(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Qurban Qurbanov: “Onlar mehriban düşməndilər”

Qurban Qurbanov: “Onlar mehriban düşməndilər”

“Futbolçularımı təbrik edirəm. Bu gün intizamlı oyun gördük”. 

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Azərbaycan çempionu Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə bərabərə qaldığı (1:1) İrlandiya “Dandolk”unu cavab görüşündə 3:0 hesabı ilə məğlub edərək, növbəti raundda APOEL-ə (Kipr) rəqib olub.

Oyundan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: “Bütün həftəni ciddi hazırlaşmışdıq. Tapşırıqları yerinə yetirdikləri üçün oyunçularıma təşəkkür edirəm. Oyun gərgin keçdi. Rəqib kollektiv şəkildə formalaşmış, xarakterli komanda idi. Bura da iddialı gəlmişdilər, inamlı danışırdılar. Oyunçularımız intizamlı oyunla rəqibin qarşısını aldı və azarkeşlərə qələbə hədiyyə etdilər”.

- Meydanda ən yaxşı olan yerli futbolçu Rəşad Sadıqov idi. Ümumiyyətlə, yerlilərin çıxışından razı qaldınız?
- Futbol 2-3 nəfərdən ibarət deyil. Kollektiv şəkildə intizamlı oynadıq. Biri səhv edər, digəri sığortalayar. Rəşadın bu oyununa görə sevinirəm. Hər biri həddən artıq əziyyət çəkdi. Onların əziyyətini itirə bilmərik.

- Oyunboyu üstünlük sizin tərəfinizdə olsa da, ikinci hissədə müəyyən vaxtlarda konsentrasiya sanki itdi. Bu nə ilə bağlıdı?
- 90 dəqiqə eyni tempdə oynamaq mümkün deyil. Məğlub olan komanda istər-istəməz sürəti artırır, aktiv olur. Bəzi səhvlər oldu. Bir neçə dəqiqə cərimə meydançamıza yaxın olduq. Məsələn, cərimə zərbələrindən sonra istər-istəməz belə alınır. 90 dəqiqə dayanmadan hücum etmək mümkün deyil.

- Ozobiçin zədəsi nə yerdədi?
- Sabah daha dəqiq bilinəcək. Düşünürəm ki, tam ciddi olmasa da, yüngül zədə də deyil. Çünki zədə diz nahiyəsindən olmuşdu.

- APOEL-in məşqçiləri də oyunu izləyirdilər. Siz necə, onların oyununu izləmisiniz?
- Xeyr. Bu komandalara ümumi diqqət ayırırıq. Çempionatın səviyyəsi üçün bu komandaların oyunlarına baxırıq. Düşünürəm ki, bizi maraqlı oyun gözləyir.

- Oyunun gedişində azarkeşlərə qarşı polisin belə münasibət bəsləməsi nə dərəcədə doğrudu?
- Məncə, onlar  mehriban düşməndilər. Əksər oyunlarda belə olub. Aralarında problem yaranıb, sonra azarkeşləri buraxıblar. Həmişə azarkeşlərimizin yanında olmuşuq. Məncə, mehriban düşmən yox, dost olmaq lazımdı.

- “Partizani”, yoxsa bugünkü oyunda daha çox həyəcanlandınız?
- Hər komandanın fərqli oyun üslubu var idi. Amma “Dandolk” bizə qarşı çox ciddi müqavimət göstərdi. “Partizani”nin ancaq müdafiə olunduğunu bilirdik. Ancaq bu komanda həm müdafiə olunur, həm də hücum edirdi.

- APOEL Kiprdə yerləşir və orda Azərbaycana qarşı heç də yaxşı münasibət göstərmirlər. Bunu, “Neftçi”nin oyunu zamanı görmüşük. Buna psixoloji cəhətdən komanda hazır olacaqmı?
- Bu, idmandı. Biz ilk növbədə idman prinsiplərinə riayət etməliyik. Bütün diqqətimiz meydanda rəqibə qarşı necə oynamaq və qalib gəlməyin yollarını axtarmaqdı. Sırf idman prinsiplərinə riayət edirik. (matc.az)


 
tarix: 31-07-2019 23:34


 
Xəbər lenti
20.11.2019

02:46   Pavel Hapal: “Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı”

02:21   Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm”

01:56   Uels millisi AÇ-2020-də!

01:34   Millimiz son oyunda da uduzdu

01:07   Azərbaycan - Ukrayna: 2 qol, 2 “qırmızı” - VİDEO

00:54   “Tottenhem” Poçettino ilə vidalaşdı - RƏSMİ

19.11.2019

22:21  Qarabağ"dan "İmarət"ə yubiley təbriki - VİDEO

22:11  Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44  “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31  Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11  Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59  Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54  “Qalatasaray” itirə-itirə gedir

18:00  Millimiz Qazaxıstana da uduzdu

17:43  Paytaxt klublarının 18-ci dueli

17:22  Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00  “Borussiya”da 5 illik müqavilə

16:42  İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20  İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00  “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40  La Liqa klubunda yeni müqavilə

15:21  71 il sonra gələn qələbə

15:00  “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41  Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20  İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00  Kavani Messini “razborka”ya çağırdı

13:40  Mxitaryan yenə ara qarışdırır

13:20  Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00  Millimizə 28 futbolçu çağırıldı

12:41  Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21  Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00  AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43  AFFA rəsmisinə UEFA-dan təyinat

11:21  “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00  “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30  “Real”ın futbolçusu 6 həftə oynamayacaq

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az