(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Ümumi işin nəticəsi: dayanmaq olmaz!

Ümumi işin nəticəsi: dayanmaq olmaz!

Öhdəsindən gəlinməyəcək vəzifə yoxdu. İstəməli, bunun üçün çalışmalı, ona doğru ən düzgün yolla getməli və rəqibin bütün səhvlərini analiz edib, ondan yararlanmalısan. Roberto Bordin məhz bunları etdi, əsl mütəxəssis kimi çalışdı, əziyyətinin meyvəsini 4 oyuna top buraxmadan qazanılan 4 qələbə ilə gördü.
 
Milli çempionatın növbəti mövsümü daha maraqlı olmalıdı. Barışmaz rəqiblər avrokuboklarda da qiyabi rəqabətdədi. “Qarabağ” rəqiblərini sıradan çıxarır, “Neftçi” ardınca daha yaxşısını etməyə çalışır. Və hər ikisi də buna nail olur. 2 rəqib keçilib, komandalar oyundan-oyuna artırır, daha yaxşı oynamağa başlayır.
 
“Neftçi”nin baş məşqçisi rəqibin ən incə bəndini tapdı. “Arsenal” hər iki oyunda hazırlıqsız yaxalandı. Rəqibin avrokubokda debütant olması ciddi çatışmazlıq idi. Eyni zamanda rusların təmsilçimizə barmaqarası münasibəti bumeranq effekti verdi. Bordin taktiki hazırlıqda həmkarından iti düşündü, futbolçularsa bütün tapşırıqları yerinə yetirdi.
 
Tulada hər şeyi italiyalı həll etmişdisə, Bakıda böyük azarkeş dəstəyi futbolçuların motivasiyasını artırdı. Səbrlə davranan komanda ilk dəqiqələrdəki təzyiqi adladıb, oyunu bərabərləşdirdi. İlk hissədə qol vurulmadı, lakin fasilədən sonra əks-hücum taktikasının bəhrəsini gördük. Komandanın lideri Emin Mahmudov savadlı oyununa məhsuldar ötürmə də əlavə edincə hesab açıldı. Rauf Əliyev tənqidçilərinin cavabını soyuqqanlılıqla vurduğu qolla verdi.
 
“Neftçi”nin müdafiəsini yara bilməyən, yaradıcı oyun baxımından onsuz da “sinifdə qalan” ruslara növbəti zərbələri vurmaq üçün son dəqiqələrədək gözlədik. Və yenə sürətli əks-hücumdan sonra penalti qazanıb, qola çevirdik. Oyuna sonradan girən Rəhman Hacıyevlə Mamadu Mbodjun birgə səyi nəticəsində vurulan 3-cü qol da gözəl alındı. 5-ci müdafiəçi kimi meydana buraxılan Mamadudan standart vəziyyətlər zamanı əsl hücumçu kimi faydalanmaq olar. Onun qol sayı oyun sayının az qala yarısına bərabərdi.
 
Qələbənin Rusiya klubu üzərində qazanılması onun dəyərini bir az da artırır. Siyasi, psixoloji səbəblər bir yana, bu, həm də bizə yuxarıdan aşağı baxanlara mənəvi dərs idi. Ən azı Tuada azərbaycanlıları Moskva bazarlarına görə tanımayacaqlar. Mədəniyyətdə, incəsənətdə və s. sahələrdə olduğu kimi, idmanda da deyəcək sözümüz olduğunu bir daha sübut etdik. Və bunu “Neftçi”nin etməsi ikiqat sevindiricidi. SSRİ çempionatlarını xatırladan təmsilçimiz ənənələrinə sadiqliyini, ən azı postsovet məkanında böyük klub olduğunu isbatladı.
 
Qələbəni yalnız məşqçi və futbolçu heyətinin ayağına yazmayaq. “Neftçi” bu uğura klub kimi nail oldu. Azarkeşlərlə bütünləşmək klub rəhbərliyinin əsas uğurudu. Eyni zamanda klubun struktur olaraq düzgün işləməsi, bütün daşların yerinə oturdulması faydasını verdi. Yaxşı idarəçilik komandanın rahatlığını təmin edincə nəticələr özünü gözlətmədi. Bir daha isbatlandı ki, hər şey strategiyadan, getdiyin yolu bilməkdən asılıdı, büdcələr arasındakı fərqdən yox. “Qarabağ” illərdi yumruq olmağın meyvələrini dərir, indi də “Neftçi” - bir az fərqli formada - bu yola çıxıb.
 
