(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Gözəl: “Bu, tarixin ən güclü “Qarabağ”ıdı”

Tahir Gözəl: “Bu, tarixin ən güclü “Qarabağ”ıdı”

Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubunu 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksələn "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, klub rəsmisi öncə oyunla bağlı danışıb:  
 
- Bu gün gözəl oyuna tamaşa etdik. Bir qol vurmağımız oyunun açılmasına səbəb oldu. Rəqib də əks-hücumda özünü göstərmək istədi. Gözəl oyun oldu, təbrik edirəm.
 
- Necə hesab edirsiniz, “Qarabağ” III mərhələdə Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıra biləcək?

- Bilirsiniz, rəqib güclüdü, büdcəsi də bizdən yuxarıdı. APOEL hörmətəlayiq klubdu. “Qarabağ”ın oyununu bu gün birgə izlədik, mən həzz aldım. Qurban Qurbanov doğru siyasətlə klubumuzu idarə edir. “Qarabağ” doğru addımlarla irəli gedir. Hesab edirəm ki, indiki komanda tarixin ən güclü “Qarabağ”ıdı. Fikrimcə, çoxunuz mənimlə razılaşarsınız. Ona görə də addımlarımızı əmin şəkildə atırıq, qabağa gedirik. Kim deyə bilər ki, axır nəticəsi nə olacaq? Ancaq hesab edirəm ki, APOEL qarşısında güclü komanda görəcəyik.
 
- Azarkeşlərlə polislər arasında insident yaşandı. Bununla bağlı nə tədbir görüləcək?
- Mən də gördüm. Xoşagəlməz şey oldu. Narahat olduq. Ancaq nə olduğunu bilmirəm. Klub olaraq, orqanlarla danışacağıq, məsələnin nə olduğunu öyrənəcəyik. Meydana da azarkeş daxil oldu. Bu da yaxşı hal deyil. Buna görə klubumuz cərimələnir.
 
- Çempionlar Liqasında mübarizəni dayandırsanız, planlar necə olacaq?
- Avrokuboklarda davam edəcəyik. Gəlin, belə danışmayaq. Qarşıdakı oyunlara diqqətimizi cəmləməliyik. İnşallah, bu oyunlardan uğurla ayrılmalıyıq. Mənim hədəfim budu.
 
- “Neftçi” APOEL-lə daha öncə qarşılaşıb. Səfər oyununda rəqib azarkeşlər təxribata əl atmışdılar. Dağlıq Qarabağ məsələsi də hallanırdı. Bunu nəzərə almısınız?
- Xeyr, oyunumuzu fikirləşirik. “Qarabağ” oyun, cəsarət, keyfiyyət və şəxsiyyəti ilə Qarabağ məsələsini dünyaya çatdırmalıdır. Bizim işimiz budu. Sülhsevər klubuq. Ancaq idmanı, futbolu düşünürük. Təxribat barədə məlumatımız var. 


 
tarix: 31-07-2019 23:55


 
Xəbər lenti
20.11.2019

02:46   Pavel Hapal: “Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı”

02:21   Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm”

01:56   Uels millisi AÇ-2020-də!

01:34   Millimiz son oyunda da uduzdu

01:07   Azərbaycan - Ukrayna: 2 qol, 2 “qırmızı” - VİDEO

00:54   “Tottenhem” Poçettino ilə vidalaşdı - RƏSMİ

19.11.2019

22:21  Qarabağ"dan "İmarət"ə yubiley təbriki - VİDEO

22:11  Elxan Məmmədovla bağlı Rövnəq Abdullayevə şikayət - "Təzyiq və təhqirlər başlanıb"

21:44  “Oyun gözlədiyimiz kimi keçmədi” - Ruslan Rotan

21:31  Obradoviç: “Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik”

20:11  Vüqar Məmməd: “Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı”

19:59  Millimiz Ukrayna ilə heç-heçəyə razılaşdı

18:54  “Qalatasaray” itirə-itirə gedir

18:00  Millimiz Qazaxıstana da uduzdu

17:43  Paytaxt klublarının 18-ci dueli

17:22  Argentina millisinin üzvü ilə yeni sözləşmə

17:00  “Borussiya”da 5 illik müqavilə

16:42  İspaniya millisində yeni baş məşqçi - RƏSMİ

16:20  İstefa xəbərini eşitdi, mətbuat konfransına qatılmadı - Qalmaqal

16:00  “Qəbələ”nin futbolçusu: “Bu cür davam edəcəyimizə çox inanıram”

15:40  La Liqa klubunda yeni müqavilə

15:21  71 il sonra gələn qələbə

15:00  “Səbail”in legioneri: “Futbol üçün çox darıxmışdım”

14:41  Elxan Məmmədova ünvanladığımız sualın cavabı - II hissə

14:20  İtaliya millisindən ermənilərə 9 qol - VİDEO

14:00  Kavani Messini “razborka”ya çağırdı

13:40  Mxitaryan yenə ara qarışdırır

13:20  Simeon Slavçev: “Hazırda yalnız “Qarabağ”ı düşünürəm”

13:00  Millimizə 28 futbolçu çağırıldı

12:41  Uruqvay və Argentinadan heç-heçə - VİDEO

12:21  Əliyar Ağayev maltalıları cəzalandırdı

12:00  AFFA-nın iki əməkdaşı “Krasnodar” – “Bazel” oyununda

11:43  AFFA rəsmisinə UEFA-dan təyinat

11:21  “Zirə”nin futbolçusu Əlcəzairə qarşı oynadı

11:00  “Qarabağ”ın legioneri vətəninə qayıdır?

10:30  “Real”ın futbolçusu 6 həftə oynamayacaq

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az