(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Sənan Qurbanov: “Dinamo” keçilməz deyil”

Sənan Qurbanov: “Dinamo” keçilməz deyil”

“Evdə məğlub olmuşuq. Rəqib hazırlıqlı görünürdü, bizim komanda isə yenilənib, bəzi oyunçular ilk dəfə idi avrokuboklarda çıxış edirdi. Həyəcan hiss olunurdu. Amma bura uduzmağa yox, bacardığımızın ən artığını etməyə çalışacağıq”.

Futbolinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Gürcüstanda Tiflis "Dinamo"sua qarşı keçirəcəkləri Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib. Gənc mütəxəssis digər sualları da cavablandırıb:

- "Qəbələ"nin heyətindəki gürcüstanlı legionerlər barədə nə fikirdəsiniz?
- Həm Davit Volkovi, həm də Merab Giqauri komandamız üçün vacib oyunçudur. Hər ikisinin potensialına inanıram. Volkov titul qazanmaqda bizə çox kömək etdi. Onlar komandaya tez uyğunlaşdılar.

- "Dinamo"nun heyətində bəyəndiyiniz və komandanızda görmək istədiyiniz futbolçu var?
- Rəqib kompakt komandadır. Kollektiv formada yaxşı çıxış edirlər. Bütövlükdə bir neçə ad çəkə bilərəm. Kapitan və hücum xəttindəkilər sürətlidirlər. Əlbəttə, öz komandama inanıram və onların yüksək səviyyədə çıxış edəcəklərini düşünürəm.

- İlk oyundan sonra Azərbaycan mediasında sizin istefa verəcəyinizə dair xəbərlər yayılıb. Sizcə, hansı məqamlar məğlubiyyətinizə səbəb oldu?
- Komandamız yenidir, gəncdir. Yollarımızı ayırdığımız futbolçular var, strategiyamıza əsasən, akademiyamızın futbolçularına şans verməliyik. İki mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etmişik. Əlbəttə, uğursuzluq təqdirində istənilən məqama hazırıq. Amma istefa barədə söhbətimiz olmayıb. Gənc və təcrübəlilərdən ibarət vəhdət yaratmaq istəyirik.

- "Qəbələ" çətin işin öhdəsindən gəlmək üçün nələr etməlidir?
- İlk oyundan sonra futbolçularla danışmışıq. Onlar da video analizlərdə çatışmazlıqları görüblər. Top itkilərinə yol verməməli, hücumlarda kəsərli olmalıyıq. Özümüzü çətinə salsaq da, rəqib keçilməz deyil. Əllərimizi yanımıza salıb çıxmaq fikrində deyilik. Çalışacağıq ki, müsbət nəticə göstərək.

- Heyətdə zədə problemi varmı və "11-lik"də hər hansı dəyişiklik etməyi düşünürsünüz?
- Zədəli futbolçumuz yoxdur. Amma ola bilər ki, ilk matçla müqayisədə start heyətdə iki futbolçunu dəyişək. (Report)


 
tarix: 31-07-2019 21:24


 
Xəbər lenti
20.11.2019

13:22   “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00   Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47   Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30   Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15   Almaniya millisində yeni rekordçu

11:53   Mourinyo rəsmən “Tottenhem”də

11:37   İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19   Qərar günü: bundan pisi olmayacaq

11:00   AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40   Maradona istefa verdi

10:20   Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00   “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30   “Yuventus”da yeni müqavilə

09:00   Eranın sonu üçün... ilk müraciət

02:46   Pavel Hapal: “Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı”

02:21   Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm”

01:56   Uels millisi AÇ-2020-də!

01:34   Millimiz son oyunda da uduzdu

01:07   Azərbaycan - Ukrayna: 2 qol, 2 “qırmızı” - VİDEO

00:54   “Tottenhem” Poçettino ilə vidalaşdı - RƏSMİ

19.11.2019

22:21  Qarabağ"dan "İmarət"ə yubiley təbriki - VİDEO

22:11  Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44  “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31  Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11  Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59  Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54  “Qalatasaray” itirə-itirə gedir

18:00  Millimiz Qazaxıstana da uduzdu

17:43  Paytaxt klublarının 18-ci dueli

17:22  Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00  “Borussiya”da 5 illik müqavilə

16:42  İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20  İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00  “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40  La Liqa klubunda yeni müqavilə

15:21  71 il sonra gələn qələbə

15:00  “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41  Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20  İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00  Kavani Messini “razborka”ya çağırdı

13:40  Mxitaryan yenə ara qarışdırır

13:20  Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00  Millimizə 28 futbolçu çağırıldı

12:41  Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21  Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00  AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43  AFFA rəsmisinə UEFA-dan təyinat

11:21  “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00  “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30  “Real”ın futbolçusu 6 həftə oynamayacaq

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az