Rusiya klubunu mübarizədən kənarlaşdırmaq böyük nailiyyətdi. Tuladakı qələbəni təsadüf sayanlar cavab matçındakı darmadağından sonra bakılılara daha çox inanmalıdı. “Neftçi” minimal vəzifənin öhdəsindən gəldi. Lakin indi “Bney Yahuda”nı keçmək lazımdı. Vaxtilə Avropa Liqasının qrupuna vəsiqə qazanan ilk klub olmuş “Neftçi” üçün elə ovaxtdan müəyyənləşən vəzifə var. Üstəlik, “Qəbələ”, xüsusilə də “Qarabağ” hədəfləri böyüdüb. 1-2 mərhələ keçmək azarkeşləri razı salmır. Yola çıxmışkən, göstərilən oyunla buna qadir olduğun görünürkən, heyət və büdcə imkan verirkən dayanmaq olmaz. Daha çox motivasiya, daha çox səbr, daha çox çalışmaq...
 
AĞA

 
tarix: 02-08-2019 11:01


 
Xəbər lenti
15.11.2019

22:09   Giqqz və Beylin mətbuat konfransında biabırçılıq - VİDEO

21:47   Emenike yenə klubsuz qaldı

21:05   AFFA-dan Qurbanovun cəzasına endirim

20:40   Super Liqa klubu yeni baş məşqçisini rəsmən açıqladı

20:11   “Sabah” futbol akademiyasına seçimlər başlayır

20:00   Şəhriyar Rəhimov: “Xalqımızı sevindirmək istəyirik”

19:49   Yurçeviç: “Gərək Beyl kimi oyunçuları iki nəfər tutsun”

19:01   Duriş millimizlə oyunu “ağır addım” adlandırdı

18:40   “Sonra diqqətimi Azərbaycanla görüşə yönəldəcəm”

18:20   “Qəbələ” darmadağın etdiyi rəqiblə üz-üzə

18:00   Ronaldo rekorda yaxınlaşır

17:41    “Qarabağ”la “Zirə” heç-heçəyə razılaşdı

17:20   “Neftçi”dən darmadağın

17:00   Keyn bunu da bacardı

16:42   AÇ-2020-yə vəsiqə ilə gələn 9,2 milyon avro

16:20   “Real”ın futbolçusu sıradan çıxdı

16:00   Bakıya 1200 uelsli azarkeş gəlib

15:45   “Keşlə”nin sabiq baş məşqçisi Ukrayna klubunda

15:30   Millimizin rəqibi yoldaşlıq oyunları keçirəcək

15:15   Qaret Beyl: “Azərbaycan millisi daim inkişafdadı”

15:00   Giqqz: “Bakıdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”

14:46   Elxan Məmmədova ünvanladığımız sualın cavabı

14:30   Uels yığmasında daha 2 itki – Bakıya gəlmədilər

14:15   İngiltərə yığmasından 7 cavabsız qol - VİDEO

14:00   “Standart vəziyyətlərdə ehtiyatlı olsaq, nəticə qazanarıq”

13:41   “Azərbaycan millisinin keyfiyyətli futbolçuları var”

13:20   Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı

13:00   Əliyar Ağayev AÇ-2020-nin oyununda

12:40   Millimizdə itki - heyətdən çıxarıldı

12:21   “Keşlə” divizion klubu ilə yoxlama oyunu keçirəcək

12:00   Millimizin futbolçularına danışılmış oyunlarla bağlı “dərs”

11:46   11-ci turun oyun cədvəli açıqlandı

11:23   “Neftçi” – “Qəbələ” oyununun vaxtı açıqlandı

11:00   Ardıcıl 2-ci, tarixdə 5-ci dəfə AÇ-də

10:45   La Liqa klubunda yeni müqavilə

10:30   Balayev “Tobol”da qalır

10:00   “Qarabağ”ın futbolçusu Paraqvaya qarşı oynamadı

09:30   “Atletiko”da Dieqo Kosta şoku

09:00   Şenol Günəş: “Xəyalımızı gerçəkləşdirdik”

01:49   Türkiyə, Fransa, İngiltərə və Çexiya AÇ-2020-də!

14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az