(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Sabahdan “Bney Yehuda”nı düşünməyə başlayacağıq”

“Sabahdan “Bney Yehuda”nı düşünməyə başlayacağıq”

"Neftçi"nin fransalı futbolçusu Stiven-Jozef Monroz Avropa Liqasının II təsnifat mərhələsində "Arsenal"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 29 yaşlı vinger öncə rusları necə keçmələrindən bəhs edib.
 
- Çox ağır oyun gözləyirdim, belə də alındı. Deyə bilmərəm ki, 3:0 hesablı qələbə gözləyirdim. Ancaq ağır matç keçəcəyini bilirdik. Bu gün oyunçularımız meydanda böyük iş gördü. Mən ehtiyat oyunçular skamyasında əyləşən futbolçularımızı da qeyd etmək istərdim. Güclü ehtiyatımız var. Hər biri əsas oyunçu kimi qiymətləndirilə bilər. Qalibiyyət üçün çox xoşbəxtəm. Ancaq azarkeşlərimiz olmasaydı, qələbə qazana bilməyəcəkdik. Onları da təbrik edirəm.
 
- Bu gün nisbətən zəif çıxış etdiniz. Bu barədə fikirləriniz necədi?
- Ola bilsin ki, oyunum sizə zəif görünüb. İlk hissədə uzun top ötürmələri ilə oynayırdıq. Ola bilər ki, buna görə kölgədə qalmışam. Mənim əsas məqsədim özümü göstərmək yox, komandaya kömək etmək idi. Bunun üçün çalışırdım.
 
- Rəqibin futbolçusu Qriqalava sənə barmaq yelləyib, davaya çağırırdı. Oyundan sonra söhbət etdiniz?
- Çöldə heç bir şey olmadı. Futbolda belə şeylər baş verir. Bizim komandamız öndə idi. Rəqib oyunçular emosional idi. Belə şeylər futbolda yaşanır.
 
- “Bney Yehuda” ilə oyunlar barədə fikirləriniz necədi?
- Meydana qələbə üçün çıxacağıq. Qələbə ruhumuz və mentalitetimiz var. Bu raundu keçdik, sabahdan “Bney Yehuda”nı düşünməyə başlayacağıq.

 
tarix: 02-08-2019 01:00


 
Xəbər lenti
18.11.2019

01:43   Portuqaliya millisi AÇ-2020-də

17.11.2019

19:35  Millimiz Slovakiyaya yola düşdü - VİDEO

18:37  Prosineçki “Yuventus”un futbolçusunun xidmətindən məhrum oldu

16:22  “Qarabağ” “Düdelanj”la matçın biletlərini satışa çıxarır

16:04  Slovakiya - Azərbaycan: Mətbuat konfranslarının vaxtı məlum oldu

15:16  Almaniya yığmasından rekord göstərici

14:19  27:0 hesablı qələbəyə görə baş məşqçini istefaya göndərdilər

13:38  “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

12:48  “Barselona” Messi ilə müqavilədə dəyişiklik etmək istəyir

11:50  AÇ-2020-yə vəsiqə qazanan 16 komanda

11:42  “Səbail”ə haqsızlıq edən hakimin cəzası gizlədilir

11:00  90-cı illərə qayıdırıq

10:47  Məmmədovun seçdiyi Yurçeviçlə gözlənilən sonluq

10:32  “Bavariya”dan rekord gəlir

10:20  SOCAR 1 milyon ödədi, İsrafilov “Albasete” üçün qol vurdu

10:14  Qol.az 11 yaşında!

10:09  “Real”da ciddi itki - PSJ ilə oyunda olmayacaq

09:51  Rusiya Belçikaya böyük hesabla uduzdu - VİDEO

09:30  Şeydayev: “İtirəcəyimiz bir şey yoxdu”

09:00  Qara Qarayev: “Son 25 ildə belə qrupumuz olmayıb”

01:50  Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AÇ-2020-də!

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az