenal” avrokuboklarda debüt edir. Siz isə müntəzəm bu turnilərə qatılırsınız. Bu amil sizə üstünlük verirmi?
- Təcrübə hər zaman önəmlidi. İstər daxili çempionatda, istərsə də avrokuboklarda. “Arsenal”ın avrokubok təcrübəsi olmasa belə, biz Premyer Liqa klubuna qarşı çıxış edəcəyik. Rəqibin güclü futbolçuları və məşqçisi var.

- Rusiyada mövsüm artıq start götürüb. Sizcə, bu, “Arsenal”ın xeyrinədimi?
- Üstünlük verə də bilər, verməyə də. Oyun praktikası hər zaman önəmlidi. Fiziki cəhətdən rəqibə üstünlük verir. Onlar üç turdu oynayırlar, fiziki cəhətdən daha hazırlıqlıdırlar. Bizdə ötən oyundan bu günə qədər dincəlmək üçün vaxt olub. Bu da bizə üstünlük verə bilər. Amma rəqib son bir həftə ərzində iki oyun keçirib. Bu, onların baş məşqçisini dəyişikliklər etməyə məcbur edir.

- Rusiyadakı oyundan əvvəl daha inamlı görünürdünüz, səfərə qələbə dalınca getdiyinizi demişdiniz. Ancaq bu gün ehtiyatlı danışırsınız. Rəqibin hansısa sürprizindən ehtiyatlanırsınız?
- Deməmişdim ki, Rusiyada 100 faiz qələbə qazanacağıq. Bildirmişdim ki, qələbə qazanmağa çalışacağıq.

- “Neftçi”də uzaq məsafədən zərbə vurmağa meyilli futbolçu azdı ki, bunlardan biri də Rəhman Hacıyevdi. Sabah Rəhmanı meydanda görə bilərikmi?
- Sizin sözlərinizdən belə çıxır ki, rəqibə yalnız uzaq məsafədən zərbələrlə cavab verməliyik? Bizim məqsədimiz 1:0 hesabını qorumaq deyil. Öz oyunumuzu göstərib, uğurlu nəticə göstərmək istəyirik. Rəqibin sabahkı oyununa əsasən onlara cavab verməyə çalışacağıq. Rəhman komandanın aparıcı oyunçularından biridi. Lazım olanda ondan da yararlanacağıq. Rəhmanın ən yaxşı xüsusiyyətlərindən biri də uzaq məsafədən gözəl zərbələr vura bilməsidi. Bunu “Sperantsa” ilə görüşdə də gördük. Amma sabah isə “Arsenal”a komanda şəklində cavab verməyə çalışacağıq.

- “Qarabağ” bu gün Çempionlar Liqası çərçivəsində oyun keçirəcək. Rəqibin baş məşqçisi dünənki mətbuat konfransında “Neftçi”yə uğurlar arzuladı. Siz “Qarabağ”dan hansı nəticəni gözləyirsiniz və oyunu canlı izləyəcəksiniz?
- “Qarabağ” ilk oyunda yaxşı nəticə qazanıb. Düşünürəm ki, burda da elə çətin olmayacaq, tapşırığın öhdəsindən gələcəklər. Onlara uğurlar arzulayıram. Çünki burda Azərbaycan adı var. Hər komandanın uğuru Azərbaycanın uğurudu. Komandamız tam konsentrasiya olub. Bu üzdən stadiona gedə bilməyəcəm. Amma matçı mütləq televiziya vasitəsilə izləyəcəm. İstəsəniz, sizə də mənimlə birgə izləyə bilərsiniz. (matc.az)


 
tarix: 31-07-2019 18:08


 
Xəbər lenti
15.11.2019

15:15   Qaret Beyl: “Azərbaycan millisi daim inkişafdadı”

15:00   Giqqz: “Bakıdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”

14:46   Elxan Məmmədova ünvanladığımız sualın cavabı

14:30   Uels yığmasında daha 2 itki – Bakıya gəlmədilər

14:15   İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00   “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41   “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20   Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

13:00   Əliyar Ağayev AÇ-2020-nin oyununda

12:40   Millimizdə itki - heyətdən çıxarıldı

12:21   “Keşlə” divizion klubu ilə yoxlama oyunu keçirəcək

12:00   Millimizin futbolçularına danışılmış oyunlarla bağlı “dərs”

11:46   11-ci turun oyun cədvəli açıqlandı

11:23   “Neftçi” – “Qəbələ” oyununun vaxtı açıqlandı

11:00   Ardıcıl 2-ci, tarixdə 5-ci dəfə AÇ-də

10:45   La Liqa klubunda yeni müqavilə

10:30   Balayev “Tobol”da qalır

10:00   “Qarabağ”ın futbolçusu Paraqvaya qarşı oynamadı

09:30   “Atletiko”da Dieqo Kosta şoku

09:00   Şenol Günəş: “Xəyalımızı gerçəkləşdirdik”

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az