(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Bordin: “Qələbə seriyasını davam etdirməyə çalışacağıq”

Bordin: “Qələbə seriyasını davam etdirməyə çalışacağıq”

“Dünənki mətbuat konfransında dediyim kimi, bizi çətin rəqib gözləyirdi. Bunu da ilk dəqiqələrdən gördük”. Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

Avropa Liqasının 2-ci təsnifat mərhələsində Tula “Arsenal”ını səfərdə 1:0 hesabı ilə məğlub edən “flaqman” evdə daha böyük fərqlə qalib gələrək (3:0), mübarizəni davam etdirib. “Ağ-qaralar” bununla növbəti mərhələdə İsrail təmsilçisi “Bney Yehuda”ya rəqib olub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Bordin fikrini bu sözlərlə davam etdirib: “Rəqib bizə çətinliklər yaratdı. İlk dəqiqələrdən irəli atılacaqları, risk edəcəkləri gözlənilirdi. Rəqibin təzyiqinə baxmayaraq, futbolçularım buna düzgün reaksiya göstərdi. Raufun vurduğu qoldan sonra isə hər şey bizim xeyrimizə cərəyan etdi”.

- Emin Mahmudovun durumu necədi?
- Emində həftəboyu bu problem yaranmışdı. Bu üzdən kifayət qədər məşq edə bilmirdi. Bu problem ilk oyunla əlaqəlidi. Tuladakı görüşdə də belə hal yaşanmışdı. Oyunçuların durumu barədə sabahdan maraqlanacağıq. Təkcə Emin yox, digərləri ilə də. Çünki oyun boyu bəzi oyunçularda qıcolmalar yaranırdı.

- Növbəti mərhələdəki rəqibiniz “Bney Yehuda” barədə hansısa məlumatınız var?
- Sabahdan bu barədə düşünməyə başlayacağıq. Bu gün qələbə qazanmışıq. Çalışacam oyunçularla bunu qeyd edim. Sabahdan növbəti mərhələnin hazırlığına başlayacağıq.

- “Arsenal”da bəyəndiyiniz futbolçu oldumu?
- İlk oyunda da, bu gün də “Arsenal” göstərdi ki, çox yaxşı elementləri, futbolçuları var. Texniki və fiziki cəhətdən çox yaxşı komandadı. İlk görüşdə dayaq yarımmüdafiə zonasını bağlamaq bizdə daha yaxşı alındı. Bu gün isə fərqli mübarizə oldu.

- Azarkeşlər oyuna xüsusi rəng qatdılar. Moldova və Rusiyadan sonra “Forza Neftçi” fanatlarını İsraildə görsəz, təəccüblənməzsiniz?
- Onlar hər zaman bizi dəstəkləyirlər. Bugünkü qələbəyə azarkeşlərimiz layiq idilər. Bu qələbə hamımızındı. “Forza Neftçi” üzvlərini İsraildə də görmək istəyərdim.

- Avrokuboklarda ardıcıl 4 qələbə ilə Azərbaycan futbol tarixinə düşdünüz...
- Buna görə sevinirik. Çalışacağıq bunu qeyd edək. Bu gün yalnız bugünkü qalibiyyətə sevinirik. Bununla kifayətlənmirik. Çalışacağıq ki, qələbələri sıralamaqda davam edək.

- III mərhələ üçün transfer gözlənilirmi və bununla bağlı danışıqlar olurmu?
- İndi qələbənin sevincini yaşayırıq. Bu barədə danışmaq üçün tezdi. Sabahdan növbəti rəqib barədə düşünməyə başlayacağıq. Transferlərlə bağlı da fikir mübadiləsi aparılacaq. (matc.az)


 
tarix: 01-08-2019 23:33


 
Xəbər lenti
17.11.2019

01:50   Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

16.11.2019

23:55  Nikola Yurçeviç: “Penalti verilsəydi, fərqli nəticə ola bilərdi”

23:29  Rayan Giqqz: “Hesab qənaətbəxşdi”

22:53  Millimiz Uelsə də məğlub oldu

22:00  “Rəqibdən daha çox qaçdıq, mübarizə apardıq”

19:03  “Səbail” “Qəbələ”yə yoxlama matçında da uduzdu

18:39  “Qarabağ”la oyuna tam hazır olmağa çalışacağıq”

18:29  “Futbolçularda istədiyimizi görə bildik”

18:11  “Keşlə” yoxlama oyununda darmadağına sevindi

18:04  Millimiz Almaniyaya məğlub oldu

16:51  “Sumqayıt”la “Zirə”dən heç-heçə

16:30  Mançini İtaliya millisinin tarixinə düşdü

15:27  “Zirə”nin legioneri millidə 90 dəqiqə oynadı

15:00  Seydiyev “Zirə”yə keçidi barədə danışdı: “Transferimlə menecerim məşğul olur”

14:42  Volkov nə təsdiq, nə də təkzib etdi

14:20  Slovakiya - Azərbaycan matçı ukraynalı hakimlərə tapşırıldı

14:15  Millimizin rəqibi Uruqvaya məğlub oldu - VİDEO

13:16  Antonio Konte təhdid olundu – Gülləli məktub

12:42  İsveçi AÇ-2020-yə daşıyan qələbə - VİDEO

12:21  “Bavariya”nın baş məşqçisi bəlli oldu - RƏSMİ

12:01  Danimarka yığmasından 6 cavabsız qol - VİDEO

11:41  İtaliya yığmasından ardıcıl 9-cu qələbə - VİDEO

11:27  İspaniya yığmasından 7 cavabsız qol - VİDEO

11:03  Volkov “Keşlə”yə gedir

10:44  “Bavariya”da 40 illik dönəm başa çatdı

10:03  Argentina Braziliyanı Messinin qolu ilə məğlub etdi - VİDEO

09:36  Finlandiya yığmasından tarixi uğur

09:00  Avro-2020: Türkiyə gəlməsə, xoş mənzərə olmayacaq

01:48  İsveçlə Finlandiya da AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az