(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qarabağ” APOEL səddini də keçəcək”

“Qarabağ” APOEL səddini də keçəcək”

“Bizdə inam var idi. Amma rəqibimiz bizdən bir neçə səviyyə yüksək idi”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri İrlandiyanın “Dandalk” klubunun baş məşqçisi Vinni Pert deyib. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a Bakıda böyük hesabla məğlub olan (0:3) İrlandiya çempionu Avropa Liqasına yuvarlanıb. “Dalğa Arena”da baş tutan qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Pert fikrini bu sözlərlə davam etdirib: 

- Oyunöncəsi çıxışlarımız iddialı olmağımızdan qaynaqlanırdı. “Qarabağ”, bəlkə də, son 7 ildə qarşılaşdığımız ən güclü rəqib idi.

- Oyunun bu axarda keçməsini gözləyirdinizmi?
- Açığı, oyun gözlənilən ssenari ilə gedirdi. “Qarabağ”ın topa sahib olacağını gözləyirdik. İkinci hissədə şansımız oldu. Bu gün güclü olan komanda qələbə qazandı. Komandamdan çox razıyam. Rəqibə hörmət edirik və onlara növbəti mərhələdə uğurlar arzulayıram.

- Hər kiçik fasilədə futbolçularınız su içməyə qaçırdılar. Bakının istisi sizə bu gün nə dərəcədə təsir etdi?
- Doğrudu. Ümumilikdə keçirdiyimiz oyunlarda 17-18 dərəcə olur. Bunu səbəb kimi göstərmək istəmirəm. Rəqib çox güclü idi, bizə topla oynamağa imkan vermirdilər. Bəzi səhvlərimiz oldu və “Qarabağ”ın futbolçuları bundan da ustalıqla yararlandılar.

- “Qarabağ” növbəti mərhələdə APOEL-lə qarşılaşacaq. Necə düşünürsünüz, Azərbaycan təmsilçisi Kipr klubunu üstələyə bilərmi?
- Kiprdə heç kimin xətrinə dəyməmək şərti ilə qeyd etmək istərdim ki, növbəti mərhələdə “Qarabağ”a azarkeşlik edəcəm. Biz də istərdik ki, belə bir klubumuz olsun. Favorit qismində “Qarabağ”ı görürəm və məncə, Azərbaycan komandası APOEL səddini də keçəcək. (matc.az)


 
tarix: 31-07-2019 23:43


 
Xəbər lenti
20.11.2019

00:30   Millimiz Slovakiyaya uduzur - YENİLƏNİR

19.11.2019

22:21  Qarabağ"dan "İmarət"ə yubiley təbriki - VİDEO

22:11  Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44  “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31  Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11  Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59  Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54  “Qalatasaray” itirə-itirə gedir

18:00  Millimiz Qazaxıstana da uduzdu

17:43  Paytaxt klublarının 18-ci dueli

17:22  Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00  “Borussiya”da 5 illik müqavilə

16:42  İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20  İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00  “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40  La Liqa klubunda yeni müqavilə

15:21  71 il sonra gələn qələbə

15:00  “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41  Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20  İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00  Kavani Messini “razborka”ya çağırdı

13:40  Mxitaryan yenə ara qarışdırır

13:20  Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00  Millimizə 28 futbolçu çağırıldı

12:41  Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21  Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00  AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43  AFFA rəsmisinə UEFA-dan təyinat

11:21  “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00  “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30  “Real”ın futbolçusu 6 həftə oynamayacaq

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az