(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Rocers hələ də “Qarabağ”dan danışır

Rocers hələ də “Qarabağ”dan danışır

"Meydanda olduğun hər dəqiqə nəyisə öyrənirsən" - bunu "Dandalk"ın qapıçısı Qari Rocers deyib.
 
Veteran qolkiper Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçirilən oyunları dəyərləndirib. 38 yaşlı qolkiper "Dalğa Arena"dakı cavab matçında 0:3 hesablı məğlubiyyətə baxmayaraq, son dəqiqələrə qədər mübarizə apardıqlarını düşünür.
 
O, ilk oyunda qələbə qazana bilmədikləri üçün təəssüfləndiyini də əlavə edib: "Qarabağ"la ilk görüşdə bərabərə qalmağı bacardıq. Bir çox komanda belə vəziyyətdə 0:2 və ya 0:3 hesabı ilə uduzur. Ancaq biz bərabərlik qolunu vurduq, hətta qalib də gələ bilərdik. Cavab görüşünə də "Qarabağ" erkən qolla başladı. Ancaq "sınmadıq", onları qapıdan uzaq tutduq. Son 20 dəqiqəyə girdiyimiz zaman hələ də bərabərlik imkanımız var idi. Ümumi hesab bunu əks etdirməsə də, son dəqiqələrə qədər mübarizədən qopmadıq. Bu, müsbət haldı. Yaxşı futbolla yanaşı, nəticə qazanmağı da bacarmalısan. Biz həmişə yaradıcı futbol oynamağa çalışırıq. Ancaq bəzən "Qarabağ" kimi rəqiblə qarşılaşdığın zaman müdafiə olunmağı da bacarmalısan".
 
Avropa Liqasına yuvarlanan "Dandalk" III mərhələdə Slovakiya təmsilçisi "Slovan"la qarşılaşacaq. Rocers növbəti oyunları daha yaxşı keçirəcəklərinə inanır: "Mövsümün əvvəlindən hədəfimiz Avropa Liqasının qrupuna düşmək olub. "Qarabağ"la oyunlar bizə müsbət təsir etməlidi və indi daha yüksək səviyyədə çıxış edə bilərik. Gələn həftə daha yaxşı oynayacağımıza ümid edirik".

 
tarix: 02-08-2019 11:33


 
Xəbər lenti
15.11.2019
14.11.2019

22:52  Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32  Anrinin yeni iş yeri bəlli oldu

21:42  Super Liqa klubunda xorvat baş məşqçi

20:35  “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21  “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55  Millimiz Lixtenşteynə qalib gəldi

18:50  “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25  Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00  “Azərbaycan fəth edilməlidi”

17:40  “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19  Arda Turanla bağlı qərar verildi

16:59  “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35  Prosineçki Beqoviçə cavab verdi

16:17  “Neftçi”də qvineyalı futbolçu

15:53  “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13  Yenə Levandovski

14:46  Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12  Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55  Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51  Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26  Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51  İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43  ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16  İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53  UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30  “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00  Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30  İngiltərə yığması üçün tarixi matç

10:12  Vengerin yeni iş yeri bəlli oldu

09:51  Milli faciə davam edir: bu dəfə 1:6 ilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az