(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Rəşad Sadıqov: “Qarabağ” indi pik formada deyil”

Rəşad Sadıqov: “Qarabağ” indi pik formada deyil”

Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubunu 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksələn "Qarabağ"ın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı kapitan öncə oyunla bağlı danışıb:

- Oyun necə gözləyirdiksə, elə də keçdi. Bilirdik ki, gərgin matç olacaq. İlk oyundan göründü ki, rəqib xarakterli, təslim olmadan mübarizə aparan komandadır. Elə alındı ki, erkən qol vurduq. Belə olanda da bilmirsən ki, hücum edəsən, yoxsa müdafiəyə çəkiləsən. Qol epizodları yaradırdıq, şanslarımız olurdu. İkinci hissənin 10 dəqiqəsində rəqib hücumlara atılmağa, risk etməyə başladı. Həmin anlarda təmkinli oynadıq və daha sonra iki qol vurduq, mərhələ keçdik.

- Yəqin ki, ötən gün APOEL-in “Sutyeska” ilə oyununu (3:0) izləmişdiniz?
- Yeganə bildiyimiz informasiya o idi ki, qalib gəlsək, APOEL-lə, uduzsaq, “Slovan”la qarşılaşacağıq. Qalib gəldik, Nikosiya təmsilçisinə rəqib olduq. Səhv etmirəmsə, ilk dəfə Kipr klubu ilə qarşılaşacağıq. Rəqib təcrübəli komandadı. Bilirik ki, evdə üzərimizdə üstünlük əldə etməyə çalışacaqlar. Əlimizdən gələni edəcəyik ki, ev oyunu öncə sərfəli nəticə qazanaq.

- Komanda üç qol vursa da, çox şansları əldən verdi. Zamanla hər şey düzələcək?
- Özünüz də bilirsiniz ki, bu, hər zaman olub. Bir növ ilk oyundakı kimi oldu. İlk qoldan sonra çoxlu şanslarımız yarandı. Rəqib bir az təzyiq etməyə başladı. Bir anlıq ilk oyunu xatırlatdı. Şükürlər olsun ki, sonluq fərqli oldu. Belə epizodlar olur. Komanda indi pik formada deyil. Ümid edirəm ki, oyundan-oyuna artıracağıq.

- İctimaiyyət belə düşünür ki, bu dəfə püşk “Qarabağ”ın üzünə gülür...
- Mən belə xatırlamıram ki, ictimaiyyət püşkün bizim üzümüzə güldüyünü desin. “Atletiko”, “Roma” ilə oyunlarda bizdən xal qazanmağı gözləyiblər. Bir top fərqiylə uduzanda insanlar məyus olurdu. Bizdən gözlənti çoxdu, bunu da anlayırıq. Püşkdən danışırıq, ancaq ilk mərhələdə “Partizani” hesab 1:0 olanda təzyiq yaratmışdı, ardıcıl 5-6 künc zərbəsi yerinə yetirilirdi. Bu gün də hesabda 1:0 öndə olanda “Dandalk” təzyiq edirdi. Bura Çempionlar Liqasıdı, asan rəqib olmur, təslim olmaq istəyən yoxdu. İndi rəqib təcrübəli APOEL-di. Püşkün hansı komandanın üzünə güldüyünü bilmirəm.

- Azarkeşlərlə polislər arasında insident yaşandı. Həmin anda nə baş verdi?
- Tək mənim deyil, bir anlıq hamının fikri yayındı. Azarkeşlərlə polislərin arasındakı problem bizə də təsir edir. Elə dəqiqələrdə idi ki, rəqib üzərimizdə təzyiq yaratmışdı. Bizim də onlara ehtiyacımız var idi. Bir anlıq baxdıq və dedik ki, oyuna davam edək. Çünki bunun nə bizə, nə də azarkeşlərə faydası olacaqdı. Əlimlə də jest etdim ki, sakitləşsinlər, çünki insident olmasını istəmirdik.

- APOEL-lə səfər oyununda təxribat olacağını gözləmək olar. Çünki daha əvvəl “Neftçi” ilə oyunda azarkeşləri belə edib.
- Bilirik. “Qəbələ” və “Neftçi”nin Kiprdə keçirdikləri oyunlardan xəbərimiz var. Məşqçilərimiz də bunun üzərində işləyəcək. Maksimum səbirli olmalıyıq. İstər meydanda, istərsə də kənarda baş verə biləcək təxribata getməməliyik. Çünki ilk növbədə bizim üçün ən önəmli olan nəticədi. Onların nəticəyə yox, ancaq bizə təsiri ola bilər.

- Mahir Emrelinin adı İspaniya klubları ilə hallanır. Sizcə, o getməlidirmi?
- Tək Mahir deyil, bizdə çox futbolçuya təklif gəlir. Bəzilərində ictimaiyyət bilir, digərlərində isə yox. Belə hallarda məşqçilər və futbolçu söhbət edib, ortaq nəticəyə gəlirlər. Əgər Mahirin gələcəyi üçün xeyirlidirsə, hamımız istəyirik ki getsin, böyük futbol oynasın. Çünki ona uyğun potensialı var. Əgər faydası olmayacaqsa, qalması məsləhətdi.

- Sizin daha əvvəllər İspaniyada oynamaq şansınız olub?
- Mənim belə variantım olmayıb. O vaxt İspaniyaya yollanmışdım, gedəndə bildim ki, məni gözləyən yoxdu. Əslində, belə təklif olmamışdı. (matc.az)


 
tarix: 01-08-2019 09:30


 
Xəbər lenti
17.11.2019

19:35   Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37   Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22   “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04   Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16   Almaniya yığmasından rekord göstərici

14:19   27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38   “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48   “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50   AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42   “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00   90-cı illərə qayıdırıq

10:47   Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32   “Bavariya”dan rekord gəlir

10:20   SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14   Qol.az 11 yaşında!

10:09   “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51   Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30   Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00   Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az