(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Kiril Petrov: “Tulada məğlub olsaydıq...”

Kiril Petrov: “Tulada məğlub olsaydıq...”

“Tuladakı stadionda atmosfer super idi. Azarkeşlərin dəstəyi bizə təzyiq göstərmədi. Əksinə, dolu tribunalar önündə oynamaq xoş idi. Axı biz azarkeşlər üçün oynayırıq. Onlar tribunada olmasaydı, bəlkə də, belə uğurlu nəticə əldə etməzdik".

Futbolinfo.az xəbər verir ki, bunu "Neftçi"nin müdafiəçisi Kiril Petrov deyib. Komandasının Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"la keçirdiyi ilk oyunu dəyərləndirən ukraynalı futbolçu cavab matçına da toxunub.

29 yaşlı məkəz müdafiəçisi səfərdəki 1:0 hesablı qələbəni unutduqlarını söyləyib: "Bakıdakı stadionumuz bir qədər balacadı və çempionat oyunlarına çox adam gəlmir. Ancaq ümid edirəm ki, "Arsenal"la cavab görüşündə tribunalar tam dolar. Fikrimcə, cavab matçı ilk oyuna bənzəyəcək. Üstünlüyü düşünmək lazım deyil. Tuladakı oyunun 0:0 nəticələndiyini düşünərək meydana çıxacağıq".

Petrov ilk oyun öncəsi Rusiyaya yollanarkən Bakı aeroportunda uzun müddət gecikmələrinə baxmayaraq, bunu ciddi problem saymır: "Tulaya gedərkən 5 saatdan çox gecikmə olsa da, dəhşətli heç nə olmamışdı. Bütün bunlar matçdan bir gün əvvəl baş vermişdi. İstirahət etməyə, pərpa olunmağa vaxtımız oldu. Tulada məğlub olsaydıq belə, bu gecikməni bəhanə kimi göstərməyəcəkdik. Peşəkar futbolçularıq və bizi oyunlara yaxşı hazırlamağı bacaran həkimlərimiz, masajçılarımız var".

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.


 
tarix: 01-08-2019 16:39


 
Xəbər lenti
22.11.2019
21.11.2019

20:24  Ağabala Ramazanov: “Şerif”də oynamaq istəyirəm”

19:40  Ermənistan futbolu başsız qaldı

18:34  Rusiyalı futbolçu Türkiyə klubundan ayrıldı

18:11  “Qarabağ”ın “Sevilya” ilə matçına stadiondan baxmaq istəyənlərin diqqətinə

17:45  Ən sadiq futbolçular

17:14  “Borussiya”dan 250 milyon avroluq anlaşma

16:49  “Kəpəz”dən darmadağın, çempiondan məğlubiyyət

16:27  Sumqayıt şəhər stadionuna 5 milyon manat ayrıldı!

16:16  Neymar sıraya döndü, Mbappe...

15:49  “Real”ın futbolçusunun barmağı sındı

15:10  “Atletiko” Dieqo Kostanı 3 aylıq itirdi

14:33  “Golden Boy” mükafatına son 3 namizəd

14:09  Depay birinci, Ronaldo 10-cu oldu

13:41  UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16  “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44  “Borussiya”lı üçün il bitdi

12:32  “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17  “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53  “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44  Ronaldonun əvəzinə Mbappe

11:30  "Heç vaxt bu qədər sevinməmişdim"

11:25  Daha bir milli baş məşqçisiz qaldı

11:19  Slavçevin vidası reallaşır

11:00  Milli oyuncaq

10:49  “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34  “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15  Xayme Romero: “Enişin olması normaldı”

10:00  AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40  Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27  Milli komandada baş məşqçi istefası

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az