(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Emin Mahmudov: “Rusiya klublarını da heç vaxt məğlub etməmişdik”

Emin Mahmudov: “Rusiya klublarını da heç vaxt məğlub etməmişdik”

"Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" klubuna 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyunu şərh edib.
 
- Müdafiədə çox yaxşı oynayırdıq. Məqsədimiz onların oyunlarını nümayiş etdirməsinə mane olmaq idi. Yaxşı əks-hücumlar təşkil etdik. Məşqdə sıx pressinq üzərində işləmişdik. Rəqib pis komanda deyil, məcbur qalıb müdafiədən oynadıq. Əks-hücumlarda yaxşı çıxış etdik.
 
- “Neftçi”nin ilk dəqiqələrdən oyunu alınmırdı. Qol buraxsaydınız, bəlkə də başqa cür ola bilərdi...
- Bir az tez qol vursaydılar, bəlkə də başqa cür olardı. Futboldur, belə şeylər olur. “Arsenal”a qol vurmaq üçün şans vermədik.
 
- Qriqalava “Neftçi”nin futbolçuları ilə gərgin anlar yaşayırdı. Epizodların birində sizə yaxınlaşıb, xoş söhbət etdi. Nə danışırdınız?
- Onunla bir komandada oynamışam. Onu yaxşı tanıyıram. Bir az aqressiv və emosional futbolçudur. Oyunda belə şeylər baş verir.
 
- “Arsenal” səddini keçməyiniz komanda üçün stimul oldu. “Bney Yehuda” ilə III mərhələdəki oyunlara qələbə üçün çıxaqcaqsınız?
- Əlbəttə, biz “Bney Yehuda” ilə oyunlara da qələbə üçün çıxacağıq. Biz hər oyuna bu istəklə çıxırıq.
 
- “Bney Yehuda”nı keçəcəyinizə inanırsınız?
- Əlbəttə, inanmasaq, niyə çıxaq ki?
 
- Azərbaycan klubları İsrail komandaları ilə oyunlarda uğursuzluğa düçar olur.
- Rusiya klublarını da heç vaxt məğlub etməmişdik. İnanıram ki, yaxşı olar. İlki bacararıq.

 
tarix: 02-08-2019 00:54


 
Xəbər lenti
13.11.2019
12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az