(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Qrup mərhələsini düşünmək futbolçuya zərbə vura bilər”

“Qrup mərhələsini düşünmək futbolçuya zərbə vura bilər”

"Neftçi"nin futbolçusu Rauf Əliyev Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Hücumçu nəticənin gözlənilməz olduğunu deyib.
 
- Nəticə gözlənilməz oldu. “Arsenal” kimi komandaya 3:0 hesablı qalib gəlmək çox yaxşı nəticədir. Əsas odur ki, mərhələni keçdik. Bizə inanmayancalara cavab oldu. Çox adam inanmırdı. Ruslar da inamırdı ki, “Neftçi” bu mərhələni keçər. Ancaq biz mərhələni adladıq, sevinirik.
 
- Komanda hansı hesaba oynayırdı?
- Əsas odur ki, turu keçək. Hər şey istədiyimiz kimi oldu.
 
- “Neftçi”nin ilk dəqiqələrdəki oyunu media mənsubları və azarkeşlərdə bir qədər inamsızlıq yaratmışdı. Bu, həyəcandan irəli gəlirdi?
- Gözləyirdik ki, “Arsenal” ilk dəqiqələrdən təzyiq edəcək. Rəqib də belə başladı. Ola bilər ki, azarkeşlərimiz önündə bir az həyəcan ola bilərdi. Müəyyən top itkiləri olurdu. Ancaq əsas sonluqdur və biz də buna nail olduq.
 
- Qol epizodunda soyuqqanlı davrandın. Həyəcanlı deyildin?
- 21 yaşımız yoxdur ki, belə anda həyəcanlanaq. Şükürlər olsun ki, hər şey yaxşı oldu, qol vurduq, komanda qalib gəldi. Uşaqlar meydanda yaxşı mübarizə apardı. Hər şey əladı.
 
- Qol vurmamağın səni sıxırdı?
- Əlbəttə, istər-istəməz bunun təsiri olur. Hücumçusan və hər kəs səndən qol gözləyir. Bir az rahatlaşdım.
 
- Növbəti raundda rəqibiniz İsrailin “Bney Yehuda” klubu olacaq. Çoxları fikirləşir ki, bu komanda “Arsenal”dan zəifdir. Sizin fikirləriniz necədir?
- O qədər də məlumatımız yoxdur. “Arsenal”la oyunlara köklənmişdik. Yəqin ki, sabahdan maraqlanarıq. Bizi üçüncü mərhələdə gözləyirlərsə, bu da onların gücündən xəbər verir. Yəqin ki, məlumat toplayacağıq.
 
- Mərhələ keçdikcə inam artır. Qruplara düşəcəyinizə inamınız var?
- Yavaş-yavaş, mərhələ-mərhələ fikirləşsək, daha yaxşı olar. Qrup mərhələsini düşünmək də futbolçuya zərbə vura bilər. İsrail təmsilçisini fikirləşməliyik.
 
- “Neftçi”nin “Arsenal”ı məğlub etməsini Azərbaycan çempionatının Rusiya Premyer Liqası üzərində qələbəsi kimi adlandırmaq olar?
- Gəlin, bu çempionatları bir etməyək. Rusiya Premyer Liqasının səviyyəsi bəllidir. “Arsenal” Rusiyanın orta səviyyəli komandasıdır. Biz qalib gəldik, ancaq o demək deyil ki, “Neftçi” Rusiya çempionatından yüksəkdir. Əlimizdən gələni etdik, qalib gəlib, mərhələ adladıq.

 
tarix: 02-08-2019 09:00


 
Xəbər lenti
14.11.2019

17:40   “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19   Arda Turanla bağlı qərar verildi

16:59   “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35   Prosineçki Beqoviçə cavab verdi

16:17   “Neftçi”də qvineyalı futbolçu

15:53   “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13   Yenə Levandovski

14:46   Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12   Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55   Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51   Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26   Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51   İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43   ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16   İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53   UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30   “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00   Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30   İngiltərə yığması üçün tarixi matç

10:12   Vengerin yeni iş yeri bəlli oldu

09:51   Milli faciə davam edir: bu dəfə 1:6 ilə

09:30   Kamran Əliyevli “Ximki” yenə uduzdu

09:00   Musayevin püşk atmaqlığı

01:09   Millimiz Lixtenşteynə qarşı - YENİLƏNİR

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az